Kandaryanın "uşaqları"
26.07.2023 [21:12]
Arifə bir erməni işarəsi...
Azərbaycanın günü-gündən artan nüfuzu dostlarımızı sevindirdiyi qədər, düşmənlərimizi məyus edir. Əldə olunan uğurlar kompleks şəkildə ölkəmizin demokratik imicini daha da möhkəmləndirir – eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.
Nailiyyətlərimiz Azərbaycana qarşı olan qüvvələrə, xüsusilə erməni lobbisinə və onun əlaltılarına rahatlıq vermir. Addımbaşı təşkil edilən qərəzli kampaniyalar erməni lobbisinin tanınmış simaları, milyarderlər tərəfindən maliyyələşdirilir. Məsələn, Stiven Kandaryan kimiləri tərəfindən…
Anti-Azərbaycan fəaliyyətin maliyyə "qaynağı"…
Kimdir Kandaryan? Erməni əsilli amerikalı iş adamı Stiven Kandaryanın 2021-ci ildə ümumi sərvəti təxminən 25 milyard dollar səviyyəsində qiymətləndirilib. O, dünyanın ən zəngin 100 adamı sırasındadır. Müqayisə üçün deyək ki, Rusiyanın ən zəngin ermənisi Samvel Karapetyanın sərvəti təxminən 3,7 milyard dollardır - Ermənistanın ən zəngin ermənisi Qaqik Tsarukyanın sərvəti isə 500 milyon dollara yaxındır.
Kandaryan 1952-ci ildə Konnektikutda anadan olub. Stiven 20-ci əsrin əvvəllərində ABŞ-a köçmüş erməni ailəsində dünyaya gəlib. O hazırda, Amerikanın ən böyük sığorta şirkətlərindən biri olan MetLife şirkətinin baş direktoru vəzifəsini tutur.
Stiven Kandaryanın fəaliyyətinin ən mühüm "istiqamətlərindən" birini onun anti-Azərbaycan fəaliyyəti, daha doğrusu bu fəaliyyəti "stimullaşdırması" təşkil edir. Dünyada şəbəkələşmiş formada fəaliyyət göstərən erməni lobbisi, terror təşkilatları, anti-təbliğat qrupları, hətta xəyanətkar fərdlər belə Kandaryanın diqqətindən kənarda qalmır. Hər il ABŞ və Avropadakı erməni xeyriyyə fondlarının hesablarına milyonlarla pul köçürən Kandaryanın əsas məqsədi anti-Azərbaycan təbliğatını gücləndirməkdən ibarətdir. Bütövlükdə prosesdə adının hallandırılmasını istəməyən Kandaryan bu kimi fəaliyyətləri başqa-başqa şəxslərin, hətta tanınmış siyasətçilərin, diplomatların əli ilə həyata keçirir. Kandaryan artıq uzun illərdir ki, Amerika hakimiyyətinin ən yüksək dairələrinə belə nüfuz etməyi bacarıb - erməni lobbisinin maraqlarının qorunması üçün mühüm təşkilatlanma həyata keçirib. O, nəinki yalnız ABŞ-da, hətta Avropada erməni yalanlarının təbliğinə, ermənilərin lehinə hətta beynəlxalq hüquqa zidd qərarların qəbul edilməsinə təsir göstərir.
Kandaryanın "Sevinci"…
Kandaryanın anti-Azərbaycan fəaliyyətinin mərkəzində ölkəmizdən “daha gözəl həyat” eşqi ilə “mühacirət etmiş" şəxslər xüsusi "yer tutur". Bu gün adının qarşısına "radikal" yarlığının yapışdırılması üçün əldən-ayaqdan gedənlərin əksəriyyəti məhz Kandaryanın "qrant siyahısına" düşmək üçün "mübarizə aparır". Kandaryanın "qanadları altında" böyüyən antimilli ünsurlər isə az deyil…
Məsələn, radikal müxalifətin əsas "tezisçisi" sayılan Sevinc Osmanqızı birbaşa Kandaryanın şəxsi vəsaiti hesabına fəaliyyət göstərir. Onun qısa zamanda, "populyarlaşdırılması"nda da Kandaryan komandasının rolu az deyil – internet yayımlarına baxışların süni şəkildə artırılması üçün bu erməni iş adamı minlərlə dollar xərcləyir. Əlbəttə ki, burada məqsəd həm də Sevinc Osmanqızı "vasitəsilə" yeni "sevinclər" tapıb "kəşf etməkdir". Məsələn, Osmanqızının ən populyar "ekspert”lərindən olan Gültəkin Hacıbəylinin adını bu cərgədə çəkmək olar.
