Libermanın qəzəbi: Qərbin riyakarlığı
21.10.2023 [10:40]
Qəzza bölgəsində vəziyyət gərgin olaraq qalır. Son məlumatlara görə, xəstəxanaya düşən raketin partlayışı 800-dən çox insanın həyatına son qoyub. İsrail tərəfi “İslami Cihad” ekstremist qruplaşmasının yəhudilərə tuşladığı raketi səhvən Qəzza xəstəxanasına atdığı barədə məlumat yayıb. Sosial mediada HƏMAS üzvlərinin məlum raket atəşi ilə bağlı məxfi danışıqları da yayılıb. Tərəflər bir-birini günahlandırır, müharibə dərinləşir, mülki insanlar həlak olur, beynəlxalq aləm isə baş verənlərə müşahidəçi mövqeyindən yanaşaraq susur.
Uşaq bağçasında terror yuvası
İsrailə qəfil hücumdan sonra bu ölkə HƏMAS, “İslami Cihad” kimi ekstremist terror qruplarına müharibə elan edib. Bu qruplaşmalar illərdir Fələstində uşaq bağçalarını, xəstəxanaları cəbbəxanaya çevirərək, həmin binalardan İsrailə raket atəşi yağdırır. İsrail cavab atəşi açıb raket atılan obyekti yerlə-yeksan etdikdə adına “uşaq qatili” deyirlər. İş burasındadır ki, müsəlmanlara heç vaxt canı yanmayan xristian dünyası da sanki İsrailin üzərinə gedirmiş kimi bu məsələdə lazımınca manipulyasiya edir.
Azərbaycanın ərazi bütövlüyü məsələsində göstərdiyi ədalətsiz və cığal mövqe Avropanın ikiüzlülüyünə əyani sübutdur. Bu mənada Fransa, yaxud Almaniya kimi dövlətlərin aparıcı olduğu qurumların fələstinlilərin halına yanması inandırıcı görünmür. Bəs Qəzza məsələsində bu xristianların terror qurbanı olan günahsız israilli körpələrə məhəl qoymayıb, HƏMAS-a dəstək verən fələstinlilərə davamlı humanitar yardım göndərmələrində məqsəd nədir? Humanizm? Ədalət? Əsla yox! Qərb bu dəyərlər üzərində sadəcə olaraq alver etməklə məşğuldur. İşin kökü bəlkə də Tövratda İsrail oğullarına vəd olunan torpaqlara, hətta ondan daha qədim olan dini-siyasi psixoza - antisemitizm ideyalarına gedib çıxır.
Heç kimə sirr deyil ki, Qərbin siyasi dairələrində antisemit meyillər hər zaman olub. Son illər Avropanın siyasi səhnəsində sağçı partiyaların yüksək səs alması neofaşist meyillərin artmasına gətirib çıxardı. Bu da öz növbəsində Avropada qədim ənənəsi olan antisemitizmin, passiv formada olsa belə, dirçəlməsinə şərait yaratdı.
“Əl-Qaidə”ni məhv etmək olar, HƏMAS-ı yox?
Yəhudi siyasətçi, “İsrail bizim evimizdir” partiyasının lideri, Knessetin deputatı Aviqdor Liberman ölkəsinin HƏMAS-la müharibəsinə görə birtərəfli fikir yürüdən beynəlxalq təşkilatları və aparıcı Qərb dövlətlərini kəskin tənqid edib.
Liberman ölkəsinin HƏMAS-la mübarizəsinə bu və ya digər şəkildə əngəl olmağa çalışan, İsrailə qarşı terror hücumlarını görməzdən gələn, müharibə qurbanlarına münasibətdə etnik ayrı-seçkilik nümayiş etdirən dövlətlərə müraciət ünvanlayıb. O, öz məqaləsində yazır: “2001-ci ildə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi dağıdılanda Birləşmiş Ştatlar “Əbədi Azadlıq” əməliyyatına başladı. Bu əməliyyatın məqsədi terror aktına görə məsuliyyət daşıyan “Əl-Qaidə”ni məhv etmək, Taliban rejimini devirmək idi. Məhz bu niyyətlə Əfqanıstana yeridilən ABŞ qoşunlarının qanuni və normal iş gördüyünə sivil dünyada heç kim şübhə ilə yanaşmadı. Həmin vaxt amerikalılar birmənalı olaraq beynəlxalq ictimaiyyətin dəstəyini aldılar. Hətta NATO üzvləri də Əfqanıstana qoşun yeridərək, orada vahid komandanlıq qurub beynəlxalq hərbi kontingent yaratdılar”.
