Sülhü uduzan Ermənistan
07.09.2023 [10:10]
Dalandan talona...
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin son aylarda intensivləşməsi regionda sülhlə bağlı böyük ümidlər yaratmışdı. Hətta Brüssel formatı çərçivəsində bir sıra mühüm detallar üzrə razılaşmaların əldə olunması, tərəflərin danışıqlar yolu ilə münasibətlərini uzlaşdırması faktı yaxın zamanda hər hansı bir sənədin imzalanması ilə bağlı perspektivi də formalaşdırmışdı. Təəssüfləndirici haldır ki, məhz Ermənistanın qeyri-adekvat addımları, hərbi təxribatlara əl atması, beynəlxalq hüquqa zidd davranış sərgiləməsi və qərəzli şəkildə beynəlxalq “təzyiq kampaniyası” həyata keçirməyə çalışması bu kimi müsbət irəliləyişlərin üzərinə kölgə salmış oldu. Azərbaycanın humanist addımları İrəvan tərəfindən lazımi şəkildə qarşılanmadı - əksinə, Qarabağdakı qondarma rejimin əli ilə ölkəmizə qarşı çirkin planlar hazırlandı. Guya “humanitar blokada” görüntüsü yaratmağa çalışan Ermənistan, qondarma rejim və havadarlarından ibarət “siyasi üçbucaq” anlamır ki, bu addımları ilə bütövlükdə sülh prosesini sabotaj edirlər. Başqa sözlə, 2020-ci ildə Vətən müharibəsini uduzmuş Ermənistan hazırkı davranışları ilə sülhü də uduzur. Halbuki regionda sülhün formalaşması, yeni əməkdaşlıq platformalarının yaranması, ümumi iqtisadi inkişafın sürətlənməsi ilk növbədə Ermənistanın maraqlarına xidmət edir. Sosial problemlərin içində itib-batmış Ermənistan isə əksinə, qeyri-konstruktiv yolu seçir. Xankəndidəki “talon” şousu isə Ermənistanı düşdüyü dalandan “çıxarmağa hesablanıb”...
KTMT üzvü olan ölkənin ABŞ ilə birgə “təlim”i
Bu gün Ermənistanın qeyri-konstruktiv davranışlarına verilən hər bir dəstək Cənubi Qafqazda sülh arxitekturasının qurulmasına yaradılan maneədir. Bu mənada, Ermənistanın silahlandırılması və “ümidləndirilməsi” yolverilməzdir. Eyni zamanda, Ermənistan da guya “mühüm dəstək”lər əldə etməsi haqda yenidən “miflər” formalaşdırmağa çalışır. Ən xırda detalları belə böyüdərək təqdim etməyə çalışan İrəvan hətta təzadlı görüntü yaratmaqdan belə çəkinmir - rəsmi şəkildə KTMT üzvü olan Ermənistan açıq şəkildə Qərbin “hərbi gücünə” arxalanması ilə bağlı mesajlar verir. Təbii ki, bu mesajlar daha çox onunla hərbi müttəfiqlik statusunda olan dövlətlərə tərəf “hədəflənir” ki, bu da İrəvana qarşı qıcığı daha da artırır. Məsələn, Ermənistan Müdafiə Nazirliyi bu ölkə ilə ABŞ-ın birgə hərbi təlimlər keçirəcəyi ilə bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, “EAGLE PARTNER-2023” təlimləri 11-20 sentyabrda Ermənistanda baş tutacaq. “Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Ermənistanda, sülhməramlı briqadanın “Zar” və Müdafiə Nazirliyinin N saylı təlim mərkəzlərində EAGLE PARTNER 2023 erməni-amerikan birgə təlimləri keçiriləcək”, - nazirliyin məlumatında deyilir.
İrəvanın sürüşkənliyi...
