Birləşdirici funksionallıq daşımalı olan din
15.08.2023 [12:00]
Hərbi-siyasi vasitəyə çevriləndə...
Erməni kilsəsi - təxribat yuvası: Vazgendən Qareginə kimi...
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində intensiv təmas və dinamika müşahidə olunur. Son 4 ayda iki ölkənin rəsmi şəxsləri bir sıra platformalarda görüşlər keçirir, mövqelərin uzlaşdırılması ilə bağlı müzakirələr aparırlar. Ən diqqətçəkən məqam isə Ermənistanın baş tutan görüşlərin ardından Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə bəyan etməsi, dövlət səviyyəsində Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləməsidir. Verilən bəyanatlardan isə aydın olur ki, tərəflər müəyyən məsələlərdə, o cümlədən də sülh müqaviləsinin imzalanmasında, sərhədlərin demarkasiya və delimitasiya olunmasında, kommunikasiyaların açılmasında mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıblar. Müşahidə edilən bütün bu kimi müsbət dinamikanın fonunda isə sülhün bərqərar olmasını istəməyən, regionun təhdid altında qalmasını arzulayan, revanşizm xəstəliyinə düçar olmuş bəzi qrupların zaman-zaman fəallaşdığını da görürük - bu mənada, erməni kilsəsi daha çox “fəallıq” nümayiş etdirir. Onlar sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı qəti mövqe ilə çıxış edir, sülh prosesinə növbəti dəfə pəl vurmaqdan ötrü cəmiyyətdə millətçilik hisslərini qızışdırır, itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağırışlar edirlər. Din hər zaman birləşdirici və sülhyaradıcı funksiyası ilə tanınıb, şöhrət tapıb. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrik edən mövqeyi isə heç bir dinlə, müqəddəsliklə uzlaşmır.
I Aram - “qara keşiş”, yoxsa erməni diasporunun gizli “qara kassası”...
Təsadüfi deyil ki, erməni kilsələrinin rəhbərləri də öz çıxışlarında daima qızışdırıcı, təhrikedici “tələblər” səsləndirir, insanları qarşıdurmaya sövq edirlər. Məsələn, ermənilərin Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram növbəti dəfə Azərbaycanın əleyhinə qızışdırıcı, müharibəyə çağırış xarakterli açıqlamalar verib. Erməni keşiş avqustun 12-də Theotokos kilsəsinə ziyarəti münasibətilə liturgiyadan sonra etdiyi çıxışında tək Azərbaycanı deyil, Ermənistanın siyasi rəhbərliyini də “hədəfə alıb”. O bildirib ki, ilk mesajı Ermənistan hökumətinə ünvanlayır: “Ermənistan hökumətinin” “artsax”a qarşı tutduğu yanaşmalar artıq onu erməni dünyasının xəritəsindən silə və Ermənistanın gələcəyini təhlükə altına ata bilər. “artsax”ın təhlükəsizliyini və müstəqilliyini” nəzərdə tutan öz müqəddəratını təyinetmə hüququnu təmin etmədən Azərbaycanın ərazi bütövlüyünü tanımaq vədləri necə yerinə yetirilə bilər?”
Kilsə rəhbəri bu cür yanaşmaların Ermənistan üçün ağır ola biləcəyi kimi təhdidlər söyləyib. O deyib ki, Ermənistan Azərbaycanla “artsaxın blokadası” bitənə qədər Azərbaycanla bütün danışıqları dayandırmalıdır. Erməni keşiş bildirib ki, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi daxil edəcək istənilən yanaşma rədd edilməlidir.
Göründüyü kimi, adını “keşiş” qoymuş təxriabatçı Aram Ermənistandan və Azərbaycandan min kilometrlər aralıdan oturub yeni qızışdırıcı “tezislər” səsləndirir. Əslində onun kimi terrorçu zehniyyətə malik birisinin dediklərini əsl din adamının ayağına yazmağın özü günahdır - bu şəxsin daima terror qruplaşmaları ilə işbirliyində olması, Vətən müharibəsi dövründə yüzlərlə muzdlunu Ermənistan tərəfdən döyüşlərə cəlb etməsi, hətta erməni diasporunun gizli “qara kassası” rolunu üstlənməsi onun haqda hər şeyi deyir. Livanda baş verən bəzi terror hadisəlirinin arxasında belə keşiş Aramın dəstəklədiyi terrorçu qrupların dayanması heç kimə sirr deyil. I Aram diaspor arasında da böyük nüfuz sahibidir. Xüsusilə onun təsir imkanları Yaxın Şərq və Qərbdəki erməni təşkilatları arasında hiss edilir. O daha çox bu təşkilatlar üçün ideoloji dayaq rolunu oynayır. Bu mənada, “qara keşişi” “səmimi din adamı” kimi deyil, qızışdırıcı, təhrikedici və sülhə mane olan faktor kimi qəbul etmək daha doğru olardı...
Erməni katolikosları təxribatçı-ideoloji “rəhbər” kimi...
