Multikulturalizm həyat tərzimizdir...
04.10.2023 [10:55]
Erməni sakinlər reinteqrasiya prosesində bunun canlı şahidi olacaqlar
24 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq ortaya çıxan ən mühüm reallıqlardan biri Qarabağın erməni sakinləri ilə təmasların inkişaf etdirilməsidir. Qeyd edək ki, bununla bağlı müvafiq addımlar atılmaqdadır. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Ramin Məmmədovun reallaşdırdığı təmaslar zamanı erməni sakinlərin xaşihləri nəzər alınır, humanitar yardımların istiqamətləri müəyyənləşdirilir, eyni zamanda reinteqrasiyanın əsas mahiyyəti - proqramı müzakirə olunur. Xüsusilə, vurğulanmalıdır ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyub -Vətən müharibəsindən sonrakı dövrdə zaman-zaman Azərbaycan dövləti bu istiqamətdə addımları və fikirləri ilə yadda qalıb. Prezident İlham Əliyev bu ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı da bildirmişdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.
Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur
Reinteqrasiya proqramı çərçivəsində atılacaq addımlar arasında etnik, dini, dil mənsubiyyəti kimi məsələlər də yer almaqdadır. Prezident Adminstrasiyasının bununla bağlı açıqlamasında da bildiriir ki, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır.
Azərbaycan dövləti hər zaman özünün tolerant siyasəti ilə seçilib. Hətta II Qarabağ müharibəsindən sonra torpaqlarımızın iğaldan azad edilməsi zamanı bəlli oldu ki, Azərbaycanın bir çox dini-tarixi abidəsi ermənilər tərəfindən dağıdılıb. Bunun qarşılığında Azərbaycan ərazilərimizdəki qeyri-islam abidələrini nəinki dağıtmadı, hətta onların rekonstruksiyası işlərinə start verdi. Məsələn, Şuşada yerləşən Qazançı kilsəsi bərpa olundu. Bu, ölkəmizin xoş niyyətini, qisasçılıq arzusunda olmadığını göstərir.
Multikulturalizm və tolerantlıq mərkəzi
Reinteqrasiyanın bəhs olunan istiqamətləri olduqca mühüm əhəmiyyət kəsb edir. Proses ərzində erməni sakinlər Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin və bu nailiyyətlərdə tolerantlığın, multikultural həyat tərzinin böyük rolunu görmüş olacaqlar. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğu bir daha bəlli olacaq - prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ yaradacaq. Qarabağda yaşayan erməni sakinlər tolerant, multikultural həyat tərzinə malik olan Azərbaycanda bütün xalqların sivil münasibətlər çərçivəsində yaşadığını növbəti dəfə görmək imkanı qazanacaqlar, bunun şahidinə çevriləcəklər. Başqa sözlə, bu amil növbəti dəfə öz təsdiqini tapacaq - Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb - Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi tanınıb.
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

