İran ağır sosial problemlər məngənəsində
06.04.2023 [10:46]
M.FEYİZLİ
İran hakimiyyəti ayrı-ayrı ölkələrə, o cümlədən də Azərbaycana qarşı qərəzli siyasət həyata keçirir. Mollakratiyanın belə siyasət aparmasının pərdəarxası məqamları var. Bununla rejim bir tərəfdən özünü regionda hegemon güc mərkəzi kimi təqdim etmək, digər tərəfdən isə cəmiyyətin diqqətini daxildəki problemlərdən və narazılıqlardan xarici müstəviyə yönəltmək kimi məqsədlər güdür. Ancaq İran hakimiyyətinin reallıqla bir araya sığmayan siyasəti bumeranq effekti verir. Belə ki, İran heç bir halda regional güc mərkəzi kimi qəbul olunmur. Əksinə bu ölkənin təhdid siyasəti yaxın və uzaq ölkələrdə qəzəb və nifrətlə qarşılanır. Eyni zamanda, ölkə daxilində narazılıqlar dalğası daha da genişlənir. Hazırda İran bir növ idarəolunmaz vəziyyətə çatıb.
Qızlara qarşı terror - onların zəhərlənməsi davam edir
İranda altı aydan çoxdur ki, davam edən və rejimin ideoloji əsaslarını sarsıdan etirazlar qadın hərəkatı fonunda başlayıb.13 sentyabr 2022-ci il tarixində İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Hazırda bütün İran cəmiyyətini bürüyən bu etirazlar rejimin qorxulu röyasına çevrilib. Ölkədə qadın hüquqları zəminində başlayaraq sözün əsl mənasında inqilaba çevrilən hərəkatın İran rejiminin sonunu yaxınlaşdırdığı artıq etiraf olunur. Ötən 44 il ərzində İran mollakratiyanı bu qədər sarsıdan və laxladan bir etiraz dalğasına şahidlik etməyib. Etirazlar genişləndikcə, yeni şəhərləri, vilayətləri əhatə etdikcə, rejimin zərif cinsin təmsilçilərinə qəzəbi və nifrəti də artır. Yüzlərlə qadının repressiyalara məruz qalmaları, həbsə alınmaları, edam olunmaları zərif cinsin nümayəndələrinin gözünü qorxutmur, əksinə onlar gələcək nəsillərin rejimin diskriminasiyalarına məruz qalmamaları üçün daha böyük fədakarlıqla mübarizəni davam etdirirlər. Bu da aqoniya halında olan hakimiyyətin qadınlara qarşı kin və küdurətini daha da alovlandırır. Qadın hərəkatının genişlənməsi ilə rahatlığını itirən və sonunun gəldiyini düşünən siyasi hakimiyyət zərif cinsin nümayəndələrinə qarşı qisas əməliyyatlarını ən müxtəlif formalarda həyata keçirir. Belə çirkin vasitələrdən biri də gənc qızların kütləvi şəkildə zəhərlənməyə məruz qalmalarıdır. KİV-də bununla bağlı kədərli statistika dərc olunur. Ötən ilin noyabrından bəri İranda ən azı 700-ə yaxın qızın zəhərləndiyi müəyyən edilib. Zəhərlənənlərin böyük əksəriyyəti məktəbli qızlardır. Onlarla yeniyetmə qız tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanalara yerləşdiriliblər. İranın dini mərkəzi sayılan Qum şəhəri qızların kütləvi zəhərlənməsinin episentri sayılır. İlk zəhərlənmə hadisəsi 30 noyabr 2022-ci il tarixində Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bəhs olunan hadisə zamanı 18 şagird xəstəxanaya yerləşdirilib. Bundan sonra Qumda və ölkənin digər bölgələrində oxşar hadisələr daha bir neçə dəfə təkrarlanıb və yüzlərlə şagirdi əhatə edib.
Gənc qızların kütləvi zəhərlənmələrə məruz qalmaları İranda ictimai narazılıqları artırıb. Fevralın ortalarında valideynlər Qum qubernatorluğu qarşısında etiraz aksiyası keçiriblər. “Uşaqlarımın təhlükəsizliyini təmin etməlisiniz! İki qızım var və mənim onları məktəbə buraxmamaqdan başqa çarəm yoxdur...”, - sosial şəbəkələrdə yayılan etiraz videolarından birində qışqıran qəzəbli ata belə deyib.
Aksiyalara qoşulan valideynlər qızların zəhərlənməsinin düşünülmüş plan əsasında həyata keçirildiyini bildiriblər. Vurğulanır ki, siyasi hakimiyyət genişlənən qadın hərəkatının qarşısını almaq, gənc qızları qorxutmaq üçün onların təhsildən yayınmalarının yeni üsulunu “icad” edib. “Bu, müharibədir!” - eyni videodakı qadın deyir. “Qumdakı qızlar liseyində bunlara əl atırlar ki, bizi evdə oturmağa məcbur etsinlər. Qızların evdə qalmasını istəyirlər!”
