ABŞ qondarma “seçkiləri” tanımadı...
13.09.2023 [10:20]
Separatçıların qanunsuz “seçkiləri” pislənildi
Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət ölkəmizin Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin qanunsuz “seçkilər”lə bağlı bəyanatında bildirilir ki, ölkəmizin ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir. Qondarma “seçkiləri” pisləyən Xarici İşlər Nazirliyi dünya dövlətlərini və beynəlxalq təşkilatları bu hadisəni pisləməyə çağırmışdı.
Qarabağda qanunsuz rejim tərəfindən keçirilən “seçkinin” beynəlxalq miqyasda pislənilməsi davam edir. Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld deyib ki, Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır: “Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
“Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq, eyni zamanda, orada keçirilən qondarma “prezident seçkiləri”ni də tanımırıq”. Bu fikirləri isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqində deyib. Dövlət Departamentinin mətbuat katibi bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken tərəfləri gərginlik yaradacaq addımlardan çəkinməyə, dialoqa çağırıb. Metyu Miller vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında dialoq vacibdir: “ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məsələlərin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir”.
Macarıstan da Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edir. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mate Patsolay sentyabrın 11-də bildirib.
Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu da 9 sentyabr 2023-cü il tarixində Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkiləri” tanımır. Bu barədə dostluq qrupunun sədri Həmid Bari Həmid özünün “X” hesabında yazıb. O bildirib ki, qondarma “seçkilər” beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidddir. “Biz dostluq qrupunun üzvləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi bildiririk”, - deputat qeyd edib.
Rumıniya Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Rumıniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Rumıniya XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

