İşğal tarixi silinir...
31.08.2023 [10:10]
Qubadlı 3 ildir ki, AZADDIR!
Günel ABBAS
1993-cü il avqustun 31-də Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlı rayonu Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edildi. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçdi, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşdü.
Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda rayonun əhalisi 40 min nəfərə yaxındır (01.10.2019-cu ilə olan məlumata görə 38 289 nəfər idi). Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra Hakimiyyəti, digər icra strukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.
Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-iqtidar-Ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı.
Qubadlı sakini Pərvin Əsədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 25 oktyabr Qubadlının işğaldan azad olunması Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında keçirdiyi növbəti unikal əməliyyatlardan biri oldu: “Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra ordumuzun növbəti istiqaməti Qubadlıya yönəldi. Qubadlı rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində apardığımız uğurlu əməliyyatların nəticəsi idi. Qubadlının yerləşdiyi strateji mövqe çox önəmli əhəmiyyətə malik idi. Çünki düşmənin ən güclü istehkamları bu təmas xəttində toplanmışdır. Qubadlının azad edilməsi ilə digər strateji məntəqələrimiz və rayonlarımız da bir birinin ardınca düşmən tapdağından xilas edildi. Vətən müharibəsində Qubadlı istiqamətində hərbi əməliyyatlarımızı apararaq düşmənə ardıcıl olaraq sarsıdıcı zərbələr endirmişdik. Ordumuzun uğurla və inamla irəli addımlaması ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qarşılanırdı. Ölkədə xalq-iqtidar həmrəyliyi qələbəmizi şərtləndirən əsas amillərdən hesab olunurdu. Müharibə dövründə bütün vətəndaşlar bir amal uğrunda birləşmişdilər. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə xalqımız bir yumruq kimi səfərbər olaraq Ali Baş Komandanın ətrafında sıx birləşmişdilər”.
P.Əsədov bildirib ki, bütün işğaldan azad olunmuş Vətən torpaqları kimi Qubadlı da yenidən qurulacaq, orada həyat əvvəlki kimi öz axarında davam edəcək: “Qürurverici haldır ki, bu gün uğurlu sosial layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Əlbəttə ki, 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın çiçəklənməsi hər bir vətəndaşımızın qəlbini dağa döndərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Ordumuz bizə Qarabağın azadlığını yaşatdı. Bunun üçün xalqımız Prezidentimizə minnətdardır”.
Qubadlı sakininin sözlərinə görə, Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə yaratdığı reallıqları daha da möhkəmləndirir: “Bu gün biz böyük qürur hissi ilə deyirik ki, Qubadlının işğal tarixindən 30 il ötmür! Azərbaycan əsgəri işğal tarixlərini sildi. Artıq yeni tarixlər yazılıb. Biz oktyabrın 25-də Qubadlı şəhəri gününü böyük həvəslə qeyd edəcəyik. Böyük Zəfərdə böyük payı olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram. Əminik ki, Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da işğaldan azad edilən digər rayonlar kimi tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar. Tezliklə rayon əhalisi öz doğma torpaqlarında rifah halında yaşayacaqlar”
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

