/ / "The Hill": Xərçəng xəstəliyinə qarşı ABŞ ilə Azərbaycanın birgə mübarizəsi üçün yaxşı zəmin vardır
"The Hill": Xərçəng xəstəliyinə qarşı ABŞ ilə Azərbaycanın birgə mübarizəsi üçün yaxşı zəmin vardır
27.01.2012 [01:33]
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailə, ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən zəruri proqram və layihələr, dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri və humanitar fondları ilə davamlı iş birliyi Azərbaycanda səhiyyə sahəsinin inkişafına əvəzsiz töhfələrini verib. Qeyd edək ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə, təhsil, humanitar sahədə gördüyü işlər, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yardım, səhiyyə komplekslərinin, məktəblərin tikintisi və digər xeyriyyə tədbirləri Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Görülən işlərin nəticəsi olaraq, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti bir sıra beynəlxalq mütəxəssislər, siyasi, ictimai xadimlər tərəfindən də bütün dünyada nümunə kimi dəyərləndirilir. Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti başqa ölkələrin birinci xanımlarını da qeyd olunan sahələr üzrə Azərbaycanla əməkdaşlığa cəlb edir.
Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ABŞ-ın birinci xanımı Mişel Obama ilə nəzərdə tutulan görüşü barədə ABŞ Konqresinin “The Hill” qəzetində Birləşmiş Ştatların “Caspian Group” şirkətinin icraçı direktoru S.Rob Sübhaninin “Birinci xanımlar Əliyeva və Obama: Xərçəng xəstəliyinə qarşı mübarizə” sərlövhəli məqaləsi maraq doğurur.
Məqalədə, ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Barak Obamanın 2010-cu ilin sentyabrında baş tutan sonuncu görüşü yada salınır. Yazıya əsasən iki gənc liderin bu görüşünün mövzusu Azərbaycanın terrorizmə qarşı mübarizəyə verdiyi töhfə, Əfqanıstandakı ABŞ və NATO hərbi qüvvələrinin yanacaq təchizatı, Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara fasiləsiz nəqli olub. Müəllif qeyd edir ki, doqquz milyon əhalisi olan Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. çünki Avropa təbii qaz ixracını şaxələndirməkdə qərarlıdır.
Birinci xanımlar Mehriban Əliyeva və Mişel Obama arasında Ağ Evdə keçiriləcək görüş isə digər bir aktual problemə - son illərdə bütün dünyada sürətlə genişlənən xərçəng xəstəliyinə qarşı mübarizəyə həsr olunacaq. Məqalədə bildirilir ki, bu görüş xərçəng xəstəliyinə qarşı mübarizə işinə yeni enerji, maliyyə vəsaiti və mənəvi inam gətirə bilər: “Mehriban xanım təəssüflə qeyd edib ki, xərçəng xəstəliyi sərhəd, milli mənsubiyyət tanımır. İstər amerikalı olsun, istər azərbaycanlı, xərçəng fərq qoymadan öldürür”.
Məqalədə vurğulanır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva humanitar səylərini Azərbaycan gəncliyi üçün məktəb və internatların modernləşdirilməsi işinə yönəldib: “O, doğma xalqının zəngin mədəni irsinin də hamisidir. Azərbaycan milli musiqisini dünyada təbliğ edir, Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan xalqının zəngin milli dəyərlərini dünyaya tanıdır. Bundan başqa, üç övlad anası olan bu lütfkar qadın ölkəsində və dünyada diabet və talassemiya xəstəliyinə tutulmuş uşaqlara kömək etmək üçün yorulmadan çalışır. Təəccüblü deyil ki, o, UNESCO-nun xoşməramlı səfiridir. Bu yaxınlarda isə Fransanın “Şərəf legionunun zabiti” ali ordeni ilə təltif edilib. Bu xanımın xərçəng xəstəliyinə qarşı mübarizədə göstərdiyi qətiyyət onu daha çox humanitar təşəbbüslərə sövq edir”.
Müəllifin sözlərinə görə, ABŞ-ın birinci xanımı Mişel Obama azərbaycanlı həmkarı Mehriban xanımın mötəbər tərəfdaşıdır. Bunun sübutu olaraq Mişel Obamanın hər kəsin diqqətini ABŞ-da milli bəlaya çevrilmiş uşaqlarda köklük sindromuna yönəltməsi qeyd olunur. Həmçinin, xərçəng xəstəliyinin sürətlə geniş hal alması bu iki ölkənin birinci xanımlarının həmin xəstəliyə qarşı tezliklə birlikdə mübarizə elan etməsini zərurətə çevirir. Məqaləyə əsasən, bu dəhşətli xəstəlik ABŞ-da hər il 500 min insanın ölümünə səbəb olur: “Hər il Amerikada 1.4 milyon adama xərçəng xəstəliyi diaqnozu qoyulur, onlardan 569 min 490-ı həyatını itirir. Dünyanı bürümüş xərçəng xəstəliyi ölümlərin birinci səbəbidir. 1975-2000-ci illər arasında xərçəng xəstəliyi iki dəfə artıb, 2020-ci ildə daha iki dəfə artacaq. 2010-cu ildə 12 milyon insana xərçəng diaqnozu qoyulub, 7 milyon nəfər bu xəstəlikdən dünyasını dəyişib. Xərçəngə qarşı Mübarizə Beynəlxalq Agentliyinin məlumatına görə, 2030-cu ildə 17 milyon adam bu xəstəlikdən vəfat edəcək”.
Müəllifin fikrincə, xərçəng xəstəliyinə qarşı ABŞ ilə Azərbaycanın birgə mübarizəsi üçün yaxşı zəmin var: “Azərbaycan ABŞ-ın etibarlı strateji tərəfdaşıdır. ABŞ-da Azərbaycanın problemlərinə həssaslıqla yanaşırlar. ötən əsrin 90-cı illərinin əvvəllərində Prezident Klinton Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin əlini sıxaraq, birlikdə Xəzər və Aralıq dənizlərini birləşdirən enerji dəhlizinin təməlini qoymuşlar. Bu gün mərhum Heydər Əliyevin uzaqgörənliyi və sabiq Prezident Klintonun təşəbbüsü ilə Amerikanın şərq sahillərindəki neftayırma zavodları Azərbaycandan xam neft alır. üstəlik, Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb”.
Yazıda o da qeyd olunur ki, Ağ Evdə növbəti görüşdə birinci xanımlar Mehriban Əliyeva və Mişel Obama Corctaun Xərçəng Mərkəzi, Con Hopkins Xəstəxanası və Azərbaycan Milli Onkologiya mərkəzləri ilə birlikdə xərçəng xəstəliyinə qarşı müasir mübarizə fondunun yaradılmasını elan edə bilərlər: “Bu fondun əsas məqsədini belə ifadə etmək olar: “Xərçəng xəstəliyi üzrə tədqiqatları demokratikləşdirmək”. Nəticədə Amerikada verilmiş qan analizindən eyni vaxtda Azərbaycanda, yaxud digər ölkələrdəki həkim və xəstələr də xəbər tutacaqlar”.
Sonda müəllif belə bir qənaətə gəlir ki, xərçəng xəstəliyinə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığından daha mühüm heç nə ola bilməz.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

