Azərbaycan tarixi ədaləti bərpa edir…
30.07.2023 [11:36]
Xalqımıza qarşı qanlı cinayətlərin iştirakçıları məsuliyyətə cəlb olunur
Terror, təcavüz, işğal və bu kimi bəşəri cinayətlər son 200 illik tariximizin bir çox səhifələrində üzləşdiyimiz ağır facilərdəndir. Ermənistanın irəli sürdüyü əsassız torpaq iddiaları, həyata keçirdiyi soyqırımlar xalqımız üçün ağır nəticələrə yol açıb və yüzlərlə, minlərlə günahsız insanın ölümünə səbəb olub. XX əsrin son onilliyində yenidən ölkəmizə qarşı işğal siyasəti yürüdən Ermənistan törətdiyi qanlı terror aktlarının cəzasız qalmasından daha da cəsarətlənərək daha ağır cinayətlərə əl atdı. Ağdaban, Qaradağlı, Meşəli, nəhayət Xocalı soyqırımları kimi qanlı teraktlar törədən ermənilər havadarlarının köməyi ilə 30 ilə yaxın cinayət məsuliyyətindən yayına bildilər.
2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığa qovuşmasına nail olmuş Azərbaycan dövləti regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqların ən mühüm təzahürlərindən biri də tarixi ədalətin bərpası, beynəlxalq hüququn təmin edilməsi idi. Ötən dövr ərzində Azərbaycan dövləti bir sıra istiqamətlərdə bu tarixi ədalətin bərpasına nail oldu. Bu ilin aprelində Laçında qurulan sərhəd buraxılış məntəqəsi isə Azərbaycanın suveren hüquqlarından istifadəsi idi – bu məntəqə həm ölkə sərhədlərinin təhlükəsizliyinin təminatınada, həm də bir sıra istiqamətlərdə mühüm amil kimi çıxış etməkdədir.
Meşəli cinayətinin iştirakçılarından biri saxlanıldı…
Azərbaycan bütün müstəvilərdə ədalətin bərpasına nail olmaq uğrunda mübarizə aparır və buna nail olur. Məsələn, Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti təntənəsidir. Xatırladaq ki, dünən 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç həbs olunub. O, erməni milliyyətindən olan digər şəxslərlə birgə 1991-ci ildə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 2023-cü il iyulun 29-da Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Meşəli faciəsi - Xocalı qətliamına "gedən yol"…
Xatırladaq ki, erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib - , 400 nəfər kənddən deportasiya edilib. Hazırda Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.
Xocalı rayonunun Meşəli kəndində törədilmiş kütləvi qətliam cəmi 3 ay sonra baş vermiş Xocalı soyqırımına hazırlıq idi. Məhz həmin dövrdə Meşəli faciəsinə dünya birliyi tərəfindən heç bir reaksiyanın olmaması erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha geniş miqyaslı soyqırım törətməsi üçün zəmin yaratdı. Cəzasızlıq mühitindən daha da ruhlanan ermənilər XX əsrin ən böyük cinayətlərindən birini - Xocalı soyqrımını törətdilər: aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü.
Cinayətkar cəzasını alacaq!
Qeyd edək ki, bu faciələrin törədilməsində Ermənistanın siyasi hakimiyyətində vaxtilə ən yüksək postları tutmuş şəxslərin - Serj Sarkisyanın, Seyran Ohanyanın, Robert Köçəryanın birbaşa iştirakı və rolu olması hər kəsə məlumdur. Bunu ermənilər özləri etiraf edirlər. Ermənistanın şovinist ideologiyasının əsas simalarından sayılan yaçıçı Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım cinayəti ilə bağlı bütün faktları özü qeyd edib. Livanda yaşayan daha bir erməni müəllif, jurnalist David Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. İşğalçı ölkənin keçmiş prezidenti Serj Sarkisyan 2000-ci ildə Böyük Britaniyalı jurnalist Tomas de Vala müsahibəsində Xocalı qətliamında birbaşa iştirakçı olduğunu etiraf etmişdi.
