Ankaranın “bağları”...
25.07.2023 [10:22]
Qərbin “böyük Türkiyə” xofu...
XXI əsrin ilk 20 ili başa çatan kimi dünyada yeni nizam qaydalarının “əks-sədası” səslənməyə başladı. Xüsusilə, yeni siyasi-hərbi və iqtisadi münasibətlər sisteminin formalaşması ölkələr qarşısında mühüm çağırışlar yaratdı. Ötən 20 il ərzində özünün iqtisadi imkanlarını siyasi gücə və hərbi potensiala “çevirə bilən”, başqa sözlə, yeni əsrin transformasiyasından uğurla çıxan ölkələr üçün əhəmiyyətli perspektivlər yaranır. Məsələn, son dövrlərdə regional güc faktorundan qlobal güc faktoruna keçid dövrünü uğurla yaşayan bəzi ölkələrin bölgəsəl problemlərin həllindəki çəkisi müsbətə doğru dəyişir - burada ən real misal kimi, qardaş Türkiyəni göstərə bilərik.
Sabitləşdirici faktor...
Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində keçdiyi siyasi yol, əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan müasir silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi yeni dövr üçün mühüm perspektivlər formalaşdırır. Qarşıdakı zaman kəsiyində proseslərin inkişafı Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasətin daha da möhkəmlənməsinə yol aça biləcəyinə böyük ümidlər yaradır. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin aydınlığa qovuşmasındakı təsir imkanları Türkiyənin qarşıdakı dövr üçün hədəflərinin əsas ştrixləridir.
Yeni dövrün siyasi-iqtisadi aktoru...
Yeni siyasi-iqtisadi mənzərə Türkiyə üçün enerji xabına çevrilmə perspektivi baxımından da böyük perspektiv vəd edir - Türkiyə Qərblə-Şərq arasında əsas tranzit və enerji mübadiləsi ünvanına çevrilə bilər. Ötən illər ərzində tapılan enerji rezervləri Türkiyəni Avroasiyanın yeni enerji təminatçısı kimi çıxış etməsinə zəmin yaradacaq. Yaxın perspektivdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi isə Azərbaycan vasitəsilə Türkiyənin də dünyanın ən böyük materikinin yeni yol xəritəsinin mühüm stansiyalarından birinə çevrilməsini təmin edəcək. Bu isə qarşıdakı dövrdə Türkiyənin daha uğurlu və effektiv siyasət yürütməsinə imkan yaradacaq.
Türkiyə artıq regional müstəvidə deyil, qlobal səviyyədə öz sözünə sahib olan dövlətlərdən sayılır. Qardaş ölkə yeni iqtisadi münasibətlər sisteminə yeni imkanlarla qədəm qoymağa hazırlaşır. Ötən 40 ildə bu dövlətin keçdiyi inkişaf yoluna nəzər salsaq, 1980-ci illərdə Türkiyənin illik ixracatı 2 mlrd. dollar idisə, indi bu rəqəm 250 mlrd. dolları keçir. Vurğulandığı kimi, Qərb enerji marşrutlarına görə Türkiyəyə “məhkumdur” - Avropa, eyni zamanda, Qara və Aralıq dənizində tapılan qazı səbirsizliklə gözləyir.
Türkiyənin haqlı tələbi...
Son bir ildə siyasi gündəmin əsas mövzularından birini isə şübhəsiz ki, İsveç və Finlandiyanın NATO-ya tamhüquqlu üzv olması məsələsi təşkil etməkdədir. Xatırladaq ki, ötən ilin yayında baş tutmuş Alyansın Madrid sammitində Türkiyə bu iki Skandinaviya dövlətinin quruma üzvlüyünün əleyhinə olduğunu bildirdi və özünün əsas şərtlərini irəli sürdü. Bu şərtlər çərçivəsində isə üç ölkə arasında Madrid memorandumu imzalandı - sənədin əsas məzmunu Türkiyəyə qarşı terror təhdidi yaradan şəxslərin İsveç və Finlandiya tərəfindən tutularaq Ankaraya təslim edilməsindən ibarət idi. Sənəddə yer alan məqamlardan biri də şimal ölkələrinin Türkiyəni Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO-da (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı idi.
Ankara bu ilin martın sonunda, aprelin əvvəlində Finlandiyaya NATO üçün “yaşıl işıq” yandırdı. Ardından isə İsveçlə bağlı məsələyə aydınlıq gətirildi - Prezident Ərdoğan İsveç və Finlandiyanı Ankaranın Aİ üzvlüyü məsələsində “aktivliyə” çağırdı.