Təhsil nazirinin istefası
Nə qədər rəzil və mənəvi cəhətdən kasad olmalısan ki, bu yolla qisas almaq barədə düşünəsən. Belə görünür ki, rejimin təmsilçilərinin bütün mənəvi dəyərləri aşınıb. Əks halda məktəblərdə, liseylərdə gənc qızların məqsədli şəkildə zəhərlənmələrini hansı məntiqlə izah edəsən? Mollakratiyanın qisas almaq üçün terror siyasətinə əl atması bütün cəmiyyətdə nifrətlə qarşılanıb. Deyə bilərik ki, hazırda ölkənin təhsil sistemində bir anarxiya hökm sürür. İri şəhərlərdə universitetlərin tələbələri zəhərlənən qızlara dəstək əlaməti olaraq tez-tez etiraz aksiyalarına toplaşırlar və günahkarların cəzalandırılmasını istəyirlər. Aşağı pilləli təhsil müəssisələrində isə qızların dərslərə davamiyyəti aşağı düşüb. Valideynlər övladlarını onları gözləyən faciələrdən qorumaq üçün məktəblərə və liseylərə buraxmaq istəmirlər.
Baş verənlər fonunda rejim cəmiyyətin tələblərini eşitmək və narazılıqları nəzərə alıb günahkarları cəzalandırmaq görüntüsü yaratmağa çalışır. Bu günlərdə İranın təhsil naziri Yusif Nuri istefaya göndərilib. Bu barədə İSNA məlumat yayıb. Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi Yusif Nurinin istefa ilə bağlı ərizəsini qəbul edib. Onun yerinə Fərahəngian Universitetinin rektoru Reza Murad Sahrai təyin olunub. Məktəblərdə, liseylərdə son vaxtlarda kütləvi hal alan qızların zəhərlənməsi faktları İranın təhsil sisteminin yeganə problemi deyildi. Yusif Nuri həm də müəllimlərin aylıq məvaciblərinin gecikdirilməsinə görə tənqid edilirdi.
Yeni nazir 1977-ci ildə anadan olub. Əllamə Təbatəbai Universitetində Dilçilik üzrə doktorluğu müdafiə edib. Bu universitetin professorudur. Ötən ilin mayından Fərahəngian Universitetinin rektoru seçilib. İran cəmiyyətinin təhsil nazirinin istefaya göndərilməsinin vəziyyəti düzəldəcəyinə inamı azdır. Rejimin mahiyyətinə bələd olanlar yaxşı bilirlər ki, qızlardan qisas alınması əməliyyatları siyasi sifarişdir. Nazir dəyişikliyi isə burada sadəcə, görüntü yaratmaq məqsədi daşıyır.
Artan sosial narazılıqlar
Ölkənin iqtisadi dayaqlarının zəifləməsi və bu reallıq fonunda əhalinin sosial ehtiyaclarının daha pis qarşılanması da İranın bugünkü acınacaqlı mənzərəsinin ştrixlərindəndir. Artıq bir neçə ildir ki, İran nüvə razılaşmalarını pozmasına və nüvə silahı istehsalı istiqamətində fəaliyyətlərini gizli şəkildə davam etdirməsinə görə kollektiv Qərbin sanksiyalarına tuş gəlib. Beynəlxalq qınağa məhəl qoymayan ölkə artıq uranın 80 faizdən yuxarı həddədək zənginləşdirilməsinə nail olub. Bu isə o anlama gəlir ki, ölkə nüvə silahı istehsalına çox yaxındır. Beynəlxalq birlik terror dövləti kimi tanınan İranın nüvə silahına sahiblənməsinin qarşısını almaqdan ötrü sanksiyaların əhatə dairəsini genişləndirir. Tətbiq olunan sanksiyaların nəticəsi olaraq bu gün İran enerji resurslarını satmaqda çətinliklərlə üzləşir və böyük həcmlərdə gəlirlərdən məhrum qalır. Belə bir şəraitdə rejim çıxış yolu kimi sosial proqramları ixtisara salır. Bir qədər bundan əvvəl ölkənin əsasən azərbaycanlılar yaşayan ərazilərində dağıdıcı zəlzələlər baş verdi. Ancaq hakimiyyət təbii fəlakətdən əziyyət çəkən insanları bir növ taleyin ümidinə buraxıb - indiyədək onlara dövlət tərəfindən hansısa bir dəstək göstərilməyib. Zəlzələ bölgəsindən təqdim olunan foto və video materiallar, sözün əsl mənasında, ürək dağlayır.
İranın digər bölgələrindən gələn xəbərlər də oxşar məzmunludur. Bildirilir ki, hakimiyyətin sosial sahəni başlı-başına buraxması aztəminatlı insanların vəziyyətinə daha sarsıdıcı təsir göstərib. Bu gün həmin insanların iri şəhərlərdə ötüb-keçənlərdən yardım istəmələri, zibil qutularını axtarmaları adi hala çevrilib. Elə ayrı-ayrı ünvanlarda keçirilən etirazlar da yeni məzmun kəsb etməyə başlayıb. Əgər bəlli hadisələrin başlanğıc mərhələsində etirazçılar əsasən qadın hüquqlarının təmin edilməsi, hicab qadağalarının aradan qaldırılması ilə bağlı şüarlar səsləndirirdilərsə, hazırda ayrı-ayrı şəhərlərin küçə və meydanlarında sosial tələblərlə bağlı keçirilən aksiyaların sayı artıb. Bu aksiyalarda etirazçılar həyatın onlar üçün məşəqqətə çevrildiyini, gündəlik ərzaq məhsulları ala bilmədiklərini, soyuducularının günlərlə boş qaldığını bildirirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, İran rejimi bir sıra ölkələrə, o cümlədən də Azərbaycana qarşı təhdidlər səsləndirir. Sual olunur: Nə üçün mollakratiya ölkənin daxili problemlərini həll etmək, insanların ən adi sosial ehtiyaclarını qarşılamaq əvəzinə, qonşu dövlətlərə əzələ nümayiş etdirməyə üstünlük verir?
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46

