Beyrutda ikinci dəfə...
01.09.2023 [10:20]
Son üç ildə səfirliklərimizə 6 dəfə hücum edilib
Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi ermənipərəst şəbəkənin açıq məğlubiyyəti ilə nəticələnir. Bütün müstəvilərdə geri oturdulan, həm hərb meydanında, həm də danışıqlar masası arxasında məğlub edilən ermənilər yenidən təxribata əl atır, xarici ölkələrdəki səfirliklərimizə qarşı hücumlar təşkil edirlər. Bu dəfə Azərbaycanın Livandakı səfirliyinə qarşı təxribatçı əməllər törədilib.
Livan XİN-ə nota göndərilib...
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.
Vyana konvensiyasına əsasən...
Xüsusi vurğulanmalıdır ki, xarici ölkələrdə ermənilər tərəfindən törədilən bu kimi hadisələr azərbaycanlılara qarşı düşmənçiliyin təşviqi deməkdir. Ermənilərin son illərdə intensivləşdirdiyi bu kimi hücumlara qarşı beynəlxalq aləmin səssiz davranış nümayiş etdirməsi onları daha da cəsarətləndirir. Beynəlxalq aləmin susqunluğu ermənilərin açıq şəkildə terror əməllərinə əl atmasına, hətta diplomatik korpusların işçilərinə qarşı belə təhdid yaratmasına yol açır. Bu isə yolverilməzdir. Xüsusi olaraq vurğulanmalıdır ki, bu kimi halların baş verdiyi ölkələr səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirləri daha da artırmalıdır. Vyana Konvensiyası diplomatik korpusların imtiyazlarını, toxunulmazlıqlarını müəyyən edən beynəlxalq aktdır və səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bəzi ölkələr ermənilərin səfirliklərimizə hücum etmələrinə göz yumurlar, Vyana Konvensiyasının tələblərinə əməl etmirlər ki, bu da yolverilməzdir. 2020-ci ildən bu yana bu kimi hücumlar daha da artıb. Bu, beynəlxalq cinayətdir, beynəlxalq diplomatiya hüququnun pozulmasıdır.
Fransadakı səfirliyimiz tez-tez “hədəfə” düşür...
Qeyd edildiyi kim, son illərdə bu hallara daha çox təsadüf olunur. Vətən müharibəsindən sonrakı dövrdə səfirliyimizə edilmiş ilk hücum “Şuşa İli” çərçivəsində 16 iyun 2022-ci ildə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi zamanı baş vermişdi. Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışmışdı. Onlar “Şuşa Azərbaycan deyil”, “Qarabağ bizimdir” kimi təxribatçı şüarlar səsləndirərək, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışmışdılar. Səfirlik tərəfindən fransız polisinə müraciət edildikdən sonra onların bu cəhdlərinin qarşısı alınmışdı və fransız polisi təxribatçı dəstənin əsas üzvünü saxlamışdı.
Londondakı səfirliyimizə edilən hücum...
Azərbaycan səfirliyinə ikinci hücum isə 2022-ci il avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınmışdı. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Səfirliyin binasına daxil olan radikallar binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndirmişdilər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılmışdı. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almamışdı. Yasir əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilmişdi.
Beyrutda, Parisdə və Tehranda...
2022-ci il sentyabrın 16-da isə Livandakı Azərbaycan səfirliyinə hücum olmuşdu. Ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərmişdi.
2022-ci il sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilmişdi. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışmışdılar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı ölümlə üz-üzə qalaraq, gözü dönmüş radikal ermənilərin binaya daxil olmasına imkan verməmişdi.
Bu il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilmişdi. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirmişdi. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanmışdılar.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

