Sülh əlçatandır!
03.10.2023 [11:15]
MÜBARİZ
Cənubi Qafqaz regionu son üç onilllik ərzində təhdidlər və müharibə riskləri şəraitində yaşayıb. Bunun da əsas səbəbi Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti olub. Azərbaycan isə istər 44 günlük müharibəyədək olan mərhələdə, istərsə də postmüharibə dövründə həmişə sülh təşəbbüslərindən çıxış edib. Prezident İlham Əliyev sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında ölkəmizin sülh istəyinə növbəti dəfə diqqət çəkib.
İki fərqli nümunə
Qalib Azərbaycanla məğlub Ermənistanın sülhə yanaşması həmişə daban-dabana ziddiyyət təşkil edib. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında 44 günlük müharibə başlayanadək Ermənistanın nümayiş etdirdiyi davranışları xatırladıb. Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan ayrı-ayrı beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsindən ruhlanaraq işğal məhsulu olan keçmiş status-kvonu sonsuzluğadək uzatmaq istəyir və BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirməyə tələsmirdi.
İşğalçı Ermənistandan fərqli olaraq torpaq itkilərinə məruz qalan respublikamız müharibəyə qədərki mərhələdə aparılan sülh danışıqlarında daim konstruktivlik ortaya qoyub. Azərbaycan postmüharibə dövründə də özünün sülh gündəliyinə sadiq qalmaqdadır. Əslində qalib Azərbaycanın müharibə başa çatandan sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün nümayiş etdirdiyi davranışların dünya tarixində analoqu yoxdur. Döyüş meydanında düşməni diz çökdürən, onu kapitulyasiya sənədini imzalamağa məcbur edən respublikamız qarşısına bundan hansısa imtiyazlar qazanmaq məqsədi qoymayıb. Respublikamızın müharibə başa çatandan dərhal sonra hazırlayaraq qarşı tərəfə təqdim etdiyi beş bəndlik sülh paketində sırf beynəlxalq prinsiplər əsas götürülüb. Ölkəmizin sülh istəyinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.
Sülh əlçatandır
Azərbaycanın 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsində yaratdığı reallıqlar Cənubi Qafqaz coğrafiyasında sülhün və təhlükəsizliyin təmin olunması üçün ideal imkanlar yaradıb. İndiyədək sülh üçün əsas mane olan Qarabağdakı silahlı qüvvələr və separatçı rejim artıq ram edilib. Onlar ağ bayraq qaldırıblar. Separatçı rejim özünü buraxıb. Hazırda silahların tərkisilah edilməsi prosesi gedir. Beləliklə də, region sülhə heç vaxt olmadığı qədər yaxınlaşıb. “Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra - 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

