Körfəz turnesindən gözləntilər...
21.07.2023 [10:30]
Lirəni xilas etmək mümkün olacaqmı?
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan son seçkilərdə növbəti dəfə inamlı qələbə qazandıqdan sonra körfəz ölkələrinə ilk səfərə gedib. Onun bazar ertəsindən başlayan körfəz turnesinə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələr daxildir. Türkiyə Prezidentinin regiona səfəri çoxməqsədlidir. Səfər çərçivəsində keçirilən görüşlərdə dünyadakı və regiondakı geosiyasi vəziyyətlə bağlı detallı müzakirələr aparılıb. Ancaq R.T.Ərdoğanın Körfəz turnesinin gündəliyi yalnız siyasi mövzularla məhdudlaşmayıb
İqtisadi gündəlik...
Analitiklər Türkiyənin dövlət başçısının Körfəz ölkələrinə səfərini daha çox “iqtisadi turne” kimi səciyyələndirirlər. Bu da onunla bağlıdır ki, Türkiyənin dövlət başçısının ərəb dövlətlərinə üçgünlük səfərə çıxmasında ölkəyə iri həcmlərdə investisiyaların cəlb olunması əsas prioritetlərdən biri olub. Xarici İqtisadi Əlaqələr Şurasının rəhbəri Nail Olpak tur başlamazdan bir müddət əvvəl Ankaranın tikinti və podrat sektorunda, o cümlədən səhiyyə, enerji, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində böyük müqavilələr imzalamağa ümid etdiyini bildirib. O bildirib ki, çox məhsuldar görüşlər keçirməyi və podratçılıq, mənzil tikintisi, rəqəmsal texnologiyalar, enerji, turizm, səhiyyə, qida, kənd təsərrüfatı, nəqliyyat, maliyyə kimi sektorlarda milyardlarla dollarlıq əməkdaşlıq müqavilələrini müzakirə etməyi səbirsizliklə gözləyirik.
Öz növbəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz diqqəti ona yönəldib ki, söhbət “həm iki ölkədə, həm də üçüncü ölkədə uzunmüddətli layihələrdən” gedir. “Birbaşa investisiyaların bir hissəsi dərhal, bir hissəsi isə gələcəkdə yönəldiləcək. Biz təsiredici rəqəmlər gözləyirik”, - deyə o vurğulayıb.
Xarici investisiyanın cəlb edilməsi...
Körfəz turnesi çərçivəsində xarici investisiyaların Türkiyəyə cəlb edilməsinin prioritet kimi nəzərdə tutulması hazırda qardaş ölkədə yaşanan iqtisadi problemlərlə, o cümlədən də maliyyə sahəsindəki mövcud vəziyyətlə bağlıdır. İyulun əvvəlində milli valyutanın - lirənin dəyəri dollar qarşısında tarixi minimumunu yeniləyərək ilk dəfə olaraq bir dollar üçün 26 lirə psixoloji həddini keçib. Bunun fonunda demək olar ki, hər həftə əksər türk biznesləri öz məhsul və xidmətlərinin satış qiymətlərini yuxarıya doğru indeksləşdirir (yalnız mövsümi tərəvəz və meyvələrin qiyməti azalır). Bununla yanaşı, Türkiyənin 2023-cü ilin ilk 5 ayında cari əməliyyatlar hesabının kəsiri 37,7 milyard dollara çatıb. Kəsiri doldurmaq üçün ən optimal yollardan biri zəngin ehtiyatlara və maliyyə resurslarına malik ərəb ölkələrindən sərmayələrin cəlb edilməsidir. Ehtimal olunur ki, ölkəyə daxil olacaq sərmayələr milli valyutanın dəyər itirməsini müəyyən qədər səngidəcək.
Müdafiə sahəsində əməkdaşlıq perspektivləri
Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri müdafiə və təhlükəsizlik sahələrində, eləcə də hərbi-sənaye kompleksi xətti ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın krallığa səfərinin yekunlarına dair birgə bəyanatda deyilir.
Ərdoğan Səudiyyə Ərəbistanında Baş nazir və Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüşündə müdafiə və hərbi-sənaye kompleksində əməkdaşlıq və koordinasiyanı gücləndirmək, həmçinin imzalanmış müvafiq sazişləri aktivləşdirmək əzmində olduqlarını bildirib.
Verilən xəbərlərə görə, Türkiyənin dövlət başçısının Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalanan sənədlər birbaşa investisiyalar, müdafiə sənayesi, enerji və rabitə sahələrini əhatə edib.
İkinci dayanacaq...
Prezident R.T.Ərdoğanın körfəz turnesi çərçivəsində ikinci dayanacağı Qətər olub. O burada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Türkiyənin dövlət başçısının Qətərə səfəri də ölkə iqtisadiyyatına investisiya cəlb etmək məqsədi daşıyıb. Qeyd edək ki, Qətər Türkiyə iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 18% artaraq təxminən 2,2 milyard dollara çatıb. İndiyədək iki ölkə arasında diplomatiya, təhsil, səhiyyə, mədəniyyət, dini işlər, mətbuat, təhlükəsizlik, ticarət və s. sahələr üzrə çoxsaylı müqavilələr imzalanıb. Həmin müqavilələrin icrası da yüksək səviyyədə təmin olunur.
50,7 milyard dollarlıq müqavilələr
Prezident R.T.Ərdoğanın Körfəz turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə səfəri Türkiyə ilə bu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 50-ci ildönümündə təsadüf edib. Prezident Ərdoğan imzalanan sənədlərlə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatacağını bildirib. Qeyd edək ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb. Məlumata əsasən, razıalşamaların ümumi dəyəri 50,7 milyard dollardır. İmzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

