Həqiqətdən gizlənənlər...
18.08.2023 [10:40]
Ağdama səfərdən imtina edənlərin mövqe(sizli)yi...
Xəbər verildiyi kimi, avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaq idi. Eyni zamanda, diplomatik korpus nümayəndələrinə 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Onlar hazırda davam edən genişmiqyaslı quruculuq işləri və yol-infrastruktur, kommunikasiya, şəhərsalma prosesləri ilə də yaxından tanış olublar.
41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi...
Qeyd edək ki, Ağdama səfər edən heyətə 41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxil olub. Əslində, bu səfər beynəlxalq müstəvidə Azərbaycana qarşı şər-böhtan kampaniyası aparmağa çalışan Ermənistana “əyani cavab” xarakteri daşıyırdı. İşğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində Ermənistanın tək bir rayonun - Ağdamın timsalında törətdiyi vəhşiliklər, barbarlıqlar dünya dövlətlərinin təmsilçilərinin diqqətinə çatdırılır. Ermənilər adi müharibə qanunlarına belə riayət etməyib - milli-mədəni irsə hörmət göstərməyib, dini - tarixi abidələri dağıdıb, təhqir edib. Bu kimi barbar davranış ortaya qoyan Ermənistan bu gün Azərbaycanı hansı mənəvi haqqla etmədiyi əməllərdə “günahlandırır”? Azərbaycan danışmır - sadəcə, göstərir. Ermənilərin törətdikləri, cinayətləri, vəhişilikləri nümayiş olunur. Bu tarixin və həqiqətlərin əyani nümayişidir...
Danışır və göstərir BAKI...
Təbii ki, hər bir səfir ölkəsinin təmsilçisi olmaqla yanaşı, həm də siması və simvolu hesab edilir. Bu gün xarici siyasətin, diplomatların imkanları da dəyişərək yeniləşir, zənginləşir. “Yumşaq güc” adlanan çoxşaxəli imkanlar arsenalı beynəlxalq münasibətlər sisteminin bütün sahələrinə nüfuz edir, öz dövlətinin strateji hədəflərini, həm də cəlbedici obrazını real şəkildə tanıtmağa xidmət edir. Məhz buna görədir ki, işğaldan azad edilmiş ərazilərə postmüharibə dövründə mütəmadi qaydada müxtəlif ölkələrin, beynəlxalq diplomatik təsisatların, təşkilatların və nümayəndəliklərin, qlobal assosiasiya, birlik və blokların təmsilçilərinin səfərləri təşkil edilir.
Azərbaycanın təşkil etdiyi budəfəki səfər də diplomatlara Ermənistanın son otuz il ərzində Qarabağda törətdiyi vəhşiliklərin, vandalizm əməllərinin nəticələrini canlı müşahidə imkanı yaradır. Həmçinin nümayiş etdirilir ki, birmənalı şəkildə blokadadan söhbət gedə bilməz, bu iddialar həqiqəti əks etdirmir, reallıqdan tamamilə uzaqdır. İsveç, Kolumbiya, Macarıstan, Meksika, Braziliya, İsrail, Litva, İndoneziya, Liviya, Tacikistan, Gürcüstan, Yaponiya, Argentina, Slovakiya, Sudan, Xorvatiya, Latviya, Türkiyə, Böyük Britaniya, Rumıniya, Rusiya, Çin, Estoniya, Ukrayna, Pakistan, İtaliya, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliyi, Polşa, Mərakeş, Serbiya, Belçika, İsveçrə, İraq, ABŞ, İran, Qazaxıstan, Almaniya, Bolqarıstan, Çexiya, Qətər kimi ölkələrin və BMT, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri humanitar fəlakət yaradan Ermənistandan fərqli olaraq Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunan Ağdam-Xankəndi yolundan istifadənin real olduğuna şahidlik etdilər.
Reallıqlara “kor” olanlar...
Bu siyahıda adıçəkilən bəzi dövlətləri “anlamaq” mümkündür - onlar tarixən anti-Azərbaycan, anti-Türkiyə ruhunda “tərbiyələndiriliblər”. Fransa və onun “həmfikirləri” erməni diasporunun əlində oyuncağa çevrildiyini etiraf edir. Maraqlıdır ki, separatizm “qılıncını” daim başı üzərində hiss edən İspaniya da bu “xora” qoşulub. Kataloniyanın muxtariyyətini belə ləğv etmiş İspaniya niyə reallıqlara “kor olmağa” üstünlük verir, bu başadüşülən deyil.