Erməni kilsəsi daima Ermənistanın hərbi-siyasi ideoloji mərkəzi kimi tanınıb. 1955-ci ildən 1994-cü ilə qədər bütün ermənilərin patriarxı olmuş I Vazgen hələ 1950-1960-cı illərdə dünyanın bütün erməni koloniyalarını gəzirdi və onun səyləri sayəsində Erməni Apostol Kilsəsinin xarici yeparxiyalarının əsas hissəsi yaradılmışdı - bu isə sonradan Ermənistanın Azərbaycana qarşı haqsız iddialarının, işğalçı siyasətinin və zorakılığının dəstəklənməsində, dünyaya fərqli yalanlarla təqdim olunmasında, maddi dəstəyin verilməsində, silah-sursatla təminində böyük rol oynamışdı. Sonrakı dövrdə isə, yəni 1995-1999-cu illərdə erməni kilsəsinin başında dayanan I Qaregin də öz sələfindən geri qalmayıb - onun Amerikada formalaşan erməni lobbisinin maddi dəstəyinin Ermənistana yönəldilməsində böyük rolu olub. Hətta I Qaregin bir neçə dövlətlə danışıqlar aparıb, Ermənistanın silahlandırılmasını belə təmin etmişdi. Onun da Azərbaycanla sülhün əldə edilməsinə baxışı birmənalı olub - hətta Ermənistanın bəzi mənbələri indi də vaxtilə Ermənistan parlamentində olan qətliamın (Karen Dəmirçiyanın ölümü ilə nəticələnən) sifarişçisi qismində məhz I Qareginin adını çəkir. Düzdür, I Qaregin bu qətliamdan 3 ay qabaq ölmüşdü, bununla belə Qarabağdakı erməni separatçılarının Ermənistanda hakimiyyəti zəbt etməsi üçün onun yüksək səviyyədə işlər gördüyü bildirilir. O ki qaldı, hazırki patriarxı - II Qaregin də öz sələflərindən geri qalmır. O da daima revanşist çıxışlar edir, hətta ölkədə siyasi “dəyişiklikərin” zərurətini xüsusilə qabardır. Məsələn, may ayında Eçmiədzində katolikos II Qareginin sədrliyi ilə keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi ilə bağlı bəyanatlar, eləcə də Qarabağdakı “vəziyyət” müzakirə edilmişdi. Görüşdən sonra erməni kilsəsinin yaydığı bəyanatda bildirilirdi ki, hakimiyyət danışıqlar prosesində təhlükəli və “rədd edilən” mövqe ortaya qoyur. Sülhün, əmin-amanlığın tərəfində durmalı olan, lakin bu vəzifəsini tamamilə unudan erməni kilsəsi iddia edir ki, “heç bir “güzəşt” qəbul edilə bilməz, “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan hakimiyyəti istər-istəməz oradakı erməniləri, guya yeni “soyqırımı və vətəndən məhrumiyyəti” qarşısında qoyacaq.
Erməni kilsəsi qızışdırıcı mərkəz rolunda...
Qeyd edildiyi kimi, Vaxtilə Birinci Qarabağ müharibəsi dövründə də Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başlayarkən kilsənin “xeyir-duası” alınmışdı. Bu gün də Ermənistandakı revanşizm, işğalçılıq mövqeyinin, Qarabağdakı separatçıların qanundankənar hərəkətlərinin əsas “ruhlandırıcısı” məhz erməni kilsəsidir. Öz gerçək vəzifəsini unudub separatizmi alovlandırmağa çalışan kilsə və onun xaricdəki “filialları” Ermənistanla Azərbaycan arasında sülh çağırışı etmək əvəzinə, radikal mövqe nümayiş etdirir. Bu kimi bəyanatlarla Aram və ya II Qaregin kimi “erməni keşişbaşılar” həm də özunü ifşa edir. Erməni kilsələrinin həm beynəlxalq hüquqa zidd, həm də yeni müharibəni alovlandırmağa xidmət edən anti-bəşəri mövqeyinə isə Ümumdünya Kilsələr Şurası reaksiya vermir - susqunluq nümayiş etdirir. Əvəzində isə bu şura qəbul etdiyi bəzi sənədlərdə hətta tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmiş Azərbaycana qarşı əsassız mövqe nümayiş etdirir. Müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə “Kilsə” adını daşıyan təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir. Nəzərə alınmalıdır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılıb, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilib, 2 məscid tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub. Azərbaycanın bir vaxtlar inkişaf etmiş inzibati mərkəzləri, şəhər və qəsəbələri, kəndləri inanılmaz bir qəddarlıqla tamamilə dağıdılmış, işğal edilmiş ərazilərimizdə “yandırılmış torpaq” siyasəti həyata keçirilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra bölgəyə səfər edən çoxsaylı xarici müşahidəçilər bu ürəkdağlayan mənzərədən heyrətə gələrək gördükləri yerləri “ruhlar şəhəri” və “Azərbaycanın Xirosiması” adlandırıblar.
Azərbaycandan etiraz...
Yeri gəlmişkən, ÜKŞ Mərkəzi Komitəsinin ötən ay keçirilmiş iclasının yekun sənədində də birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edilmişdi. Bu anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin UKŞ-a müraciətləri və obyektiv olmayan, həqiqətdən uzaq məlumatları əsasında qəbul olunmuşdu. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bununla bağlı Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlamışdı. Məktubda bildirilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın əsassız ərazi iddiaları əsasında başlayıb və dünya birliyi tərəfindən tanınmış ərazilərimizin 20 faizi 30 ilə yaxın müddətdə işğal altında qalıb. Qonşu ölkənin təcavüzü, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün məşəqqətini yaşayıb. Məktubda eləcə də, Azərbaycanda “artsax” adlı inzibati ərazi vahidinin olmadığı, həmçinin Laçın-Xankəndi yolu ilə Ermənistandan Qarabağ separatçılarına silah-sursat, mina daşındığı xatırladılırdı. “Bu məktubumuzla rəhbərlik etdiyiniz təşkilatı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırırıq”, - deyə şeyxülislam Allahşükür Paşazadənin etiraz məktubunda vurğulamışdı.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

