Yerdə də, səmada da birlikdə...
06.10.2023 [11:42]
Türkdilli ölkələr kosmosa müştərək peyk göndərəcəklər
Tarixi anlara şahidlik edirik. Zamanında imperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında parçalanan böyük Türk coğrafiyasının bərpası və Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi proseslərinin şahidi oluruq. Bu, zamanın diktə etdiyi, tarixi bağlara əsaslanan və dövlətlərin, xalqların istəyi ilə baş tutan dönməz bir prosesdir. Türk Dövlətləri Təşkilatı (TDT) yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və qurumun Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Son vaxtlarda ayrı-ayrı məkanlarda baş tutan Zirvə görüşlərində yeni geosiyasi reallıqlar və meydana çıxan çağırışlar nəzərə alınmaqla imzalanan sənədlər Türkdilli ölkələr arasında müxtəlif istiqamətlərdə inteqrasiyanın genişlənməsinə yeni imkanlar açır.
Kosmosda birgə fəaliyyət
İndiyədək yerdə müxtəlif sahələrdə koordinasiyalı fəaliyyətin əsasını qoyan, o cümlədən birgə gömrük dəhlizinin, müştərək investisiya fondunun yaradılması, Ota Dəhlizdə ortaq maraqların təmin olunması istiqamətində inamlı addımlar atan Türk dövlətləri artıq kosmosda da səylərini və çalışmalarını əlaqələndirməkdə qərarlıdırlar. Xəbər verildiyi kimi, hazırda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi uğurla davam edir. Dünyanın təxminən 100 ölkəsinin 5 mindən çox təmsilçisinin qatıldığı mötəbər beynəlxalq tədbirdə çox mühüm müzakirələr aparılır. Türkdilli ölkələrdən birinin - Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyii hüququ qazanması son dərəcə qürurvericidir. Konqresdə Türkdilli ölkələr də yüksək səviyyədə təmsil olunurlar.
“Bu konqres Türk dövlətlərinin kosmik sahədə imkanlarını müəyyənləşdirməyə və inkişaf etdirməyə imkan verəcək”. Bu fikirləri Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Ahmet Yozqatlıgil 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyində baş tutan tədbirdə səsləndirib. “Azərkosmos”la birgə layihələrin olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdirildiyini söyləyən nazir müavini bildirib: “Biz gələcəkdə digər Türkdilli ölkələrlə də işbirliyimizi artıracağıq. Kosmik sahədə də əməkdaşlığımızı inkişaf etdirəcək və möhkəmləndirəcəyik. Birliyimizi bütün dünyaya bir daha sübut edəcəyik”.
Beynəlxalq Astronavtika Konqresinin çox mühüm tədbir olduğunu diqqətə çatdıran Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin isə qardaş Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi, astronavtika sahəsindəki peşəkarları, şirkətləri bir araya gətirməsini əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Konqres dünyanın nüfuzlu şirkətlərini və onların rəhbərlərini bir araya gətirərək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün gözəl platforma rolunu oynayır.
Ölkəsinin 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək niyyətində olduğunu və namizədliyini verdiyini diqqətə çatdıran agentliyin prezidenti tədbirin TDT üzvü olan ölkələrin bu sahədə əməkdaşlığının dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Azərbaycan yenə də liderlik nümayiş etdirir
Artıq Türkdilli ölkələr kosmosda birgə fəaliyyət istiqamətində ilk addımlarını atıblar. Məlum olduğu kimi, TDT-nın əsası 2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvanda qoyulub. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin kosmik agentlikləri və müvafiq qurumlarının birinci işgüzar toplantısı da məhz Azərbaycanda - 2021-ci il 20 dekabr tarixində Bakıda baş tutub. Tədbirdə bildirildiyi kimi, imzalanmış “Türkdilli Dövlətlər vizyon 2040” sənədində kosmosda əməkdaşlıqla bağlı bəndlər də yer alıb. İmzalanmış sənəd Türkdilli dövlətlərin bu sahəyə verdiyi dəstəyini ifadə edir. Türkdilli dövlətlərin kosmik agentliklərinin və kosmos ictimaiyyətinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən Bakı toplantısında əsas məqsəd Türkdilli dövlətlərin kosmos sahəsində milli proqramları ilə daha yaxından tanış olmaq və bir-birinin planlanlarını, çətinliklərini daha yaxından öyrənmək, əməkdaşlıq imkanlarını müəyyən etmək olub. Bakı toplantısında birgə əməkdaşlığa, yeddi dövlətin kosmosda daha güclü şəkildə var ola biləcəyinə böyük inam ifadə olunub. Bəyan olunub ki, Türkdilli ölkələrin kosmosda birgə fəaliyyəti sülh xarakteri daşıyır, heç kimə təhdid yaratmaq məqsədi güdmür. Ölkələrimiz birgə əməkdaşlıqla kosmosu daha yaxşı kəşf etmək niyyətindədirlər. Türkiyə Kosmik Agentliyinin İdarə Heyətinin sədri Serdar Hüseyin Yıldırım bildirib ki, kosmik sahə bütün dünyada çox önəm ifadə etməyə başlayıb: “Bütün dünyada hər gün, hər həftə bu sahədə yeni hadisələr, yeniliklər qeydə alınır. Hər kəs kosmosa çıxmağa can atır, bu istiqamətdə işlərini inkişaf etdirir. Türkiyənin Milli Kosmos Proqramı açıqlanıb. Bu proqrama uyğun olaraq biz dost və qardaş ölkələrlə əməkdaşlığı genişləndiririk. Bu ölkələrin başında da Azərbaycan dayanır. Artıq Azərbaycanla əməkdaşlıq protokolu imzalanıb. Bu protokol bizim bir sıra məsələlərdə birgə əməkdaşlığımızı əhatə edir. Lakin bugünkü toplantımız tarixi bir addımdır. Çünki yeddi ölkədən ibarət olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri iştirak edirlər. Bu gün bu ölkələrlə kosmos sahəsində əməkdaşlığın ilk addımlarını atırıq”.
