Canilərin aqibəti...
02.08.2023 [10:40]
Vaqif Xaçaturyanı hansı cəza gözləyir?
Nardar BAYRAMLI
Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş cani Vaqif Xaçaturyanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində həbs edilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur. Çünki bu şəxsin adı çoxdan beynəlxalq axtarışa verilmişdi və onun cinayətləri təsdiqləyən çoxsaylı sübutlar var. Meşəli faciəsinin şahidi olan insanlar V.Xaçaturyanın hansı amansız cinayətlər törətdiyini KİV-lərə danışırlar. Azərbaycan hüquq-mühafizə orqanlarının onu həbs etməsi Meşəli faciəsini yaşamış insanların qəlbinə böyük təsəllidir, şəhid olanların isə ruhu şaddır.
Azərbaycan ədalətin bərpasına nail olur
Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti təntənəsidir. Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir. Əslində, tarixi və ilahi ədalət hər zaman öz yerini tapır - hər kəs törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur. Xaçaturyanın da məsuliyyətə cəlb olunması bunu təsdiqləyir.
Əli günahsız azərbaycanlıların qanına batmış Xaçaturyanın saxlanmasına qarşı Ermənistanın etiraz etməsi isə bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində açıq şəkildə dəstək verməsinin bariz sübutudur. Bu, bir daha göstərir ki, sözdə güya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını “istəyən” hazırkı Ermənistan iqtidarı, əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır. Ermənistanın belə davranışı isə beynəlxalq qınaq tələb edir.
Qeyd edək ki, Meşəli kəndində azərbaycanlıların soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb. Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov jurnalistlərə açıqlamasında deyib ki, Meşəli hadisələri ilə bağlı saxlanılan Vaqif Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib: “Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”.
Xaçaturyan 2013-cü ildən beynəlxalq axtarışa verilmişdi
V. Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud olduğunu vurğulayıb.
Respublika Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov isə 1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirib. İlqar Səfərov uzun müddət aparılmış istintaq nəticəsində V.Xaçaturyanın şəxsiyyətinin müəyyən edildiyini qeyd edib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçaturyanın beynəlxalq axtarışa verildiyini xatırladıb.
Hüquqşünas Yalçın Hacızadə isə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın qanunvericiliyinə əsasən haqqında həbs və axtarış qərarı çıxarılmış Vaqif Xaçaturyanın xəstəlik adı ilə Laçın dövlət-sərhəd buraxılış məntəqəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitəsilə Ermənistana keçərkən saxlanılması işğala və onun nəticələrinə hüquqi qiymətin verilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, ermənilərin xalqımıza qarşı törədilmiş hər bir əməlinə görə cinayət işi açılıb. Həmin şəxslərin müəyyən edilməsi və haqlarında hüquqi tədbirlərin görülməsi üçün cinayət prosessual hərəkətlər davam etdirilir.
Maddə 103: 14 ildən 20 ilədək və ya ömürlük cəza, maddə 107: 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə
Onun sözlərinə görə, Vaqif Xaçaturyan 1991-ci il dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin isə didərgin salınmasında iştirakına görə təqsirləndirilir. Bu səbəbdən onun haqqında Azərbaycan Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə cinayət işi açılıb: “Həmin maddələr Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə bölümündə öz əksini tapır. Soyqırımı cinayətinə görə məsuliyyəti müəyyən edən 103-cü maddəyə əsasən cəza 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur. 107-ci maddəyə gəlincə, bu maddə üzrə cinayətkarı 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. V.Xaçaturyanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq konvensiyaların da pozulmasıdır. V.Xaçaturyanın da iştirak etdiyi cinayətkar birliyin milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulmasıdır. Həmin beynəlxalq normalar belə əməlləri törədənlərin cəzalandırılmasını tələb edir”.
Hüquqşünas deyib ki, Azərbaycan xalqına qarşı ağır cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək hüquqi məsuliyyətə cəlb edilmələrini xalqımız çoxdan gözləyir: “İşğal nəticəsində böyük həcmdə maddi ziyan vurulmuş, minlərlə insan qətl edilmiş, ağır işgəncələrə məruz qalmış və yüz minlərlə sakin öz yurdundan məcburi köçürülmüşdü. Əlbəttə, Ermənistan dövləti və ayrı-ayrı şəxslər etdikləri cinayət əməlinə görə cavab verəcəklər. V.Xaçaturyanın da saxlanılması zərərçəkənlərin hüquqlarının qorunması, ədalətin bərpa olunması istiqamətində həyata keçirilmiş uğurlu əməliyyatdır. Eyni zamanda, bu, həm milli, həm də beynəlxalq qanunlara uyğundur”.
Beləliklə, ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda ittiham olunan şəxslərin hamısı tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaqlar. Xaçaturyan kimi cinayətkarın qanuni həbsini “siyasi şouya” çevirmək istəyənlər anlamalıdır ki, günahsız insanları amansızlıqla qətlə yetirən bütün canilərin sonu V. Xaçaturyan kimi olacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44

