Ağa “qara” deyənlər...
09.08.2023 [10:40]
XİN-dən BMT-yə cavab: QƏBULEDİLMƏZDİR!
Yeganə BAYRAMOVA
Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsi ölkəmizin dünya miqyasında olan nüfuzunu daha da artırdı. Əslində, bu Zəfər Ermənistanla bərabər özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən beynəlxalq təşkilatlar üzərində də qazanıldı. Çünki son 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini viran qoymasına biganəlik göstərən bəzi ölkə və beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmır, əksinə Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirdilər. Bu bəyanatlarla tanış olanda adama elə gəlirdi ki, sanki Azərbaycanın yox, Ermənistanın ərazisi işğal altında olub.
Belə qərəzli, yalan və böhtanla dolu bəyanatlar həmin beynəlxalq təşkilatlara olan inamı heçə endirir. Ölkəmiz Ermənistan üzərində tarixi Qələbə qazanmaqla həm ağa “qara” deyən beynəlxalq təşkilatların, həm də Ermənistana havadarlıq edən dövlətlərin iç üzünü açdı. Azərbaycana qərəzli mövqe nümayiş etdirən bir sıra beynəlxalq ekspertlər, təəssüf ki, hələ də çirkin əməllərindən əl çəkmir, erməni lobbisinin əlində oyuncaq olduqlarını bu gün də nümayiş etdirirlər.
Bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti “Laçın dəhlizi” ilə bağlı açıqlama veriblər. Onlar guya Azərbaycan tərəfindən “Laçın dəhlizi”nin blokadada saxlanıldığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş verənlərlə bağlı bəyanat yayıb. XİN-dən bildirilib ki, səsləndirilən əsassız iddialar BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir.
İkili yanaşmalar qəbuledilməzdir
XİN-in bəyanatında qeyd olunub ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına yol verilib. Son üç il ərzində isə Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin qərəzli bəyanatlar verməsi narahatlıq doğurur. Bununla yanaşı, həmin şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir”.
İddiaların əsassızlığı sübut edilib
Bəyanatda, həmçinin vurğulanıb: “Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmır. Bununla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb.
Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib”.
Erməni sakinlərin keçidinə şərait yaradırıq
Bəyanatda bildirilib ki, Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb: “Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmanət verilməsinə dair çağırışlara baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib.
Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır”.
Siyasi şantaj və manipulyasiya...
XİN Azərbaycanın suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə belə cavab verib: “Bunun üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülüb. Təkliflərin Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfi bu təkliflərə qarşı çıxıb. Onların alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərir.
Azərbaycan hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir. Bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürüb. Səylərin dəstəklənməsi əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək”.
Erməni lobbisinə xidmət...
Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı daim ikili standart tətbiq ediblər. İstər BMT, istərsə də digər təşkilatların 30 ilə yaxındır həyata keçirdiyi fəaliyyət göz qabağındadır. Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir fəaliyyət göstərir. Onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında lövbər salıblar. Torpaqlarımızı işğaldan azad edənə kimi Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsində yer alan beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Ermənistan tərəfi bu prinsiplərin pozulmasına yenə də yol verir. Amma BMT-nin İnsan Hüquqları Şurasındakı məruzəçi və ekspertlərin susqunluğu onların mövcud reallığı qəbul etmədiklərini göstərir. Ümumiyyətlə, həmin ekspertlərin ikili yanaşması, Azərbaycana qarşı səsləndir?ikləri sonuncu bəyanat onların erməni lobbisina xidmət etdiyinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

