İrəvan yenidən Rusiyaya qarşı...
10.06.2023 [10:45]
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh məsələsi istər regional, istərsə də beynəlxalq aləm üçün ən mühüm prioritetlərdəndir. Bu, bir tərəfdən bölgədə sülhün formalaşmasını təmin edəcəksə, digər tərəfdən qlobal layihələrin reallaşması və genişləndirilməsi üçün bir təkana çevriləcək. Yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması həm də Ermənistan ilə Azərbaycan arasında sülhün yaradılmasından asılıdır.
Təəssüfləndirici haldır ki, bəzi məqamlarda Ermənistanın davranışları sülh tezisi ilə uzlaşmır - rəsmi İrəvanın bəzi manevrlərə əl atması yaxın gələcək üçün birmənalı proqnozlar səsləndirməyə imkan vermir. Bu ölkənin sülh prosesi ətrafında əl atdığı siyasi manipulyasiyalar, törətdiyi hərbi təxribatlar rəsmi İrəvanın sülh prosesini inkişaf etdirmək arzusunu istisna edir. Hətta bəzən elə məqamlar olur ki, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət siyasi leksikonu ilə mütənasiblik təşkil etmir. Yəni, dildə bir söz, əməldə isə tam fərqli addımlara üstünlük verirlər.
Ermənistan reallıqları qəbul etmir...
Ermənistanın sülh prosesini uzatmaq və ya yayınmaq cəhdləri həm də bu ölkənin Rusiya ilə münasibətlərində kəskin ziddiyyətlərin ortaya çıxması ilə müşayiət olunur. 2020-ci ilin 10 noyabrında məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli Bəyanatın bir sıra öhdəliklərinə illərdir ki, riayət etməyən Ermənistan yeni mərhələdə daha böyük “ziddiyyətlərə” getməyi “planlaşdırır”. Ermənistanın siyasi rəhbərliyinin son dövrlərdə nümayiş etdirdiyi ritorika onların imkanları və hazırki situasiyaları ilə səsləşmir - bəzi məsələlər var ki, Ermənistan həmin məsələlərdə hazırki reallığı görməməzlikdən gəlməyə çalışır.
İrəvanın özündən böyük iddiası - Rusiyaya qarşı “demarş”...
Məsələn, bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan - Ermənistan sərhədində nəzarəti Rusiya deyil, İrəvan özü həyata keçirəcək: “Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfində olacaq”.
Qriqoryanın bu iddiası Ermənistanın üçtərəfli bəyanatdan çıxmaq üçün fürsət axtardığını deməyə əsas verir. Hətta bu günlərdə Armen Qriqoryan açıq mətnlə bəyan edib ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndinin müddəalarından, başqa sözlə, Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən imtina edir. “Suverenlik və qarşılıqlılıq kommunikasiyaların açılmasında mühüm prinsiplərdir, bu məsələdə önəmli olan siyasi razılaşmaların əldə olunmasıdır”, - Qriqoryan deyib. Rəsmi İrəvanın mövqeyi belədir ki, kommunikasiyaların açılması üçün bütün sərhəd nəzarətini Ermənistan həyata keçirməlidir. Yəni, dəmiryoluna da, bütün sərhəd xidmətlərinə də yalnız Ermənistan “nəzarət edəcək”. Belə olan halda, Rusiyanın sülhməramlı kontingenti 2025-ci ilə qədər nə ilə “məşğul olacaq”?
Qriqoryan da Paşinyanın yolunu gedir - “görmür”, “hiss etmir”
Xatırladaq ki, sözügedən Bəyanatın 9-cu bəndində deyilir ki, Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Maraqlıdır ki, Qriqoryanın irəli sürdüyü iddialar - yəni, nəqliyyat əlaqəsinə Ermənistanın daxilində özünün “nəzarət” məsələsi real görünmür. O baxımdan ki, 2008-ci ildən etibarən İrəvanda dövlətə məxsus “Ermənistan Dəmir Yolu” QSC-nin “Rusiya Dəmir Yolları” ASC-nin 100% törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin idarəçiliyinə verilməsi haqqında müqavilə imzalanıb. Ermənilərin özləri etiraf edir ki, Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiyanın mülkiyyətinə” verilib. Düzdür, bu müqaviləyə görə guya Rusiya yalnız “idarəçilik” funksiyasını əlinə alıb, amma son məlumatlar fərqli mənzərə formalaşdırır. Hətta Rusiyanın bu sahəyə yönəltdiyi dotasiyaların miqdarı kifayət qədər çoxdur. Rusiyanın bəzi dövlət strukturları Ermənistan dəmir yollarının illərdir ki, “havayı pul xərclənən” sahə olduğunu bildirirlər. Bir neçə il öncə Rusiya nəqliyyat nazirinin müavini səviyyəsində müqavilənin vaxtından əvvəl ləğvi imkanlarının nəzərdən keçirildiyi belə bildirilmişdi. Amma sonradan bu məsələ qalmışdı. İllərdir ki, Ermənistanın dəmir yollarına milyonlar xərcləyən Rusiyanın birdən-birə prosesdən “kənarlaşdırılması” bu mənada mümkünsüz görünür. Qriqoryan isə özünün baş naziri kimi yenidən bilmədiyi və “görmək istəmədiyi” şeylər haqqında danışır və özünü gülünc hala salır. Qriqoryanın “iddaları” yalnız müstəqil siyasət yürüdən, daxili və xarici sferada milli maraqlarını qorumaq gücündə olan ölkələr xarakterik hallardır - Ermənistan isə hələ ki, bu kimi “özəlliklərdən” məhrumdur...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

