Daha 3 ölkə separatçıların saxta “seçkilərini” tanımadı
16.09.2023 [10:40]
Sivil dünya separatizmi dəstəkləmir
Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin keçirdiyi qondarma “prezident seçkiləri” ölkəmizin Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ölkəmizin ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasları yalnız Azərbaycan Konstitusiyası və qanunlarından ibarətdir.
Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Qarabağdakı qondarma “seçkiləri” tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Qardaş Türkiyə, Pakistan, ABŞ və digər ölkələr, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən verilən bəyanatlar ictimaiyyətimizə məlumdur. Bütün bunlar onu göstərir ki, sivil dünya separatizmi tanımır və heç vaxt tanımayacaq. Bu, 30 il əvvəl də belə idi, indi də belədir.
Ötən gün Almaniyanın Xarici İşlər Nazirliyi də məsələyə öz münasibətini bildirib. Qeyd olunub ki, Almaniya Federal Hökuməti Qarabağın “müstəqilliyini” və orada bu yaxınlarda keçirilmiş “seçkiləri” tanımır. Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, “Almaniya Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli tənzimlənməsinə nail olması üzrə səyləri dəstəkləyir”.
Qazaxıstan və Qırğızıstandan ərazi bütövlüyümüzə dəstək
Qazaxıstan da Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib. Bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla həllinə tərəfdar olduğunu bildirir”.
Qırğızıstan Xarici İşlər Nazirliyi də bəyanat verərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Rəsmi Bişkek bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla tənzimlənməsinə çağırıb.
Ermənistanın və qanunsuz rejimin fiaskosu
Ümumiyyətlə, Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız dövlətimizin Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim isə 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur. Qondarma “seçkilər” Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qanunsuz “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Bu baxımdan, dünya ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması və suverenliyini dəstəkləməsi çox təqdirəlayiqdir. Bu, ölkəmizin dünyadakı nüfuzunun, xüsusilə, haqq və ədalət yolunda olduğunu bir daha təsdiqləyir. Ermənistan və onun yaratdığı oyuncaq rejim saxta “seçkilər” keçirməklə təxribat mövqeyində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Dövlətimiz isə indi qədər ermənilərin bütün təxribatlarının qarşısını alıb və bundan sonra da alacaq!
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

