Fransanın kolonialist siyasəti
13.05.2023 [11:05]
Cənubi Qafqaza gəlir?
Fransa və Ermənistan əvvəllər bəyan olunan “bacılıq” münasibətlərini hərbi müstəviyə daşımaq niyyətlərini ortaya qoyublar. Bu günlərdə yayılan məlumata əsasən, Fransa Ermənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Beləliklə, bir neçə müddət bundan əvvəl Fransanın “Intelligence Online” nəşri tərəfindən yayılan məlumat öz təsdiqini tapıb.
Qeyd edək ki, bu məsələ ilk dəfə yüksək səviyyədə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı müzakirə olunub və indi faktiki olaraq rəsmiləşir. Bildirilir ki, fransalı hərbi attaşe Fransa ölümcül silahların Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa prezidenti Emmanuel Makron göstərib.
Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Materialda deyilir ki, bununla da Fransa regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə səy göstərib.
Ermənistan yeni “Dəmir yumruq” almaq istəyir
Fransa ilə Ermənistanın bir-birlərini “bacı” adlandırmaları daim müzakirələrə yol açır. “Bacılıq” bütün dünya xalqlarının ənənələrində “zəriflik”, “xoş mərama əsaslanan incə münasibətlər” anlamında qəbul edilir. Fransa və Ermənistana gəldikdə isə, bu dövlətlərin həyata keçirdikləri siyasət xoş məramdan tamam uzaqdır və əslidə zora, gücə əsaslanır.
Fransa və Ermənistanı birləşdirən çox cəhətlər sadalamaq mümkündür. Əsas birləşdirici məqamlardan biri ondan ibarətdir ki, təcavüzkarlıq hər iki ölkənin dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edir.
Əvvəlcə Ermənistan barədə. Bu ölkə son üç onillik ərzində Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladı və burada misli görünməmiş vandalizm əməlləri törətdi. Üç onillik ərzində işğal altında qalan 10 min kvadratkilometrdən artıq ərazilərimizdə bir dənə də olsun salamat yaşayış məntəqəsinin qalmaması, bütün tarixi mədəni-dini irsin tar-mar edilməsi təcavüzkar Ermənistanın xislətini bütün cəhətləri ilə ifşa edir. Ermənilər daim özləri barəsində “mədəni xalq” mifi yaratmaqla məşğul idilər. Azərbaycanlıların doğma ev-eşiklərindən qovulması, xüsusi amansızlıqla qətlə yetirilmələri ilə “mədəni xalq” anlayışı arasında hansı bağlılığı tapa bilərik? Ermənistan 44 günlük müharibədə uğradığı acınacaqlı məğlubiyyətə baxmayaraq, postmüharibə dövründə də təcavüzkarlıq və revanşizm mövqeyindən çıxış edir, yenə də Cənubi Qafqazda sabitliyə, əməkdaşlığa təhdidlər yaradır. Nikol Paşinyanın komandası Hindistanla silah-sursat sövdələşməsindədir. Ermənistanın KİV-inə bu barədə məlumatlar sızdırılıb. Bildirilir ki, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.
Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.
Son vaxtlarda Ermənistan, həmçinin qonşu İranla hərbi əməkdaşlığı genişləndirib. Yayılan məlumatlarda bildirilir ki, bu ölkə İranla pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı sövdələşib. İran, həmçinin Ermənistana kadrların hazırlanmasında da dəstək verir. İran zabitləri Ermənistana gələrək burada müxtəlif poliqonlarda tədarük etdikləri texnikaların parametrlərini yerli hərbçilərə öyrədirlər və onlarla döyüş hazırlıqları aparırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan yeni “Dəmir yumruq” almaq istəyir. Əgər məğlub ölkə bunu arzulayırsa, “Dəmir yumruq” onun başına mütləq növbəti dəfə də enəcək.
Müstəmləkəçilik sindromu
Bugünkü Fransa hakimiyyətinin sərgilədiyi siyasətə istinadən deyə bilərik ki, bu ölkə müstəmləkəçilik sindromu yaşayır. Dünyaya demokratiya dərsi keçmək iddialarında bulunan Fransa XXI əsrdə kolonialist siyasətindən əl çəkmək istəmir. Bunun təsdiqi üçün cəmi bir neçə fakta nəzər salmaq kifayətdir. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, daha sonra Suriya, Livan və nəhayət, Əlcəzair zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Təkcə Əlcəzairdə Fransa ordusu 1,5 milyon insanı qətlə yetirib. Əlcəzair bir əsrdən çox müddətdə Fransanın təcavüzünə məruz qalıb. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib. Fransa hələ
1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.