HƏMAS erməni terrorçulardan fərqlənmir
Siyasətçi 2001-ci ilin qisasçı Amerikasına dəstək verən, lakin 2023-cü ildə daha dəhşətli terror faciəsi yaşayan İsrailə qarşı eyni mövqeni göstərməyən Qərb dünyasına ölkəsində törədilən qətliamın dəhşətlərini xatırladıb:
“Terror aktları zamanı insan itkisi ölkə əhalisinin sayı nisbətində hesablanarsa, İsrailin bu ilin oktyabrında verdiyi itkilər ABŞ-ın 2001-ci il sentyabrın 11-də verdiyi itkidən təxminən on dəfə çoxdur. HƏMAS-ın İsrailə hücumu sıradan, qısamüddətli terror aktı deyildi, bu hücum minlərlə qəddar terrorçunun kəndlərimizi işğal etməsi, gəncləri, yeniyetmələri və körpələri vəhşicəsinə qətlə yetirməsi, qocalara, qadınlara sırf yəhudi olduqları üçün işgəncə verməsi ilə yadda qaldı. HƏMAS-ın hücumu zamanı əksəriyyəti mülki şəxs, o cümlədən əcnəbilər olmaqla 200-ə yaxın insan girov götürüldü. Mən qətliam törədilən yerlərdə şahidi olduğum dəhşətli mənzərələri ömrümün son dəqiqələrinə qədər unutmayacağam. Dinc insanları edam etməzdən öncə onların başına gətirilən dəhşətli işgəncələrə göz yummaq mümkün deyil. Biz qadınlarımızın, qızlarımızın vəhşicəsinə zorlanmasını, onların yandırılmış, parçalanmış cəsədlərini heç zaman unutmayacağıq... Müasir tarixdə bu faciəni ancaq Holokost zamanı nasistlərin yəhudilərə qarşı törətdikləri vəhşiliklərlə müqayisə etmək olar...”
Bu ağrılı sətirləri oxuyarkən ixtiyarsız olaraq Xocalını xatırladım. Yaxın tarixdə qəddarlıqda tayı-bərabəri olmayan ilk belə dəhşətli soyqırımı aktı Azərbaycanın Xocalı şəhərində, erməni terrorçularının soyuq fevral gecəsi yuxulu şəhərə xain basqını zamanı baş vermişdi. Əlbəttə, Azərbaycanın dostu olan Liberman da bu barədə məlumatsız deyil.
Həqiqətən, HƏMAS-ın İsraildə törətdiyi vəhşiliklər, əsir götürülən mülki şəxslərin başına gətirdiyi qəddar əməllər, uşaqlara belə rəhm etməmələri məhz ermənilərin dinc azərbaycanlılara qarşı göstərdikləri amansız davranışın eynisidir.
Qəzzalılar HƏMAS-a casusluq edib
Liberman İsrailin antiterror əməliyyatı aparmaqda son məqsədini də açıqlayıb: “İsrail Dövləti HƏMAS-a müharibə elan edib və bizim məqsədimiz heç kimdən gizli deyil, tamamilə aydındır: HƏMAS və “İslami Cihad”ın hərbi arsenalını tamamilə məhv edib Qəzzada onların hakimiyyətinə son vermək! Doğrudur, əksər Qərb dövlətləri HƏMAS-ın əməllərini bu və ya digər formada pisləyərək İsrailə dəstək ifadə edib. Bu mövqe ən aydın şəkildə ABŞ prezidentinin sözlərində ifadə olunub: “Əgər bizə belə bir hücum edilsəydi, cavabımız intensiv və amansız olardı”.
Amma bunlarla yanaşı, biz tez-tez fərqli tələblər də eşidirik. Məsələn, İsraildən Qəzzanı elektrik enerjisi və içməli su ilə təmin etmək, əraziyə xaricdən gələn humanitar yardımları çatdırmaq və s. tələb olunur. Dünyada İsraildən humanist ölkə yoxdur. Uzun illər Qəzzadan gələn işçilərə şəhərlərimizdə işləməyə və pul qazanmağa imkan yaratmışıq. İndi məlum olub ki, bu işçilər HƏMAS-ın qatillərinə kəşfiyyat məlumatları ötürərək, törədilən qırğınlar zamanı soyğunçuluq və talanla məşğul olublar. İsrail indiyə qədər bütün Qəzza zolağına elektrik və su verir, nağd dollarla dolu çamadanların Qətərdən Qəzzaya çatdırılmasına şərait yaradırdı. Əslində isə bu pullar Qəzza əhalisinə yardım və dəstək üçün deyil, HƏMAS-ı silahlandırmaq üçün istifadə olunub. İsraildən blokadanı dayandırmağı tələb edənlərdən soruşuram: dünyanın hansı ölkəsi buna icazə verər? Cavab tamamilə aydındır - dünyada elə bir ölkə yoxdur ki, potensial terrorçuları öz ərazisinə buraxsın, terror təşkilatlarına pul köçürülməsini asanlaşdırsın, öz qoynunda silahlı quldurları bəsləmək üçün münbit şərait yaratsın, onlar üçün elektrik, su və digər xidmətləri təmin etsin”.
Məqalənin bu hissəsi eynilə Azərbaycanın öz ərazilərini qanunsuz silahlı dəstələrdən təmizləmək üçün apardığı son antiterror əməliyyatını xatırladır. Sözsüz ki, İsrail Azərbaycanın haqlı mübarizəsindən, qələbə əzmindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və səriştəli siyasətindən, Azərbaycan igidlərinin Vətən uğrunda ölümə getdikləri qəhrəmanlıq dərsindən təsirlənməmiş deyil.
