Bir xaçaturyana 12 günlük “humanitar yük”...
08.08.2023 [10:30]
Ermənistanın şousu ifşa edilir
Bu il aprelin 23-də Laçında dövlət sərhəd buraxılış məntəqəsinin qurulması siyasi-hərbi proseslərə yeni yön verməklə yanaşı, situasiyanı kökündən dəyişdi. Bu addım regionda yeni vəziyyət yaratdı - eyni zamanda, bu “post”un qurulması hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu “fəaliyyəti” artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistana beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları seçildi. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Orada müvafiq prosedur qaydaları tətbiq olunur. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyir.
Təssüfləndirici haldır ki, bəzi dairələr Azərbaycanın bu qanuni addımını fərqli müstəvilərdə izah etməyə çalışır, bunun ətrafında yalançı təzyiq kampaniyası formalaşdıraraq şou göstərmək istəyir. Qeyd edək ki, ötən aylar ərzində Ermənistanın, eləcə də onların qanadı altına “sığınmış” qondarma separatçıların Laçın postuna qarşı təxribatları intensiv hal alıb. İyunun 15-də baş verən silahlı hücum, ardından Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları vasitəsilə qaçaqmalçılıq cəhdləri buna bariz sübutdur. Ümumiyyətlə, Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin özündə səddə çevrilib - artıq bu yolla Qarabağda yerləşən separatçılara silah-sursat daşınması mümkün deyil. Bu isə onu göstərir ki, Azərbaycan bu postu qurmaqla həm də təhlükəsizlik arxitekturasına mühüm töhfə verib. İndiyə qədər 2 mindən artıq insanın bu postun xidmətindən istifadə etməsi bunu təsdiqləyir.
Əsl səbəblər...
Amma görünən budur ki, ermənilərin çirkin niyyəti və bu niyyətə dəstək verənlər dayanmaq fikrində deyillər. 26 iyul tarixində “humanitar yük” adı altında avtomobil konvoylarının göndərilməsi də bu təxribatın növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Xatırladaq ki, Azərbaycan bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb”. Amma daha böyük yüklərin alternativ yolla, Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib. Bu təklifin qarşılığında isə Ermənistan yenidən şantaj üsuluna əl atıb - Azərbaycanla sərhəddə “humanitar yük” adı altında avtmobil kanvoyu saxlayır, dünya ictimaiyyətinin gözündən pərdə asmaq üçün şou göstərir.
12 günlük “humanitarlıq”...
Bu “kampaniyanın” şou olması bütün çılpaqlığı ilə ortadadır. İlk olaraq vurğulamaq lazımdır ki, həmin “tırların” Azərbaycan sərhədinə gəlməsindən 12 gün ötür. Bu yüklər deyildiyi kimi, “əzaq məhsulları” idisə - artıq onlar yararsız hala düşüb. Demək ki, məntiqlə həmin “tırlar” geri qayıtmalıdır. Hətta əgər həmin tırlardakı məhsullar konservləşdirilmiş haldadırsa belə, niyə imkan verilmir ki, Azərbaycan bu yükləri diqqətlə yoxlasın. Demək ki, məsələ həmin yüklərdə deyil, sadəcə olaraq, Ermənistan bundan şou düzəldərək Azərbaycana qarşı təzyiq kampaniyası formalaşdırmaq istəyir. Başqa sözlə, adıçəkilən hadisə ilə bağlı Azərbaycan XİN-in bəyanatında əks olunduğu kimi Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribatdır.
Xaçaturyan “bəhanəsi”...
Maraqlıdır ki, Ermənistanın şou yaratmaq cəhdləri elə özü tərəfindən ifşa edilir. Məsələn, separatçıların bəzi nümayəndələrinin açıqlamaları onu göstərir ki, Ermənistan bu məsələdən “siyasi dəyənək” kimi istifadə etməkdə qərarlıdır. Separatçıların “antiböhran şurasının rəhbəri” Tiqran Petrosyan bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndiyə Ağdam vasitəsilə daxil olması təkcə bir halda mümkündür. “Biz BQXK-nın Qarabağa Ağdam vasitəsilə daxil olmasına Vaqif Xaçaturyanın qayıtmasından sonra razı ola bilərik. Bütün digər hallarda bu, inteqrasiyaya məcbur etmək üçün növbəti addım olacaq”, - deyə o bildirib.
Göründüyü kimi, Petrosyanın bu “tələbi” onları ələ verir. Yəni, Ağdam-Xankəndi yolundan istifadə mümkündür. O ki qaldı, Vaqif Xaçaturyan məsələsinə, istər separatçılar. İstərsə də Ermənistanın siyasi rəhbərliyi anlayır ki, bu şəxs cinayətkardır. Sadəcə olaraq, indiki halda heç olmasa bu “tələbi” irəli sürməklə nəyə nail olmağa çalışırlar. Bu isə bütövlükdə, prosesin gülünc bir tamaşa olduğunu bir daha sübuta yetirir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

