Rubenlərin sentyabr fiaskosu...
29.09.2023 [11:14]
Ruben Vardanyanın Qarabağ “sərgüzəştləri” də elə təxminən ötən ilin bu vaxtında, sentyabrda başlamışdı. Həmin vaxt başına gələcəkləri proqnozlaşdırmaq imkanı və başı olmayan Ruben başını “başlara” qatmaq üçün Moskvadan Qarabağa yola çıxmışdı. Amma Qarabağa çatıb bir hovur dincini almamış başının daşa dəydiyini “başa düşdü”. Dekabrda başlanan ekofəalların haqlı etiraz aksiyası Rubeni gəlməyinə əməlli-başlı peşman etdi. Amma nə etdisə də alındıra bilmədi - Fransaya “şikayətləndi”, beynəlxalq telekanallara “boğaz çəkdi”, dünya güclərinin “dizinə qapandı”. Xeyri olmadı. Sonda Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verməli oldu. Beləliklə, sentyabrın 27-də Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ruben sentyabrın 28-də Azərbaycanın ədalət mühakiməsinin qarşısında dayandı. Üzünə Azərbaycan qanunvericiliyinin müvafiq maddələri əsasında çıxarılan qərar oxundu.
Təsadüfə bax ki, XXI əsrin 23-cü ilinin sentyabrında Azərbaycan qanunvericiliyinin haqlı tələbləri qarşısında başıaşağı dayanmış Rubenin adaşı Ruben Rubenov üçün də payızın ilk ayı düşərli olmayıb. Rubenov soyadlı həmin Ruben XX əsrin 30-cu illərində Azərbaycana rəhbər göndərilmişdi. Sonradan isə onun da taleyi sentyabrda daşa dəymişdi - Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsində işlədiyi dövrdə erməni sələflərinin anti-Azərbaycan siyasətini daha geniş miqyasda davam etdirməyə çalışan Rubenov cəmisi 6 ay sonra geri çağırılmışdı. Tale ona respublikamızda törətdiyi cinayət əməllərinin əvəzini, necə deyərlər, artıqlaması ilə ödətdirmişdi - Hayla gələn vayla getmişdi. Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunmuşdu, noyabrın 27-də isə terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunaraq Moskvada güllələnmişdi. Necə deyərlər, sentyabr Rubenlərin fiasko ayı imiş...
Sadiq
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