Yayılan bu informasiya özlüyündə Ermənistan üçün mühüm suallar formalaşdırır. KTMT üzvü olan bir dövlətin ABŞ ilə “birgə təlim” keçməsi hansı məqsədlərdən xəbər verir? Təsadüfi deyil ki, Ermənistanın bu davranışına qarşı Rusiyadan cavab verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın ABŞ ilə birgə hərbi təlimlərdə iştirakı narahatlıq doğurur. “Bu, xüsusilə indiki vəziyyətdə daha böyük narahatlıqlara yol açır “, - deyən Kreml sözçüsü əlavə edib ki, Rusiya Ermənistandakı bu təlimlərlə bağlı vəziyyəti dərindən təhlil edəcək və izləyəcək.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistanın ABŞ ilə hərbi müstəvidə əməkdaşlığa can atması artıq uzun illərdir hiss olunur. Hələ 2013-2014-cü ildən başlayaraq Ermənistan həm NATO, həm də ABŞ ilə hərbi-siyasi formatda əməkdaşlıqda maraqlı olduğunu bildirirdi və hətta bunun reallaşması üçün bəzi addımlar da atmışdı: “NATO ilə sülh naminə tərəfdaşlıq layihəsi çərçivəsində bir sıra tədbirlərdə iştirak edən Ermənistan hətta sülhməramlı hərbi birləşmə belə formalaşdırdı. Bu gün artıq NATO ilə birgə təlimlərdə iştirak etmək üçün ayrıca hərbi briqada fəaliyyət göstərir. Təbii ki, bu mənzərə qəribə bir situasiyadır. KTMT üzvü olan Ermənistanın quruma qarşı düşmən mövqedə sayılan NATO ilə əməkdaşlıq formalaşdırması, müttəfiqliyə can atması həm təzadlı, həm də qeyri-etikdir. Bu ilk növbədə Ermənistanın siyasi sürüşkənliyindən irəli gələn bir məsələdir. Faktiki olaraq hərbi müttəfiqi sayılan dövlətə - Rusiyaya xəyanət mövqeyini tutan Ermənistan ABŞ ilə birgə təlim keçirməklə guya qərbpərəst yol tutduğunu göstərməyə çalışır. Amma bütün bunlar boşunadır. Bu təlimlərin heç bir effekti yoxdur - onların məqsədi və təlimatları heç də aktiv döyüş qabiliyyətinin artırılmasına xidmət etmir”.
Qurğuları əldə etməyin qarşılığında Ermənistan...
Qeyd edək ki, Xankəndidəki separatçıların Azərbaycan Ordusunun hərəkət istiqaməti ilə bağlı yaydığı videogörüntülər diqqəti digə? tərəfə yönəldir. Separatçıların belə bir görüntü yayması Azərbaycan Ordusunu izləmək üçün texniki imkanlara sahib olduqlarını ortaya çıxarır. Xatırladaq ki, 2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dan Ermənistan ordusunun istifadəsi üçün alınıb, lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilmişdi. 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir. Bu məlumat rəsmi təsdiqini tapmasa da, erməni diasporu/lobbisinin güclü olduğu ABŞ-dan belə bir sistem əldə etdikləri istisna deyil. Mümkündür ki, bu sistemlər hələ də separatçıların əlində qalıb və izləmə prosesi onlar vasitəsilə aparılır.
Hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu gün Ermənistanda həm Rusiyanın, həm də ABŞ-ın hərbi birləşmələri mövcuddur. ABŞ-ın humanitar adı altında hərbi birləşmələri Ermənistan ərazisində monitorinq missiyasını həyata keçirir: “ABŞ ilə Ermənistan arasında hərbi texniki əlaqələrin formalaşması məsələsi də mümkündür. Bununla bağlı mediada də informasiyalar yayılmışdı, erməni mətbuatı bu məsələni gündəmə gətirmişdi. İzləmə prosesi ilə bağlı yayılan məlumatlar isə deyilənləri təsdiqləyir. Bu informasiyaların yayılması ABŞ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqdan xəbər verir. Maraqlıdır ki, KTMT üzvü olan bir dövlət Qərbdən aldığı silahların və ya texniki qurğuların maliyyəsini necə ödəyib? Bu qurğuların əldə olunmasının qarşılığında Ermənistanın ABŞ-a KTMT ilə bağlı lazımi informasiyalar ötürməsini də istisna etmək olmaz. Fikrimcə, bununla bağlı da Kreml genişmiqyaslı araşdırma apara bilər. Çünki vəziyyət olduqca şübhəlidir. Azərbaycan isə bu kimi məsələlərə diplomatik formatda cavab verməlidir. Görünən budur ki, Ermənistanın ABŞ ilə münasibətlərini inkişaf etdirmək arzusu regionda hərbi-siyasi vəziyyəti çətinləşdirəcək. Bu ölkənin öz müttəfiqlərinə qarşı dönüklüyü ona baha başa oturacaq”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

