Nikolun Strasburq novellası...
19.10.2023 [10:48]
Avroparlament tribunası Ermənistanın “doğma tribunasına” çevrilib
Oktyabrın əvvəlində Azərbaycana qarşı qərəzli və əsassız “qətnamə” qəbul etməsinin ardından Avropa Parlamenti Ermənistan üçün “doğma tribunaya” çevrilib. Bunun nəticəsidir ki, iki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Avroparlamentdə çıxışına məhz “təşəkkürlə” başlayıb. Öz “nitqində” ölkəsini “sülhpərvər”, “təhlükəsizlik uğrunda çalışan dövlət” kimi təqdim etməyə çalışsa da, ilk cəhddə özünü ifşa edib - Paşinyan növbəti manipulyasiyalar üçün “zəmin formalaşdırılmasına” çalışır. Başqa sözlə desək, sülh uğrunda “çalışan” dövlətin bu qədər yalan və qərəzli mövqe sərgiləməsi bir-birinə uyğun gəlmir.
“Beynəlxalq ictimaiyyət”, yoxsa Fransa “müdaxiləsi”...
Nikol Paşinyan Cənubi Qafqazın sülhə böyük ehtiyac duyduğunu irəli sürüb. Bu mesaj artıq illərdir ki, Azərbəycan tərəfindən səsləndirilir və Ermənistan konstruktiv mövqeyə dəvət olunur. Erməni baş nazir beynəlxalq ictimaiyyəti, Avropa İttifaqı və regionun digər ölkələrini davamlı sülhün reallığa çevirilməsi üçün dəstək verməyə çağırıb. Əslində bu mövqe Ermənistanın yeni “kələyi” də sayıla bilər. “Beynəlxalq ictimaiyyət” fikrini özünə şamil edən Fransanın bu “çağırışdan” pay çıxarmayacağını indidən söyləmək çətindir. Adətən, Ermənistanın “məsləhət yeri” olan bu ölkənin indi də “beynəlxalq ictimaiyyətin nümayəndəsi” adı altında sülhə qarşı iş aparmayacağını istisna etmək olmaz - onsuz da vasitəçi məlumdur, tərəflər məlumdur. Artıq iki ilə yaxındır ki, davam edən Brüssel formatı çərçivəsində gedən danışıqların konturları da məlumdur. Azərbaycanın yaratdığı ədalət mənzərəsi, irəli sürülən təkliflər birmənalı şəkildə sülhün bərqərarını təmin edir. Ermənistan bunun üçün “zəhmət çəkib” hansısa “beynəlxalq ictimaiyyət” axtarmamalıdır...
Müttəfiqlərdən “narazılıq” və ya KTMT “ağrısı”...
Ermənistanın baş naziri öz çıxışında maraqlı bir məqama da toxunub - o, ölkəsinin müttəfiqlərindən “narazılıq” edib. Bu giley-güzarın arxasında nələrin dayandığı heç kimə sirr deyil. Erməni baş nazir hərbi müttəfiq olduğu KTMT ölkələrinin gücündən uzun müddət Azərbaycana qarşı istifadə etmək arzusunu və hətta tələbini irəli sürürdü. Ötən ilin payızında İrəvanda baş tutan KTMT-nin Zirvə toplantısında bu məsələyə birdəfəlik son nöqtə qoyuldu - Rusiya da daxil olmaqla KTMT üzvü olan dövlətlər Azərbaycanın Qarabağla bağlı addımlarına heç kimin qarışa bilməyəcəyini açıq şəkildə Paşinyana bildirdilər. Qeyd edildi ki, bu, Azərbaycanın daxili işidir. Eyni zamanda, Paşinyanın “hərbi monitorinq qrupu” arzusu da ürəyində qaldı və KTMT buna da “qol qoymadı”. Bu isə nəticə etibarı ilə Paşinyanı müttəfiqlərindən narazı saldı.
Erməni baş nazirin indiki halda müttəfiqlərini Avropa Parlamentindəki çıxışı zamanı “hədəfə alması” da bəzi mətləblərdən xəbər verir. Bu, KTMT ilə bir növ “rəqabət” halında olan zərbə mesaj da sayıla bilər. Ermənistan bu yolla özünü yenidən Qərbə “təklif edir”. “Oyuncaq ölkə” statusundan birmənalı şəkildə qurtula bilməyən Ermənistan bu yolla yeni “çətir altına” keçmək istəyini açıq şəkildə dilə gətirir.
Paşinyanın “etnik təmizləmə” yalanı...
Qeyd edək ki, Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı yenə də erməni xislətindən, erməni xəstəliyindən əl çəkə bilməyib - dünya birliyini yeni yalanları ilə aldatmağa çalışan ermənilər Azərbaycana qarşı qərəzli iddialarını davam etdirirlər. Erməni baş nazir də çıxışında antiterror tədbirlərindən sonra Qarabağı öz xoşu ilə tərk edən və öz arzuları ilə Ermənistana keçən Qarabağın erməni sakinlərinə münasibətdə “etnik təmizləmə” aparıldığını iddia edib. Bu, sülh və əməkdaşlıq “arzusunu” irəli sürən Ermənistanın qeyri-səmimiliyinin bariz sübutudur. Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Əksinə, lokal antiterror tədbirlərindən sonra erməni sakinlərin reinteqrasiyası ilə bağlı proqram bəyan olunub, onlara qalıb yaşamağa davam etmək təklif edilib. Bu insanlar sadəcə özləri Ermənistana keçməyi seçiblər ki, bu, Azərbaycanın tələbi sayıla bilməz...
Paşinyanın bu ayın əvvəlində Avroparlamentin qərəzli “qətnaməsinə” görə “sağ ol” deməsi isə, erməni lobbisinin üzdə sülh, arxa planda isə yeni kampaniyalar axtarışında olmalarını sübuta yetirir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