Fransanın Cənubi Qafqaz siyasətində canfəşanlığı
Fransanın təcavüzkarlıq siyasətini əks etdirən siyahı çox uzundur. İndi müstəmləkəçilik siyasətindən əl çəkməyən bu dövlət postmüharibə dövründə özünü Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə, yumşaq desək, sırımağa çalışır. Prezident E.Makron başda olmaqla Fransanın indiki hakimiyyətinin canfəşanlığı başadüşüləndir. Bu ölkənin rəsmiləri Fransadakı güclü erməni lobbisinin maraqlarını gözardına alaraq Ermənistana həqiqətən “bacılıq” etmək istəyirlər. Təcavüzkar Ermənistana siyasi və mənəvi dəstək verən Fransa bundan sonra öz “bacısının” silahlanmasında da onun yanında olmaq niyyətini gizlətmir . İndiyədək Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın çevrəsi məhdud olub. Bu məzmunlu əməkdaşlıq çərçivəsində Ermənistan ordusunun döyüş aviasiya vasitələrinin modernləşdirilməsi həyata keçirilir. Yəni iki ölkə arasında termal, optik cihazları, döyüşün idarə edilməsi sistemi üzərində müəyyən işlər aparılıb. Fransanın “Thales” şirkəti bu məsələdə Ermənistan şirkətləri ilə birgə fəaliyyət göstərib. Bundan başqa, Fransa snayper tüfənglərinin Ermənistana tədarükü layihəsini də həyata keçirir. Verilən məlumatlara görə, Fransadan olan hərbçilər işğal altındakı ərazilərimizdə istehkamların qurulmasında iştirak ediblər. Hazırda Ermənistan hakimiyyətinin dəvəti ilə bu ölkədə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının tərkibində Fransa silahlı qüvvələrinin heyəti də yer alır.
Belə görünür ki, dar çərçivədə olan hərbi əməkdaşlıq E.Makron və N.Paşinyan hakimiyyətlərini qane etmir. Parisdə və İrəvanda bu istiqamətdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi üçün ssenarilər hazırlanır. Yeri gəlmişkən, KİV bundan əvvəl Fransanın Ermənistana hərbi dəstəyi artırması perspektivləri ilə bağlı bəzi məlumatları əldə edərək onları yaymışdı. Fransanın internet nəşri ikitərəfli hərbi əməkdaşlıqda əsas diqqətin aşağıdakı istiqamətlərə yönəldildiyini qeyd edib:
-Fransanın İrəvandakı daimi hərbi attaşesinin təyinatı hazırlanır (Artıq bu təyinat reallaşıb-red.).
-Aprelin əvvəlində Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun (Direction generale de l’armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib.
-İkitərəfli silahlanma komitəsinin işi bərpa edilir. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb.
Fransa mətbuatında 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistanın prezidenti postunu tərk etməsindən təəssüf ifadə olunub. Fransa xüsusi xidmət orqanlarının ruporu qismində çıxış edən nəşrlərdən biri A.Sarkisyanın Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış etdiyinə xüsusi diqqət çəkib.
Beləliklə, Fransanın, daha dəqiq desək, E.Makron komandasının Cənubi Qafqaz siyasətinin üzərindən pərdələr götürülüb. Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Yuxarıda xatırlatdığımız materialda deyilir ki, bununla da Fransa regionda hərbi tarazlığı Ermənistanın xeyrinə dəyişməyə səy göstərib. E.Makronun, bir qədər bundan əvvəl Bakıya, İrəvana və Tbilisiyə tur edən XİN rəhbəri Ketrin Kolonnanın açıqlamaları, ötən ilin sonlarında ölkə parlamentinin qəbul etdiyi qətnamələr Fransanın Cənubi Qafqaz siyasətində öz çirkin məqsədlərinə çatmaq üçün tələsdiyini ortaya qoyur. Ancaq unutmaq olmaz ki, tələsən təndirə düşər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

