Sülhə gedən yolda əsas daşı aradan qaldırdıq
18.10.2023 [10:25]
Elçin Əmirbəyov: Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya geri istiqamətdə qatara minən hər bir sərnişinin təhlükəsizliyinə etibarlı zəmanət verilməlidir
NARDAR
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın ərazi bütövlüyü, bu ilin sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirlərindən sonra suverenliyimiz təmin olunub. Antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması, ümumilikdə, regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün yeni imkanlar yaradır. Dövlətimiz hələ Vətən müharibəsi başa çatandan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib.
Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun gələcəyi naminə sülh sazişini imzalamalıdır. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində regionda mövcud proseslərə toxunub və “Mən həqiqətən inanıram ki, bu, müharibənin sonu olacaq, çünki nəhayət, biz sülhə gedən yolda əsas daşı aradan qaldırdıq. Bu daş isə Ermənistan silahlı qüvvələrinin suveren ərazimizdə davam edən qanunsuz hərbi mövcudluğu idi”. Elçin Əmirbəyov hesab edir ki, növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər. “Əsas məqam bu məsələnin sülh yolu ilə həll edilməsi üçün hər iki tərəfin kifayət qədər siyasi iradəyə sahib olub-olmayacağıdır. Biz ikitərəfli danışıqların digər istiqamətləri üzrə olduğu kimi, bu məsələnin də həllində də olduqca maraqlıyıq. Hesab edirəm ki, aramızdakı sərhəd nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. Bu zaman hər hansı hərbi əməliyyatların yenidən başlaması ehtimalı da bir o qədər azalmış olacaq”, - deyə Prezidentin nümayəndəsi qeyd edib.
O, həmçinin Zəngəzur dəhlizi ilə bağlı da fikirlərini bildirib: “Biz qəbul edirik ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Bizə lazımdır ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya geri istiqamətdə qatara minən hər bir sərnişinin təhlükəsizliyinə etibarlı zəmanət verilsin”. Elçin Əmirbəyov deyib ki, Bakı danışıqlara hazırdır, lakin Ermənistan prosesi ləngitməyə üstün verərsə, o zaman Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır.
Məlumdur ki, bölgədə kommunikasiyaların açılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata daxil edilib. Beləliklə, Zəngəzur dəhlizinin açılması bu bəyanatın tələblərindən biridir. Həmin sənədin 9-cu bəndində bu məsələ öz əksini tapır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır. Təəssüf ki, rəsmi İrəvan dəhlizin açılmasına əngəllər törədir. Lakin hələ də anlamaq istəmir ki, ümumilikdə, Avropa ilə Asiyanı birləşdirəcək bu kommunikasiya xətti özü üçün də iqtisadi dividentlər gətirəcək.
Bütövlükdə, əgər rəsmi İrəvan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Ən doğru yol isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın haqlı şərtlərini qəbul etməsidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