Birlikdə iki kosmos layihəsi
Bakı toplantısından sonra Türkdilli ölkələrin kosmik ictimaiyyətini bir araya gətirən daha bir görüş baş tutub. Növbəti görüşün isə qardaş Türkiyədə keçiriləcəyi gözlənilir. Son vaxtlarda konkret iki layihənin müzakirələri aparılır. Birinci layihə kosmosla maraqlanan gənclərin bir-birini tanıması layihəsidir. Hər ölkədən 10 tələbə və 2 müəllim olmaqla 12 nəfər Türkiyəyə dəvət alıb. Onlar bir həftə ərzində həm kosmosla bağlı biliklər alacaqlar, həm də bir-birlərini tanıyacaqlar. Burada məqsəd sadəcə təhsil, bilgilər almaq deyil, eyni zamanda, gənclərin bir-birlərini tanımaları şərtdir. Onların bir-birlərinin dillərini başa düşmələri çox önəmlidir. Türk dövlətləri desək də, təəssüf ki, hələ də bəzən bir-birimizi başa düşə bilmirirk. Ötən 100 il içərisində bizi məqsədli şəkildə bir-birimizdən ayrı salıblar. Indi isə yaxınlaşmaq üçün böyük fürsətlər yaranıb. Kosmos sahəsində birgə fəaliyyət Türkdilli ölkələri və xalqları bir-birlərinə daha yaxından bağlayacaq. Türkdilli ölkələrin gənclərinin birlikdə Türkiyədə kosmos sahəsində bilgilərə yiyələnmələri davamlı olacaq, gənclər hər il görüşəcəklər.
Nəzərdə tutulan ikinci layihə isə birgə peyk hazırlanması proqramını əhatə edir. Bu barədə məlumat verən Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin vurğulayıb: “Düşündük ki TDT ölkələri olaraq kiçik bir peyk istehsal edək. Həmin peykin dizaynını özümüz hazırlayaq, özümüz də istehsal edək. Sonra səmaya buraxaq. Daha sonra isə birlikdə bu peyki çalışdıraq. Birlikdə işlədərkən də bir çox şeyi öyrənək. Məsələn, “on board computing” deyilən bir sistem var. Yəni toplanan məlumatların Yerə endirilmədən peykin özündə emal edilməsi. Bu yeni bir sistemdir. Bu məsələni birlikdə öyrənmək lazımdır. Məqsədimiz Yerdən komanda vermək, peykdə dataların işlənilməsidir. Bunların hamısını edəcəyik. 2-3 il içərisində TDT ölkələrinin mütəxəssisləri birlikdə çalışacaqlar. Bunlar bizə birlikdə çalışmağı öyrədəcək. Gələcəkdə gözəl xəbərlərimiz olacaq. Hazırda Türkiyə Kosmik Agentliyinin Azərbaycanla əməkdaşlığı var, amma gələcəkdə daha çox olacaq. Biz Bakıda keçirilən Konqresin “Platin” sponsoruyuq. “Azərkosmos” olmasaydı, bu sponsorluq olmayacaqdı. Bundan başqa, Özbək Kosmik Agentliyi qurulub. Onlar da çox istəklidirlər və can atırlar. Qazaxlarda onsuz da bir infrastruktur var. Qırğızlar, macarlar da həmçinin. Ardınca isə türkmənlər gəlirlər. Şimali Kipr Respublikası da bu sıraya qoşulacaq. Hamımız birlikdə bu işi irəli daşımağa qətiyyətliyik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39

