AŞPA müzakirələrə başlayır
12.10.2023 [11:31]
Daha bir təşkilat “humanitar” vəziyyəti “araşdırmağa” niyyətlənib...
Son dövrlərdə bəzi beynəlxalq təsisatlara sirayət etmiş “fransız ermənipərəstliyi” Avropa məkanında yenidən “boy göstərməyə” çalışır. Avropa Paralamenti və onun timsalında erməni yalanlarına “ayaq verən” başqa təşkilatların fəaliyyətində bu kimi ştrixlər açıq əşkildə özünü biruzə verməkdədir. Fransanın təbliğ etdiyi anti-Azərbaycan, hətta anti-Türkiyə “tezisləri” bəzən ucuz və təsirsiz “qətnamələr”, bəzən erməni yalanlarına söykənən “bəyanatlar”, bəzən isə daha fərqli şəkildə ortaya çıxır.
46 ölkəni bir araya gətirən Assambleya...
Qeyd edək ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb. Oktyabrın 9-dan başlayan sessiyada “Dağlıq Qarabağda humanitar vəziyyət” və “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” mövzusunda təcili debatların keçirilməsi də nəzərdə tutulur. Vurğulayaq ki, Avropa Şurasının 46 üzv ölkəsinin parlamentarilərini bir araya gətirən assambleyada “Pegasus” casus proqramları və digər oxşar proqram təminatı, gizli dövlət nəzarəti, eləcə də Rusiyanın indiki prezidentinin seçilmə sayının (mandatının) məhdudlaşdırılmasının hüquqiliyi və qanuniliyini araşdıran hesabatlar müzakirə olunacaq. Həmçinin “Ukraynada ədalətli sülhün və Avropada davamlı təhlükəsizliyin təmin edilməsi” mövzusunda təcili prosedur çərçivəsində müzakirə və “Dənizdə miqrantların ölümləri” mövzusunda cari məsələlərin müzakirəsi üçün müraciətlər edilib.
Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel adına insan hüquqları mükafatı həbsdə olan insan haqları müdafiəçisi və xeyriyyəçi Osman Kavalaya təqdim edilib.
Anti-Türk xisləti dəyişmir...
“Köhnə qitə”nin “anti-Türk” ruhunun bariz işartılarından sayılan Kavala məsələsi hər an rıçaq kimi Avropanın təzyiq mexanizminə çevrilib. Uzun müddətdir ki, Osman Kavalanın həbsxanada saxlanılması Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Osman Kavala 1957-ci ilin oktyabrın 2-si Parisdə anadan olub. O, İstanbulda Rober Liseyinin, Orta Şərq Texniki Universitetinin, Mançester Universitetinin məzunudur. Kavala 2017-ci il noyabrın 1-də həbs olunub. O, 2013-cü ildə baş verən Gezi parkı hadisələri, 2016-cı il iyulun 16-sı dövlət çevrilişinə cəhdlərlə bağlı başladılan araşdırma nəticəsində həbs edilib. İş adamı Gezi parkı hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin “Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur. Hazırda həbsxanada olan Kavala Corc Sorosun Türkiyə “təmsilçisi” olaraq qiymətləndirilir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Osman Kavalanı “Sorosun artığı” adlandırıb.
Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur...
Bu gün günün ikinci yarısında isə “Dağlıq Qarabağda humanitar vəziyyət” mövzusunda müzakirələrə start verilir. AŞPA-nın müzakirəyə seçdiyi addan bəlli olur ki, müzakirə parametrləri heç də reallıqlara, əsl həqiqətlərə söykənməyəcək. Bəli, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Bu mənada AŞPA-nın müzakirələrə belə bir ad seçməsi kökündən yanlışdır. Yəni, bu “termin” iddia edildiyi kimi beynəlxalq səviyyədə daha qəbul edilə bilməz - çünki belə termin mövcud deyil. Bu, əslində beynəlxalq bir təsisatın beynəlxalq normalara ən böyük hörmətsizliyidir. Azərbaycanda nə “Dağlıq Qarabağ” adlı region yoxdur. Prezident İlham Əliyev 2022-ci ilin mayın 27-də Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində də bildirmişdi ki, biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir: “Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur”.
2023-cü il sentybarın 19-20-də baş verən antiterror tədbirləri isə Azərbaycanın ərazisində 30 illik separatçı xunta rejiminə son qoydu. Beləliklə, bu məsələ kökündən həll edildi. Nəzərə alsaq ki, 2022 və 2023-cü ildə fərqli məkanlarda keçirilmiş Azərbaycan-Ermənistan görüşləri zamanı İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb, AŞPA-nın bu “qeydi”nin yersiz mahiyyətə malik olması bir daha sübut olunur. Təbii ki, arxasında Fransanın dayandığı bu kimi ucuz və uğursuz təxribatçı addımlar ermənipərəst “mərəzdən” qurtula bilməyənlərin siyasi siması(zlığı)nı növbəti dəfə ortaya qoymuş olur...
Yeni reallıqlar fonunda...
Eyni zamanda, Fransa və digər ermənipərəst mərkəzlərin bu kimi cılız addımları bütövlükdə, sülh prosesinə mane və əngəl yaratmaq cəhdləridir. Onlar bu kimi addımları ilə guya “himayədarlıq” missiyasında “zühur etməyə” çalışır, ermənilərə “humanitar” ad altında fərqli cəhətlərdən “yardımlar etməyə”, əslində isə silahlandırmağa, müharibəyə təhrik etməyə cəhdlər göstərirlər. Çünki Azərbaycan bütün addımlarında beynəlxalq hüquqa əsaslanıb - 24 saatlıq antiterror tədbirlərindən əvvəl də, sonra da dövlətimiz Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin təmini öhdəliyini önə sürüb. Dövlətimiz onlara qarantiya verib və hüquqlarının təmini istiqamətində əməli tədbirlərə əl atıb. Qarabağı tərk edən ermənilər isə bu addımı öz arzularına əsasən reallaşdırıblar - onları heç kim zorla qovmayıb. Amma 30 il öncə bu torpaqlarda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından zorla qovulduqları zaman AŞPA və bu gün “erməni humanizmi” üçün sıraya düzülən beynəlxalq təsisatlar susurdular. Onlar bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünü görməzdən gəlirdilər.
Bu gün artıq siyasi realıqlar dəyişib - Ermənistanın arxasında dayandığı görüntüsünü yaradan bir sıra qüvvələr Azərbaycanın diktəsi ilə inkişaf edən gedişatdan narahatdır. Azərbaycanın mövqeyinin qətiliyi və dəyişməz olması onlara məlumdur - ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi yeganə yoldur.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

