Sülhə gedən yolda Makron “müəmması”...
05.07.2023 [10:12]
Fransa prezidenti “div” obrazını necə yaratmışdı?
Makronun fəaliyyəti separatizmə dəstək, beynəlxalq hüququ tapdamaq, dövlətlərin ərazi bütövlüyü ilə bağlı konvensiyalara arxa çevirməkdən ibarətdir
Fransa hər zaman ermənilərə açıq və ya gizli şəkildə dəstək olub. İstər birinci Qarabağ döyüşləri zamanı, istər ATƏT-in Minsk qrupu çərçivəsində keçmiş münaqişənin tənzimlənməsi prosesində, istər İkinci Qarabağ müharibəsi günlərində, istərsə də post-müharibə dövründə rəsmi Paris hər zaman özünün “kiçik bacısı”nın yanında olduğunu bu və ya digər şəkildə biruzə verib. Amma hazırkı Fransa prezidenti Makron kimi və Makron qədər beynəlxalq hüquqa arxa çevirən, ölkəsinin milli mənafeyini Fransadakı bir qrup erməni lobbisinin etnik maraqlarına satan, özünün və ölkəsinin beynəlxalq imicini ayaqlar altına alan, heç bir siyasi etik qaydalarını nəzərə almayanı olmamışdı. Qəribəsi isə budur ki, Makronun davranışları məşhur deyimdə bildirildiyi kimi “papadan daha çox katoliklik arzusunu” belə aşıb. Onun Cənubi Qafqaza sülhün gəlməsinə qarşı apardığı “mübarizə” suyun qarşısına “uzanmış” mifik div obrazını xatırladır. Maraqlıdır ki, Makronun bu “mübarizəsi” nə özü, nə ölkəsi, nə də müttəfiqi saydığı ermənilər üçün bir arşın belə müsbət perspektiv vəd etmir - Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması regionun Qərblə münasibətlərində də yeni səhifə açacaq. Təbii ki, Avropanın böyük dövlətlərindən sayılan Fransa daha çox bunda maraqlı olmalıdır - amma təəssüf ki, Makronun son 3 ildə nümayiş etdirdiyi mövqe aşağı-yuxarı separatizmə dəstək, beynəlxalq hüququ tapdamaq, dövlətlərin ərazi bütövlüyü ilə bağlı konvensiyalara arxa çevirməkdən ibarət olub.
Paşinyandan Papazyana “şikayət”...
Onun bu fəaliyyəti isə maraqlı bir nonsens formalaşdırıb - artıq Ermənistanın özü belə bəzi nüanslarla açıq şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaq istəyinə işarə edir. Dəfələrlə ərazi bütövlüyümüzün tanınmasının dilə gətirilməsi, hətta ərazi bütövlüyü ilə bağlı detalların səsləndirilməsi kimi faktlar bunu deməyə əsas verir. Baş nazir Nikol Paşinyan mətbuata açıqlamalarında Qarabağın Azərbaycan torpağı olduğunu bir neçə dəfə dolayı və ya açıq formada deyib. Hətta Ermənistanın etirafının qarşılığında Makronun “dirənişi”... Bir az qəribə gəlir.
Bəzi məsələlərin üzə çıxması Makronun özünü ucuz hala salmasını bir daha təsdiqləyir. Məsələn, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana qarşı qəzəbli olması kimi fikirlər səsləndirilir. Səbəb isə Paşinyanın guya Qarabağla bağlı məsələdə Makronun mövqeyini maksimalist formada dəstəkləməməsidir. Bu haqda “Hraparak” erməni nəşri yazıb. Nəşr qeyd edib ki, iyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən sonra Makron “Daşnaksütyun” partiyasının üzvü, Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri Murad Papazyana zəng edib və bildirib ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil: “Çünki yalnız o, Qarabağla bağlı mövqe sərgiləyir, digərləri isə “artsax”ın “ölkə” olmasını inkar edir, bu ərazinin Azərbaycana məxsus olduğunu qəbul edirlər”. Papazyan məsələ ilə bağlı nəşrin sorğusunu cavablandırmaqdan imtina edib. “Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra Murad Papazyanla telefon əlaqəsi yaratdığına dair məlumatlar doğrudur. Fransa prezidenti Kişinyovda erməni maraqlarını müdafiə edən yeganə şəxs olub, Şarl Mişel Azərbaycanın mövqeyini müdafiə edib, Paşinyan isə zəif performans göstərib. Makron təyyarəyə minəndən dərhal sonra Murad Papazyana zəng edib və narazılığını bildirib. Çünki Makron erməni maraqlarını müdafiə edən yeganə şəxs kimi pis vəziyyətə düşüb” - Fransada nəşr olunan Armactu saytı yazıb.
