“Laçın” postu ətrafında nə baş verir?
28.07.2023 [10:22]
Azərbaycan öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq
Nardar BAYRAMLI
Ermənistan “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində təxribat törətmək, habelə Laçın-Xankəndi yolunun “bağlanması” ətrafında Azərbaycan əleyhinə təbliğat aparmaq üçün oyunlarına davam edir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iyulun 25-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırıldığı barədə məlumat yaymışdı. Azərbaycan tərəfi Ermənistanı təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırmışdı və baş verə biləcək hər hansı hadisəyə görə məhz rəsmi İrəvanın məsuliyyət daşıyacağını bildirmişdi. Edilən xəbərdarlıqlara baxmayaraq, iyulun 26-da Ermənistan tərəfindən nəqliyyat vasitələrinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində cəmləşdirilməsi həyata keçirilib. Bu, Ermənistan tərəfinin siyasi şousu, manipulyasiya və növbəti təxribat cəhdidir.
“Humanitar yardım” adı altında təxribat
Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan edib. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən nə üçün imtina etmələri qətiyyən başadüşülən deyil. Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir.
Ermənistan bu addımla siyasi şou yaradır və siyasi möhtəkirlik nümunəsi ortaya qoyur. Xarici səfirliklərin, o cümlədən Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək, sözün əsl mənasında, məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirliklərinin nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil. Amma Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək və iflasa məhkumdur.
Hikmət Hacıyev: Oyun bitdi!
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib və bununla bağlı təkliflərini də qarşı tərəfə təklif edib. Bu, əraziləri uzun illər işğal altında qalmasına baxmayaraq, ölkəmizin sülhsevər siyasət yürütdüyünü göstərir. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanı vəziyyəti gərginləşdirəcək hər hansı təxribatçı əməllərdən çəkinməyə çağırıb. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır. O, Avropa İttifaqı ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar.
Prezidentin köməkçisi xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib. “Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”, - deyə H.Hacıyev əlavə edib.
Lakin Ermənistan tərəfi sakit dayanmır, Azərbaycanın xəbərdarlığından nəticə çıxarmır. Nikol Paşinyan özünün tviter hesabında yazıb ki, guya Qarabağa göndərilən 360 ton “həyati əhəmiyyət daşıyan yük” sırf humanitar məqsədlər üçündür. Ötən gün isə Ermənistan XİN başçısının müavini Vaqan Kostanyan deyib ki, hazırda yüklər Laçın keçid məntəqəsinin qarşısında gözləyir. Erməni tərəfi yaranmış vəziyyəti beynəlxalq ictimaiyyətə yanlış formada çatdırmaqla Azərbaycanın imicinə zərər vurmağa, ölkəmizə qarşı təzyiqlərin göstərilməsinə çalışır.
XİN: Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, növbəti təxribatdır
Yaranmış vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd-keçid məntəqəsinə qarşı növbəti təxribatdır. Bəyanatda, həmçinin deyilir: “Ermənistan tərəfinin Moskvada, o cümlədən hazırkı vəziyyətlə bağlı ətraflı müzakirələrin aparıldığı danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir. 15 iyun tarixində Laçında sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir. Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil”.
Qeyd olunub ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir. “Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib. Bu kimi təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb edirik”,-deyə bəyanatda vurğulanıb.
Jozep Borrelə cavab
Təəssüf ki, bəzi beynəlxalq təşkilatların, ölkələrin rəsmi şəxsləri də Ermənistanın təbliat maşının alətinə çevrilib. Onalrdan biri də Avropa İttifaqının xarici əlaqələr və təhlüksəzilik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreldir. Cənab Borrel məsələ ilə bağlı açıqlamasında baş verənlərdən ciddi narahat olduqlarını, “Laçın dəhlizinin açılmasını” və Ermənistandan göndərilən yüklərin Qarabağa çatdırılmasını istəyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin 26 iyul tarixli bəyanatına münasibət bildirərkən söyləyib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi təmin edilib. Azərbaycan tərəfindən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təşkil olunub. “İyunun 15-də “Laçın” buraxılış məntəqəsinə qarşı silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də iyulun 26-da “humanitar yük” adı altında avtomobil karvanının göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb. Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə olunması təklifi ilə çıxış edib. Bu təklifin Avropa İttifaqı, BQXK daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir”, - deyə o bildirib.
Mətbuat katibi vurğulayıb ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

