Təhlükəsizliyin təmini...
04.10.2023 [11:00]
Dövlətimizin diqqət mərkəzindədir
Azərbaycanın son üç ildə atdığı addımlar, apardığı siyasi kurs Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsində əsaslı rol oynayıb. Xüsusilə, sentyabrın 19-20-də baş tutan 24 saatlıq antiterror tədbirləri, terrorçu xuntanın zərərsizləşdirilməsi, bölgə üçün mühüm təhdidə çevrilmiş silahların təhvil alınması olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan bu yolla bütövlükdə, bölgənin sabitliyinə töhfə verməklə yanaşı, Qarabağda yaşayan erməni sakinləri qeyri-qanuni xuntanın əlindən xilas etdi. İllərlə əsir, girov həyatı yaşayan erməni sakinlər Azərbaycanın uğurlu addımları ilə öz azadlıqlarına qovuşdular. Bu gün reinteqrasiya prosesinin aktiv tətbiqi fonunda təhlükəsizlik məsələsi də mühüm predmetlərdən sayılır.
Daxili işlər orqanları ərazidə təhlükəsizliyi təmin edir
24 saatlıq antiterror tədbirləri zamanı silahlıların təslim olması, silahların təhvil verilməsi, xuntanın ağ bayraq qaldırması təhlükəsizlik tədbirləri baxımından da yeni mərhələ formalaşdırıb. Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir ki, tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.
Bəli, artıq erməni sakinlər rahat və təhlükəsiz həyata qədəm qoyurlar. Azərbaycanın asayiş keçişikçiləri, hüquq-mühafizə orqanları bu təhlükəsizliyin əsas təminatçısına çevriliblər. Azərbaycan polisi Qarabağda qanunun aliliyinin təmin olunmasına nəzarət edir, erməni sakinlərin sərbəst fəaliyyətinə şərait yaradır. Hətta açıqlamadan da göründüyü kimi, sakinlər daxili işlər orqanlarına cəlb oluna bilərlər. Bu, bir daha ölkəmizin tolerant və qanunların aliliyinin təmin edildiyi dövlət olduğunu sübuta yetirir.
Erməni sakinləri əsarətdən xilas oldular...
Halbuki, indiyə qədər xuntanın Qarabağın erməni sakinlərinə göstərdiyi münasibət
yalnız əsarət kimi dəyərləndirilə bilər. Yayılan informasiyalarda insanların ərzaqla təminatında yaradılan süni əngəllər ortaya çıxır - xunta başçıları ərzaqları insanlardan gizləyirmişlər, anbarlarda saxlayırmışlar, onları aclıqla, yoxsulluqla özlərindən asılı vəziyyətə salırmışlar. Ortaya çıxan faktlar göstərir ki, Qarabağın erməni sakinlərinin həm təhlükəsizlikləri, həm həyatları, həm ərzaq təminatları təhdid altında imiş.
Artıq bu çətinliklər geridə qalıb. Bu gün Azərbaycan öz tarixi torpaqlarında suverenliyini bərpa edib. Bu regionun təhlükəsiz inkişafı, insanların təhlükəsiz bir mühitdə yaşaması bizim üçün əsas məsələlərdəndir. Qeyd edilən amil Azərbaycan dövləti tərəfindən qarantiya altındadır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