Eyni zamanda, bu siyahıda bəzi müsləman dövlətlərinin də adının olması təəssüfləndirici haldır. Çünki Ermənistanın təqhir etdiyi, içində donuz saxladığı, dağıtdığı, taladağı bu irs - islam irsi bütövlükdə İslam dünyası üçün qəbuledilməz bir faktdır. Dəfələrlə həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Ərəb Liqası Ermənistanın törətdiyi cinayətlərə görə qınayıcı qətnamələr qəbul ediblər, 44 günlük müharibə dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər. Maraqlıdır ki, hazırki dönəmdə bu “müsləman dövlətləri”nin Qarabağ həqiqətlərini “görmək istəməmələri” hansı “səbəblərdən” qaynaqlanır? Axı, Ermənistan bütövlükdə İslam dünyasının bir parçası olan Azərbaycanın milli-mədəni tarixinə qarşı barbarlıq edib.
Və ya Əlcəzair... Yüz illərlə Fransa işğalından əziyyət çəkən, dəfələrlə soyqırıma məruz qalan, talanan bu dövlətin mövqeyi anlaşılan deyil. Bu gün Fransanın açıq şəkildə dəstəklədiyi Ermənistan da Azərbaycan torpaqlarında eyni davranışı sərgiləyib - Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayıb, milli mədəni irsi, sərvətlərimizi talayıb, günahsız insanları soyqırımına məruz qoyub. Belə olan halda ermənilərin törətdikləri cinayətləri bir də əyani formada görməkdən boyun qaçırmağın səbəbləri nədir?
Həqiqətdən “imtina”...
Təəssüfləndirici haldır ki, ermənilərin hazırda şər-böhtan, əsassız ittihamlarla dolu çirkin kampaniyaya başladıqları bir zamanda həqiqətləri yerindəcə görmək, haqqı yalandan ayırmaq üçün Azərbaycanın təqdim etdiyi bu imkandan yararlanmaq istəməyən və bu təşəbbüsə qatılmayan diplomatlar və hərbi nümayəndələr də oldu. Azərbaycanın Ağdama səfərlə bağlı dəvətinə Fransa, İspaniya, Venesuela kimi ölkələr, ümumiyyətlə, reaksiya verməyiblər. Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Monteneqro, Malayziya, Belarus, Yunanıstan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzairin diplomatik nümayəndələri zəng edib müxtəlif səbəblərlə əlaqədar, yaxud bəziləri heç bir səbəb demədən səfərə qatılmayacaqlarını ifadə ediblər. Bu, əslində, onların Ağdama səfərdən deyil, həqiqəti görməkdən imtina etməsidir.
Həqiqətlə “silahlananlar”...
Azərbaycan dövləti 30 ilə yaxındır ki, müstəqil dövlət qurmaqla yanaşı, təkcə erməni işğalına qarşı deyil, həm də beynəlxalq münasibətləri və hüququ iflic edən ikili standartlara qarşı da mübarizə aparıb. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələrinin, dünya ictimaiyyətinin erməni həyasızlığına biganəliyinin və bitərəfliyinin ən yüksək tribunalardan bəyan edilməsi, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün gecə-gündüz yorulmadan mübarizə aparılıb və bu, hazırda da davam edir. Məhz haqq-yalan savaşında Azərbaycanın qalib gəlməsi ilə Zəfər diplomatiyası modeli ortaya qoyuldu. Bu, həm də onu göstərdi ki, beynəlxalq aləmdə ikili standartlar siyasəti ağır nəticələr doğurur. Bu ədalətsiz yanaşma, ikili standartlar bumeranq effekti kimi, həmin dövlətlərin özlərinə zərər vuracaq.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərlər Ermənistanın otuz il ərzində formalaşdırdığı dezinformasiya mənzərəsinin alt-üst edilməsinə, dünya erməniliyinin əsl simasının çılpaq şəkildə ifşa olunmasına, müharibə dövründə törədilmiş vandalizmi, normallaşma prosesində Ermənistanın və onun yaratdığı qondarma separatçı rejimin qeyri-konstruktiv mövqeyinin əsassızlığını tam şəkildə sübuta yetirilməsinə xidmət edir. Bu, həm də Azərbaycanın üzləşdiyi postmüharibə reallıqlarını, ermənilərin azad edilmiş torpaqlarımızın az qala hər qarışını minaladıqlarını görməyə, Azərbaycanın regionu sabitlik və inkişaf bölgəsinə çevirmək istiqamətində həyata keçirdiyi genişmiqyaslı layihələri, Qarabağın erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımları görmək, ermənilərin dünya ictimaiyyətini çaşdırmaq üçün həyata keçirdiyi siyasi manipulyasiyaların əsassız olduğunu dərk etmək üçün gözəl imkandır. Bu baxımdan Ağdama səfər həqiqəti görmək istəyənlər və onu gözardı edərək yalan iddialara qulaq verənlərin aydın təsəvvürünü yaradır.
Nəzərə alaq ki, Ermənistan BMT TŞ müstəvisində növbəti məğlubiyyətini yaşadı - bu, həqiqəti göz ardı etməyə çalışanlara da bir cavabdır. Tarixi və ilahi ədalət, beynəlxalq hüquq və haqlı olmaq Azərbaycanın ən mühüm “silahıdır”. Həqiqətlə “silahlananlar”ın isə məğlub olması qeyri-mümkündür...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