Sevinc Osmanqızının erməni lobbisinin maliyyəsi əsasında fəaliyyət göstərməsi ilə bağlı yüzlərlə fakt mövcuddur. Hətta bir ara Kandaryanı "qəzəbləndirən" Osmanqızının TV-si bağlanmaq təhlükəsi yaşayırdı. “Müxalifət tezisçisi”nin Kandaryanın ətrafından tanıdığı erməni əsilli şəxslər vasitəsilə öhdəlik götürdüyü, bir daha səhvə yol verməyəcəyi haqda iltizam imzaladığı bildirilir. Onun aylıq "maaşı" da məhz Kandaryanın "qara kassası"ndan ödənir.
Kandaryan "milli şura"nın "fəxri ağsaqqal"ına aylıq maaş təyin edib
Kandaryanın maliyyəsindən bəhrələnənlərdən biri də "milli şura"nın "fəxri ağsaqqalı" Cəmil Həsənlidir. Adını "professor" qoymuş bu şəxs ermənilərdən gələn maliyyənin əsas "kuratorlarından" sayılır. Belə ki, Azərbaycanda "fəaliyyət göstərən" ermənipərəstlərin Kandaryan komandasına "təqdimatı" məhz C.Həsənlinin sayəsində həyata keçirilir. C.Həsənlinin erməni lobbisi ilə əlaqələri isə uzun tarixə söykənir. Belə ki, Ə.Kərimlinin onu AXCP-dən qovmasının ardından yenidən bu partiyaya qayıdan C.Həsənli 2013-cü ilin noyabrında qəfildən ABŞ-da "peyda olmuşdu". Həsənlinin 10 günlük ABŞ turnesi isə bu ölkədə yaşayan bəzi ermənipərəst dairələrlə keçirdiyi görüşlərlə yadda qalmışdı. Bir görüşə xüsusi olaraq toxunmağa ehtiyac var - C.Həsənli mətbuat konfransında bildirmişdi ki, noyabrın 15-də ilk görüş insan hüquqları ilə məşğul olan “Lantos” qrupu ilə olub: Sitat: «Bu qrup konqresmen Lantosun adı ilə bağlıdır. Biz seçki məsələlərini müzakirə etdik».
Bu qrupu araşdırarkən məlum olur ki, qrupun adını daşıdığı konqresmen Tom Lantos 2007-ci ildə ABŞ konqresinə təqdim olunan qondarma «erməni soyqırımı» layihəsinin müəllifidir. 2008-ci ildə dünyasını dəyişən T.Lantosun fəaliyyətini isə yəqin ki, adını daşıdığı qrup həyata keçirməkdədir. Eyni zamanda, bu qrup erməni lobbisinin açıq maddi dəstəyi sayəsində fəaliyyət göstərir – C.Həsənlinin məhz bu görüşdən sonra tez-tez okeanın o tayına keçməsinin əsas səbəbi də "siyasətçilər" vasitəsilə Kandaryanın maliyyəsindən bəhrələnməsindən qaynaqlanır. Hətta sonuncu "səfəri" zamanı C.Həsənli "akademik ezamiyyətdə" olduğunu iddia etsə də, məlum olub ki, onun işlədiyi ali təhsil ocağı onun nəinki akademik, heç adi ezamiyyətə göndərişi ilə bağlı qərar verməyib. Kandaryan "milli şura"nın "fəxri ağsaqqalı"na maaş da kəsib. C.Həsənli erməni lobbisinin bir "gəl" işarəsini gözləyir...
Üçbucağın lal bucağı…
Kandaryanın maliyyəsi ilə "böyüyən”lərdən biri də Sevinc Osmanqızının sevimli "eksperti" Arif Məmmədovdur. Bu alayarımçıq siyasətçinin Azərbaycana xəyanətinin də əsasında erməni lobbisinin maliyyəsi dayanır. Onun Avropadakı bütün "layihələri" məhz Kandaryanın fondları tərəfindən qarşılanır. Eyni zamanda, Kandaryanın nəzarətində olan fondlar həmin ölkələrdəki təsir güclərindən istifadə edərək Arif Məmmədovun əli ilə "mühacirət" arzusunda olanların həmin ölkələrə yerləşdirilməsini də təşkil edir. Ə.Kərimli – Arif Məmmədov – C.Həsənli üçbucağının nəzarətində olan "mühacir biznesi"nin genişləndirilməsi də buna əsaslanır.
Kandaryanın pulu ilə Avropada və ya ABŞ-da "at oynadan"ların sayı bununla bitmir. Həmin regionlarda guya "təhsil alan", "pedaqoji fəaliyyətlə" məşğul olan və ya "blogerlik edən" şəxslərin maliyyəsi də məhz Kandaryanın özəl fondları tərəfindən ödənilir. Bu barədə isə yetərincə faktlar mövcuddur.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04