Ankaraya edilən haqsızlıq...
Bu yerdə arayış verək ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edərək 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlara başladılar, lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırıldı. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 7 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib.
Ankaranın tələbində israrlı olduğunu uzun zamandır müşahidə edirik. Prinsip etibarilə bu, haqlı tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv qəbul edilmir. Rəsmi Vaşinqton Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəklədiyini bildirsə də, “məsuliyyəti”
Aİ-nin üzərinə atır. Xüsusilə “Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir” ifadəsi bunu deməyə əsas verir. İndiki halda isə, Aİ yenə də qeyri-müəyyən mövqe tutmağa “üstünlük verir”...
Fransa “amili” iş başında...
Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano “İzvestiya” qəzetinə bildirib ki, Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil. Türkiyənin perspektivlərindən danışan Stano bildirib ki, Aİ-yə üzvlük prosesi saatlarla deyil, illərlə davam edir, insan haqları və siyasi azadlıqlar da daxildir. Fransa parlamentinin deputatı “Thierry Mariani” nəşrinə bildirib ki, o, Ankara ilə danışıqları bərpa etməyin mənasını görmür. Eyni zamanda, qəzet Türkiyənin üzvlük mövzusunun da müzakirə olunacağını qeyd edir.
Bəli, açıqlamanın məhz Fransanı təmsil edən deputat tərəfindən verilməsi də olduqca böyük “mahiyyət” daşıyır. Fransanın anti-Türkiyə, anti-Azərbaycan siyasəti hər kəsə məlumdur və Parisin Ankaranın Aİ üzvlüyü məsələsinə qırmızı işıq yandırımaması təssüfləndirici olsa da, təbii sayılmalıdr...
Fransa bir türk dövlətinin, xüsusilə də bu dərəcədə qüdrətli bir türk dövlətinin Avropa İttifaqı kimi iqtisadi və siyasi rıçaqları olan quruma tamhüquqlu bir üzv olmasına qəti qarşıdır - çünki bu onlara sərf etmir. Türkiyənin Yaxın Orta Şərqdə, Qafqazda, Mərkəzi Asiyada, hətta Afrikada belə təsir imkanları hər kəsə, o cümlədən, rəsmi Parisə bəllidir. Fransa anlayır ki, Türkiyəyə əlavə olaraq, Qərbə təsir imkanları yaradılsa, Ankara köhnə qitənin əsas patronajına çevrilə bilər. Başqa sözlə, Türkiyənin Avropanın liderli olmasına bir addım qalacaq. Təbii ki, islamofobiyanın tüğyan etdiyi Fransa bir türk, bir müsəlman dövlətinin Avropada siyasi dominant roluna razı olmayacaq.
Bəli, ortada Türkiyənin “hər hansı tələbləri yerinə yetirə bilməməsi” kimi bir fakt yoxdur. Çünki bu ölkənin potensialı dünya dövlətlərinə bələddir, onlar da həqiqəti yaxşı dərk edirlər.
Kim kimə möhtacdır?
Rəsmi Ankaranın Avropa İttifaqına üzv qəbul edilməsi həm də başda təhsil və iş imkanları baxımından milyonlarla Türkiyə vətəndaşının Avropa ölkələrinə axın etməsinə gətirib çıxaracaq kimi görünür. Açıq etiraf etməsə də, Avropanın qorxduğu amillərdən biri budur.
Eyni zamanda, Türkiyə NATO ölkəsidir və bu ölkənin hərbi müdafiə potensialı çox güclüdür. Bu məntiqlə, Türkiyə Avropanın təhlükəsizliyinə əsas qarant ölkələrdəndir. Amma Avropa onu təhdidlərdən qoruyan bir ölkəni Aİ-yə daxil etmək istəmir. Bu qədər açıq ayrı-seçkilik harada müşahidə oluna bilər?
Bu gün baş verənlər, xüsusilə Avropanın durumu çox şeydən xəbər verir. Avropanın, eləcə də dünyanın əsas “düyünləri”nin açılmasında Türkiyə əsaslı rol oynayır. Cənubi Qafqazda sülhün təmininə dəstək verir, taxıl sazişininin yenidən bərpası üçün yeganə vasitəçi kimi tanınır, Şərq-Qərb münasibətlərinin yeni inkişaf mərhələsi üçün “açar dövlət” statusu əldə edib. Beləliklə, gəlin görək, kim kimə daha çox lazımdır və ya möhtacdır - Aİ Türkiyəyə, yoxsa...
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

