Paşinyanın Çexiya yalanları...
06.05.2023 [10:10]
Onun əsassız iddiaları “Utanmasan, oynamağa nə var ki?!” atalar məsəlini yada salır
Nardar BAYRAMLI
Ermənistan tərəfi sülhdən danışsa da, bu prosesdən hələ çox uzaqdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 4-də Çexiyaya səfəri zamanı bir daha təsdiqləyib. Belə ki, o, Praqada sülh danışıqlarının intensivləşdiyi bir zamanda Azərbaycana qarşı əsassız iddialarla çıxış edib. Hansı ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri həmin ölkədə bir neçə gün sülh sazişi layihəsini müzakirə edirdi. Paşinyan Çexiya səfərində Qarabağdan tutmuş, imzalanması nəzərdə tutulan sülh sazişindən, habelə “tarixi” məsələlərdən danışıb. Baş nazir sülh sazişindən danışarkən, iddia edib ki, guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımır. Bu iddianın tamamilə yalan olduğu hər kəsə aydındır. Çünki Azərbaycanın qarşı tərəfə təqdim etdiyi beş bənddən ibarət sülh təklifində ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsas yer tutur.
Paşinyan həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə toxunaraq hansısa “beynəlxalq mexanizmlərdən” bəhs edib. O, həm də deyib ki, “sülh sazişinin həyata keçirilməsinin beynəlxalq mexanizmləri ilə bağlı razılıq yoxdur”.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın Çex Respublikasında ölkəmizlə bağlı səsləndirdiyi iddialara münasibət bildirib. “Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 4-də Çex Respublikasının Baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik”, - deyə XİN-dən bildirilib.
XİN: Paşinyanın fikirləri sülhə xidmət etmir
Qeyd olunub ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir. Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır.
“Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir. Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir”, - deyə XİN vurğulayıb.
Oğru elə çığırdı ki...
Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın baş nazirinin ölkəmizə qarşı iddiaları tamamilə absurddur. Paşinyanın fikirləri “Utanmasan, oynamağa nə var ki” və ya “Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı” atalar məsəlini yada salır. Məlumdur ki, hərbi təcavüz zamanı Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş və 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Həm mülki, həm də hərbçi olmaqla itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyəndir. 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmişdi. 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib.
Qeyri-konstruktivliyin nümunələri
Bu gün Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib. Eyni zamanda, Azərbaycan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərib. Son vaxtlar Ermənistan və Azərbaycan arasında daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.
10 noyabr tarixli üçtərəfli Bəyanatında nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və ərazilərimizdə müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Laçın rayonunda, eləcə də Sarıbaba yüksəkliyi istiqamətində 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. Bütün bunlar Ermənistanın qeyri-konstruktivliyinin nümunələridir. Ona görə də, N.Paşinyanın Çexiyada ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

