Bəşəriyyətə qarşı cinayət və terrorun davamı...
26.07.2023 [11:14]
Ermənistan hakimiyyəti mina xəritələrini niyə gizlədir?
Günel ABBAS
Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir. Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur. Eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra, indiyədək Ermənistanın mina terroru nəticəsində 300-dən artıq Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır. Lakin, bu istiqamətdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42,635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdiririk. Hazırda baza infrastruktur layihələrinin həyata keçirildiyi ərazilər və tikinti aparılacaq sahələr prioritet təşkil edir. Qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61,163 mina və partlamamış hərbi sursat aşkarlanıb.
Ermənistanın mina terroru iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılışında çıxış edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri olub. “Yaxın Şərq” xəbər agentliyinin təmsilçisi Məcid Şalkinin minaların insanların gündəlik həyatına necə təsir etməsi, həm də inkişaf layihələrinə necə mane olması ilə bağlı sualını cavablandıran dövlət başçımız deyib: “Bəli, siz ən vacib məsələyə toxundunuz. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi”.
Prezident İlham Əliyevin minaların sayının 1 milyona yaxın olması ilə bağlı açıqlaması Ermənistanın faşist dövləti olduğunu, işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini bir daha göstərir. Belə çıxır ki, 30 ilə yaxın davam edən işğal dövründə onların işi-gücü ancaq mina basdırmaqdan ibarət olub. Bu hərəkət, eyni zamanda, hayların azərbaycanlılara necə dərin nifrət hissi bəslədiklərinin daha bir nümunəsidir.
Beynəlxalq hüququn pozulan müddəaları
Ümumiyyətlə, Ermənilər həm işğal dövründə, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarkən bölgəyə çoxsaylı mina döşənilib, xeyli sayda partlamamış mərmi basdırılıb. Bütün çağırışlara baxmayaraq, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib. Ermənistanın həyata keçirdiyi mina terroruna özlərini dünyaya sülh carçısı kimi təqdim edən beynəlxalq təşkilatların laqeyd münasibət göstərməsi ölkə ictimaiyyətində qıcıq doğurur. Haqlı olaraq hər kəs “beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar” sualı ətrafında düşünür. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz.
Bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməməkləri bir yana, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı da Azərbaycana dəstək göstərmir. Əslində, onların bu riyakarlığı bizim üçün təəccüblü hadisə deyil. 30 ildən çoxdur biz beynəlxalq təşkilatların yeritdiyi ikili standartların şahidi olmuşuq. Ancaq bu bizi ruhdan salmamalıdır. Erməni vandalizmini özündə əks etdirən hər bir faktı aktlaşdırıb beynəlxalq təşkilatlara göndərməliyik ki, haqq davamızdan vaz keçmədiyimizi görsünlər. Əgər bu təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsinə zəmin yaratsınlar. Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