Burada bir maraqlı cəhət də var - Makronun Papazyana zəngi məsələsi... Fransa kimi bir dövlətin rəhbəri nə üçün bir lobbi qarşısında bu qədər əyilir, hətta öz qəzəbini belə Papazyanla “bölüşür”? Maraqlı sualdır - Makron Fransanın maraqlarını qoruyur, yoxsa Papazyanın başçılıq etdiyi lobbinin?
Siyasi “naşılıq”, yoxsa beynəlxalq hüquqa qəsd?
Bəli, Kişinyovda baş tutan qeyri-rəsmi görüşün ardından Makronun bir siyasətçiyə yaraşmayacaq qədər “naşılıq” etməsi - mətbuata açıqlama verməsi belə onun mənfur niyyətindən xəbər verirdi. Xatırladaq ki, bu kimi görüşlərdən sonra siyasi etiket qaydalarına uyğun olaraq mətbuata açıqlamanı Aİ Şurasının prezidenti Şarl Mişel təqdim edirdi. Makronun özünə havadan belə bir “vəzifə” çıxarması hər kəs tərəfindən, hətta Fransanın aparıcı mətbuat orqanları tərəfindən belə təəccüblə qarşılanmışdı. Fransa kimi Avropanın aparıcı dövlətinin, müəyən mənada tarixi olan bir dövlətin rəhbərinin bu qədər ucuzlaşması, tutduğu posta mütənasib olmayan fikirlər səsləndirməyə çalışması, fürsətcilliyi heyrət doğururdu. Onun siyasətçiyə xas olmayan davranış nümayiş etdirərək görüşdən sonra tələm-tələsik verdiyi “açıqlama”larda yol verdiyi təhriflər isə birbaşa beynəlxalq hüquqa zidd idi. Təbii ki, Makron əsl həqiqəti bilir - sadəcə təhrifə yol vermək, qəsdən qıcıq yaratmaq istəyi onun erməni bacılarına xoş gəlmək arzusundan qaynaqlanır. Hətta Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi, Qarabağı Azərbaycan torpağı kimi tanıdığı bir yerdə olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə etmək Makronun xəbis siyasi tablosunu ortaya qoyur - bu kimi “oyunların” pərdəarxasında yatan isə birmənalı şəkildə erməni maraqlarıdır. Fransa özünü demokratiyanın “beşiyi” olan ölkələrdən saysa da, Makronun bu kimi ucuz addımları ölkənin fərqli imicini yaradır. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan bu kimi “ifadələr” işlətməklə Fransa özünün dövlət maraqlarını zərbə altına salır - bu o deməkdir ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarının gerisindədir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır.
Başı ermənilərə “qarışan” Makron unudub ki...
Makronun Papazyana “gileyinin” arxasındakı tək fakt isə Paşinyanın loyal davranışları deyil - hazırkə siyasi situasiya Makronu bəzi korrektlərə “imza atmağa” məcbur edir. İranın arxasınca Fransada da daxili gərginliklər pik həddə çatır. Tehran rejimi kimi Makron rejiminin də başı “ermənipərəstlikdən” ayılmır ki, özünün daxilindəki qarşıdurmaların hansı həddə çatdığını görsün - bu baxımdan, Makron anlayır ki, beynəlxalq hüquqa qarşı tutduğu mövqe ona baha başa oturacaq - xalqın etirazı, aparılan “islahatlar”la bağlı irəli sürülən tələblərin miqyası böyüyür. Belə bir zamanda bütün diqqətini daxili sabitliyin formalaşmasına, bu çətinliklərdən xilas olmağa yönəltməli olan Fransa hökuməti isə “burnunu” hər yerə soxmaq üçün fürsət axtarır. “Özünə umac ova bilməyən” rəsmi Parisin İrəvana və ya separatçı ermənilərə “əriştə kəsmək” arzusu Makronu dalana salıb. Hətta “qrant” adı altında ermənilərə ötürülən ianələr də məhz fransız xalqının pullarıdır. Əslində, “pensiya islahatı” adı altında xalqdan oğurladıqları pulu Makron hakimiyyəti Ermənistana ötürməklə, İrəvanı silahlandırmaq üçün istifadə etməklə həm də xalqı qarşısında məsuliyyət daşıyır. Bunun cavabı isə ağır olacaq - fransız xalqının Makrondan hesab soracağı gün uzaqda deyil...
P. İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

