Laçın yolu açıqdır...
12.09.2023 [10:30]
Buradan yüklərin keçidi Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət edilməklə reallaşa bilər
Məğlub Ermənistan sülh prosesini dalana salmaq məqsədilə hiyləgər gedişlər edir və müxtəlif siyasi manipulyasiyalara əl atır. Belə siyasi manipulyasiyalarından biri də guya Azərbaycanın Laçın-Xankəndi yolunu bağlaması ilə bağlıdır. Ermənistan, həmçinin bu ölkənin dəstək verdiyi separatçı rejim guya Azərbaycanın bəhs olunan yolu bağlamaqla Xankəndidə yaşayan erməniləri “humanitar böhranla” üz-üzə qoyduğu barədə feyk məlumatlar yayırlar. Bu əsassız iddiaları möhkəmlətmək məqsədilə Ermənistan içərisinə humanitar yük doldurulduğu iddia olunan TIR-ları Azərbaycanın iki ölkə arasındakı şərti sərhəddə - Həkəri çayı üzərində cari ilin aprel ayında qurduğu sərhəd-buraxılış məntəqəsinin yaxınlığına göndərib. Təbii ki, Azərbaycan ölkəmizin razılığı alınmadan göndərilən bu yüklərin sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə vermir.
Əslində, ermənilər bu dəfə də öz xislətlərinə uyğun qaydada yalana və böhtana əl atırlar. Məlumdur ki, Ermənistan və separatçı rejim Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirməyə cəhdlər göstərirlər. Cari ilin iyun və iyul aylarında burada Ermənistan tərəfindən təxribatlar törədildi. Əvvəlcə Azərbaycan hərbçiləri qarşı tərəfdən atəşə tutuldu, bir hərbçimiz yaralandı. Sonra isə ermənilər butradan qaçaqmal keçirməyə cəhd göstərdilər. Təbii ki, Azərbaycan hər iki təxribatın qarşısını almaq üçün öz suveren hüquqları çərçivəsində tədbirlər gördü və bu qəbildən olan tədbirlər hazırda da davam etdirilir.
Ermənistanın və separatçı rejimin təxribatlarına rəğmən, Azərbaycanın Laçın-Xankəndi yolunu bağlamaq kimi bir niyyəti yoxdur. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində ölkəmizin mövqeyinə bir daha aydınlıq gətirib. O bildirib ki, Laçın yolu açıqdır, ancaq yüklər Ağdam yolu ilə daşınmalıdır.
Laçın-Xankəndi yolunun açıq olduğunu son günlərdə “Laçın” sərhəd-buraxılış məntəqəsindən təqdim olunan video görüntülər də təsdiqləyir. Həmin videolardan da göründüyü kimi, Azərbaycanın müvafiq xidmətlərinin əməkdaşları sərhəd-buraxılış məntəqəsindən keçərkən ermənilərlə mədəni davranır, heç bir qanun pozuntusuna yol vermirlər. Aydın məsələdir ki, keçid zamanı qanunvericiliyə uyğun qaydada yoxlamalar da aparılır.
Azərbaycan tərəfinin dəfələrlə vurğu etdiyi kimi, Laçın-Xankəndi yolu razılaşma əldə edildikdən sonra müəyyən şərtlərlə fəaliyyət göstərəcək. Qeyd etdiyimiz kimi, hazırda emənilərin Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün gediş-gəlişləri təmin olunur. Bu yolla yüklərin daşınmasına gəldikdə isə burada Azərbaycan yenə də suveren hüquqları çərçivəsində yanaşma ortaya qoyur. Prezident İlham Əliyev ölkəmizin prinsipial mövqeyini bir qədər bundan əvvəl Fransa perezidenti Emmanuel Makronla baş tutan telefon danışığında aydın şəkildə bəyan edib. Dövlətimizin başçısı deyib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

