Bakının humanizmi və hüququn aliliyinə hörməti...
30.08.2023 [11:25]
3 erməninin saxlanılması faktı beynəlxalq hüquq və ölkə qanunvericiliyi çərçivəsindədir
Ermənistan növbəti dəfə beynəlxalq aləmi aldatmağa çalışır
Xəbər verildiyi kimi, Azərbaycan bayrağını təhqir edən 3 erməni Laçın dövlət sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri sərhədi keçmək istəyərkən tutulublar. Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlərini əks etdirən videogörüntülər yayılmışdı. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Bu fakt bir daha onu göstərir ki, Azərbaycanın yaratdığı ədalət mənzərəsi olduqca möhtəşəmdir - hər bir şəxs törətdiyi əmələ görə ədalət mühakiməsinə təqdim olunur. Ən əsası isə Azərbaycan kimliyindən asılı olmayaraq heç kəsə, hətta düşmənə belə qanundan kənar rəftar və ya davranış nümayiş etdirmir. Bizim üçün əsas olan ədalətin bərqərar olması, günahkarların məhz qanun çərçivəsində mühakimə edilməsidir. Dövlətimizin humanizm və hüququn aliliyi prinsipinə sədaqəti bu məsələdə də növbəti dəfə öz təzahürünü tapmış oldu.
Humanizm prinsipi tətbiq edilərək cinayət təqibinə xitam verilib
Məsələ ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, həmin dövrdə cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bugünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub. İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.
Göründüyü kimi, Azərbaycanın söykəndiyi kodekslər beynəlxalq hüquqa, ölkə qanunverciliyinə əsaslanır. Bu isə ölkəmizdə qanunun aliliyinin tam şəkildə təmin edildiyini bir daha nümayiş etdirir. Azərbaycan dövləti qanun pozuntusuna yol vermiş gənclərlə humanizm prinsipləri müstəvisində davranmaqla həm də bir nümunə ortaya qoymuş olur.
Ermənistan XİN-in əsassız “bəyanatı”...
Təəssüfləndirici haldır ki, dövlətimizin nümayiş etdirdiyi humanizm kimi ali dəyərlərə hörmət və sədaqət Ermənistan tərəfindən düzgün qiymətləndirilmir. Bu ölkənin XİN-nin baş verən hadisə ilə bağlı yaydığı “bəyanat” bunun bariz sübutudur. Özünə “dövlət” deyən hər hansı bir subyektin bu qədər kiçilərək qanunları tapdalamağa adət etməsi, baş verən cinayətə haqq qazandırmaq istəyi, qanun pozuntusunu gizlətməyə çalışması yolverilməzdir. Ermənistan XİN-i hadisənin mahiyyətini təhrif etməklə yenidən beynəlxalq aləmi aldatmağa cəhd göstərir. Məsələn, Ermənistan XİN yaydığı sənəddə məsələnin istiqamətini tam fərqli məcraya yönəltməyə çalışır, beynəlxalq axtarışa verilmiş insanların saxlanılması faktını “oğurlanma” kimi qələmə vermək istəyir. Qanunun aliliyinin təmini faktını Ermənistan dolayısı ilə Qarabağda yaşayan ermənilərin “hüquqlarının təhlükə altında olması” kimi səciyyələndirməyə çalışır.
Göründüyü kimi, qarşı tərəf hətta törədilən cinayətin qarşılığında məsuliyyətə cəlb edilməni də siyasi oyuna çevirməyə hazırdır. Yaranan fürsətdən istifadə etməyə çalışaraq Ermənistan XİN Vaqif Xaçaturyanın saxlanılması faktını da dolayısı ilə beynəlxalq aləmə fərqli “libasda” təqdim etməyə niyyətlənir. Təbii ki, bu cəhdlər boşunadır - Azərbaycan atdığı bütün addımları beynəlxalq hüquq müstəvisində əsaslandırır və hüquq prizmasından kənar heç bir hərəkət etmir - bu, ölkəmizin hüququn aliliyinə göstərdiyi hörmətin göstəricisidir.
Azərbaycan cavab verdi: Ermənistan beynəlxalq öhdəliklərə hörmət etmir
Ermənistanın yaranan situasiyanı fürsət bilərək yeni yalanlar ixrac etməsinə, bu dövlətin XİN-in şər-böhtan yaymasına Azərbaycan tərəfi cavab verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Xarici İşlər Nazirliyinin 28 avqust tarixli bəyanatına dair şərhində bildirib ki, Ermənistan tərəfi öz məkrli siyasətlərini davam etdirmək məqsədilə, növbəti dəfə bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan dolu bəyanatlar yaymaqdadır: “Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın suveren ərazisində təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsini qanunsuz adlandırmaqla yetinməyib, Azərbaycan qanunvericiliyinə əsasən etnik və irqi zəmində düşmənçiliyin təbliğ olunmasına, eləcə də Azərbaycanın Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiklərinə görə barələrində cinayət işi açılan və 28 avqust tarixində saxlanılan üç nəfər Ermənistan vətəndaşının qaçırıldığı iddiası bu ölkənin beynəlxalq öhdəliklərinə hörmət etmədiyini göstərir. Bununla, guya Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozduğunu iddia edən Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, məhz etnik və irqi zəmində nifrət əməllərinin qarşısının alınması istiqamətində məhkəmə qərarı mövcuddur və Ermənistan bu hərəkətlərin qarşısını almaq əvəzinə, onlarla mübarizə aparan Azərbaycana qarşı bəyanatlar səsləndirir”, - deyə şərhdə vurğulanır. A.Hacızadə onu da bildirib ki, qeyd edilən üç şəxsin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınaraq və humanizm prinsipindən çıxış edərək Azərbaycanın onlara qarşı cinayət təqibinə xitam verməsinə baxmayaraq, Ermənistan tərəfinin törədilən cinayətləri ört-basdır etməyə çalışması və Azərbaycanı etnik təmizləmədə təqsirləndirməsi bu ölkənin əsl niyyətindən xəbər verir: “Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, həm bu ərazilərdən, həm də indiki Ermənistan ərazisindən azərbaycanlıları qovan və etnik təmizləmə həyata keçirən, hal-hazırda da bütün öhdəliklərinə zidd olaraq Azərbaycan ərazisində silahlı qüvvələrini tam olaraq çıxarmayan, separatçılığı təşviq edən Ermənistanın Azərbaycanı təcavüzdə təqsirləndirməsindən daha absurd bir fikrə rast gəlmək qeyri-mümkündür. Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, onun tərəfindən bölgədə irəlilədilən təcavüz siyasətinin heç bir əməli nəticəsi olmayacaq və Azərbaycanın sülhün bərqərar olması təşəbbüslərinə dəstək verilməsi Ermənistan üçün daha faydalı olardı”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