İsrailli siyasətçilərin beynəlxalq təşkilatların ikili standartlarına açıq etiraz etmələri də eynilə bizim üzləşdiyimiz qlobal haqsızlıqlara reaksiyamızla üst-üstə düşür. 44 günlük müharibə zamanı Azərbaycan Prezidentinin xarici media orqanlarına verdiyi müsahibələrdə nümayiş etdirdiyi sərrast məntiqi, kəskin arqumentləri, Avropanın riyakar siyasətini cəsarətli fikirləri ilə ifşa etdiyi məqamları unutmamışıq. İndi İsrail də təxminən eyni durumla üzləşib.
Tanış ssenari: humanitar yardım şousu
Liberman BMT-yə ünvanladığı müraciətində bu təşkilatı humanitar fəaliyyətində obyektiv olmağa, yardım missiyasını həyata keçirərkən etnik, milli və coğrafi ayrı-seçkilik etməməyə çağırıb: “Mən fələstinli “qaçqınlara” sonsuz qayğı göstərən və onlara hər cür humanitar yardım etməyə tələsən BMT-yə bir təklif vermək istərdim. Onsuz da onların yardımları həmişə olduğu kimi yenə də HƏMAS-ın hərbi maşınlarına yüklənəcək. BMT-nin isə humanitar yüklərin ünvana çatıb-çatmadığını yoxlamağa vaxtı olmayacaq.
Hesab edirəm ki, BMT-dən olan “humanistlər” və onların həmfikirləri 2023-cü il sentyabrın 10-da Liviyanı basan daşqın nəticəsində dörddə biri dağılmış Dərna şəhərinə diqqət yetirməlidirlər. Bu təbii fəlakət zonasında 11.000-dən çox insan ölüb, 10.000-ə yaxın insan itkin düşüb, ən azı 40.000 sakin sahib olduğu hər şeyi itirib. Təəssüf ki, bu faciə günümüzdə tamamilə unudulub, onun qurbanları isə dəhşətli aclıqla üz-üzə qalıb. Bundan başqa, aprel ayından bəri ordu ilə təhlükəsizlik qüvvələri arasında qanlı döyüşlərin davam etdiyi, 3000-ə yaxın insanın öldüyü, milyonlarla sakinin evindən qaçaq düşdüyü Sudana humanitar yardımın göstərilməsini düşünmək də məntiqli ola bilər. BMT-nin hesabatına görə, bu ölkədə toqquşmalar zamanı çoxlu sayda qadın və uşaq öldürülüb, döyüş bölgəsinə yaxın kəndlər tamamilə dağıdılıb.
Elə oradan da BMT müşahidəçiləri öz diqqətlərini 2011-ci il martın 15-dən bu yana qanlı vətəndaş müharibəsinin davam etdiyi və 500 minə yaxın insanın həlak olduğu Suriyaya yönəldə bilərlər. 7,6 milyon suriyalı öz ölkəsində qaçqın vəziyyətinə düşüb, 5,5 milyonu isə hazırda mühacir həyatı yaşayır. Nədənsə əmin deyiləm ki, sadaladığım bu fəlakətli yerlərdə kifayət qədər humanitar yardım tədbirləri həyata keçirilir, zərərçəkənlərin reabilitasiyası təmin olunur. Nümunə çəkdiyim bu üç ölkədən başqa da dünyada humanitar dəstəyə ehtiyacı olan çoxlu insan, ərazi var.
Mən BMT-yə və bütün beynəlxalq ictimaiyyətə birmənalı şəkildə demək istəyirəm: ikiüzlülüyü dayandırın!
İsrail dövlətinə qarşı hər hansı bir tələb irəli sürməzdən öncə, Qəzza əhalisinin əksəriyyətinin tam dəstəyi ilə günahsız mülki insanları qətlə yetirən terror təşkilatlarına deyil, həqiqətən ehtiyacı olan ölkələrə yardım etməlisiniz”.
“Qırmızı Xaç”ın susqunluğu
İsrailli siyasətçi Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini də tənqid atəşinə tutub. O, təşkilatın HƏMAS tərəfindən girov götürülən İsrail vətəndaşlarına indiyədək baş çəkməməsini xatırladarkən emosiyalarını cilovlaya bilməyib: “Nəzakətsiz görünmək istəyirsinizsə, deyə bilərsiniz ki, sizi motivasiya edən adi antisemitizmdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri terrorçular tərəfindən oğurlanmış İsrail və digər ölkələrin vətəndaşlarına baş çəkməyincə, İsrail dövləti heç bir halda Qəzza zolağına humanitar yardımın çatdırılmasına şərait yaratmamalı, hətta icazə verməməlidir”.
Sonda əlavə edək ki, müharibə bu gün təkcə Qəzza zolağında getmir, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər və fələstinlilər arasında da qanlı toqquşmalar baş verir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