Azərbaycan dövləti isə hər zaman bəyan edib ki, bu cinayətləri törədənlər mütləq şəkildə cəzasını alacaq. Prezident İlham Əliyev çıxışlarından birində bildirmişdi ki, “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir”,
2023-cü il fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edən zaman isə dövlət başçısı bildirmişdi ki, Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu gün Meşəli soyqırımı iştirakçısının saxlanılması bir daha göstərir ki, Azərbaycan dövləti dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri unutmayıb və xalqımıza qarşı soyqırımda əli olan cinayətkar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.
Ədalət hər zaman öz yerini tapır - cinayətkar məsuliyyətini daşıyır…
Bəli, 30 illik fasilədən sonra ədalət bərqərar olur – Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir. Əslində tarixi və ilahi ədalət hər zaman öz yerini tapır – hər kəs törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur. Xaçaturyan kimi cinayətkarlar da müəyyən olunur və cinayət məsuliyyətinə cəlb edilir. Burada təəccüblü bir hal yoxdur - vaxtilə faşizm kimi qanlı ideologiyaya xidmət edən, yəhudilərə qarşı cinayətlər törədən şəxslər belə hətta 50-60 ildən sonra İsrail xüsusi xidmət orqanları tərəfindən tapılaraq məsuliyyətə cəlb edilmiş, məhkəmə qarşısında dayanmışdılar. İkinci Dünya Müharibəsindən sonra məsuliyyətdən yayınmağı bacaranlar sonradan ədalətin mühakiməsindən yayına bilməmişdilər. Məsələn, 2016-cı ildə 94 yaşlı keçmiş SS mühafizə dəstəsinin əsgəri Raynold Hanninq Detmoid şəhərində keçirilən məhkəmədə Osvensim düşərgəsində xidmət etdiyi üçün mühakimə olunmuşdu. O, 1942-ci ilin yanvarından 1944-cu ilin iyun ayına qədər Osvensim düşərgəsində xidmət etmişdi və 170 min insanın ölümündə günahlandırılırdı. İstintaqın nəticəsinə əsasən, Hanninq məhbusların bölünməsi ilə məşğul olmuşdu. O, insanların məcburi işləməsinə və ya kimilərininsə ölüm kameralarına getməsinə qərar verirmiş.
Və ya Hitler faşizminin “Sobibor” ölüm düşərgəsində gözətçisi olmaqda şübhəli bilinən 89 yaşlı Con Demyanyuk 2009-cu ildə Almaniyanın Münhen şəhərində məhkəmə qarşısına çıxarılmışdı. Ona qarşı İkinci Dünya Müharibəsi zamanı Polşadakı “Sobibor” ölüm düşərgəsində 27 mindən çox yəhudinin qətlinə yardım göstərməkdə ittiham irəli sürülmüşdü. Həmin dövrdə artıq 89 yaşı olan C.Demyançuk Amerikadan məhz bu ittihama görə Almaniyaya deportasiya edilmişdi.
Bu kimi faktlar onlarla, yüzlərlədir. Hərbi cinayətlərdə iştirak edən, insanlığa qarşı qanlı aktlarda iştirakçı olan Xaçaturyan kimiləri də cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcək…
Etiraz edən Ermənistan…
Əli günahsız azərbaycanlıların qanına batmış Xaçaturyanın saxlanmasına qarşı Ermənistanın etiraz etməsi isə bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində açıq şəkildə dəstək verməsinin bariz sübutudur. Bu, bir daha göstərir ki, sözdə güya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, mehriban qonşuluq münasibətlərinin qurulmasını “istəyən” hazırkı Ermənistan iqtidarı, əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır.
P.İSMAYILOV
P.S. Əslində, bu da təəccüblu deyil – Hitler faşizminə nökərçilik etmiş terrorçu Qaregin Njdeyə heykəl qoyan ölkə Xaçaturyan kimi cinayətkarın həbsinə də "etiraz etməlidir"…
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

