“Naxçıvan sazişi”ndən 14 il ötür...
03.10.2023 [11:23]
Günel ABBAS
2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı saziş imzaladı.
Ötən 14 il sübut etdi ki, belə bir sazişin imzalanmasına böyük ehtiyac vardı. Bu 14 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi. Eləcə də mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlığımız inkişaf etdi və şübhəsiz bu işlər bundan sonra daha da uğurla davam edəcək.
Məlumdur ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və Qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində mütəşəkkil qüvvə kimi çıxış edir.
2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Ötən 14 ildə bu təşkilatın ciddi siyasi çəkiyə malik təşkilat kimi formalaşmasına imkan yaranıb. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr verib. Bununla yanaşı “Naxçıvan Sazişi”nin imzalanmasını da şərtləndirən amillər və məqsəd var idi. Belə ki, Sazişin əsas məqsədi türkdilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanın sürətlənməsi idi.
Təbii ki, bu illər ərzində görülən işlərin, qarşılıqlı səfərlərin böyük əhəmiyyəti böyük və türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaların rolu olub. Çünki böyük bir coğrafiyanı bölüşən türk xalqları ortaq dəyərlərə, dil və din birliyinə, həyat tərzlərinə, yaşam və məişət fəlsəfələrinə malikdir. Hazırda qardaş dövlətlər arasında iqtisadi, siyasi, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində mühüm işlər görülür, mütərəqqi addımlar atılır. Birgə layihələr bundan sonra da davam edəcək. Bu gün bütün dünyaya məlum olan, Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan, Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün yaxşı nümunədir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

