Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan - Pakistan münasibətləri...

Azərbaycan - Pakistan münasibətləri...

03.11.2023 [10:15]

Dostluğa, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanır

Azərbaycanın yürütdüyü çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu dostluq və əməkdaşlığı əsas hədəf kimi müəyyənləşdirir. Uğurla yürüdülən ikitərəfli münasibətlər isə dinamikliyi, yüksək səviyyəsi və dialoq mühitində inkişaf etməsi ilə seçilir - Azərbaycan çoxqütblü dünyada Qərb və Şərq, Şimal və Cənub xətti üzrə əməkhdaşlığa söykənən əlaqələri ilə şöhrət tapıb. Bu əlaqələr bəzi hallarda yaxın dostluğa və qardaşlığa belə transformasiya olunur - təbii ki, burada da qarşılıqlı hörmət, yardımlaşma kimi bəşəri dəyərlər özünü əks etdirir. Bu əlaqələrin inkişafında isə qarşılıqlı səfərlər xüsusi rol oynayır.

Azərbaycan ilə Pakistan arasındakı münasibətlər də yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji əlaqələrə əsaslanır. Təsadüfi deyil ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə mühüm dialoq, əməkdaşlıq qurulub. Bu fakt Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edən zaman növbəti dəfə təsdiqlənib.

Pakistanın dəstəyi...

Qeyd edək ki, görüşdə dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib, Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxundu.

Qəbul zamanı Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyi ifadə olunub. Öz növbəsində Asim Munir Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğulayıb, Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirib.

Pakistan Ermənistanı tanımır...

Vurğulandığı kimi, Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.

Azərbaycan ilə Pakistan İslam Respublikası arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda ümummilli liderimiz

Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi. Belə ki, Pakistan İslam Respublikası Ermənistanın işğalçılıq siyasəti yürütdüyü dövrlərdə Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edib. Qeyd edildiyi kimi, Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.

Heydər Əliyev Fondunun yardımları...

İki ölkə arasında siyasi əlaqələrlə yanaşı, mədəni-humanitar əlaqələr də yüksək səviyyədədir. Bu mənada, Heydər Əliyev Fondunun Pakistanla bağlı laiyhələri xüsusi əhəmiyyət daşıyır. 2012-2018-ci illərdə Heydər

Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə va kiçik laboratoriya ilə təchiz olunmuş, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunub, Xayber Göz Fondunun yeni blokunun va gozləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilib, Dera İsmayıl Xan bolgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb. Eyni zamanda, Peşəvar Serebral İflic və Peşəvar Ana va Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilib. Fond Pakistanda təhsilin stimullaşqdırılması yönündə də xüsusi əhəmiyyətli layihələri ilə seçilib - Rara Qızlar məktəbi və Pakistanın 12 Universitetlərində təhsil alan tələbələrə umumilikdə 41 təqaüdün verilməsi həyata keçirilib.

Çoxşaxəli əlaqələr...

Bu ilin yayında Bakıya səfər edən Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif də iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”, - deyə bildirib.

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. İkitərəfli gündəliyə daxil olan bir çox məsələlər, eyni zamanda, regional proseslər, regional təhlükəsizlik məsələləri dialoq və müzakirə ilə daha yüksək səviyyədə inkişaf etdirilir. İki ölkə arasında ticarətin həcminin artırılması yolları müzakirə predmetlərindəndir - xatırladaq ki, 2022-ci ildə bu rəqəm 28 167,15 min ABŞ dolları təşkil edib. Bu rəqəm isə 2021-ci ilin müvafiq göstəricisindən iki dəfədən artıq çoxdur.

İki ölkə arasında təhsil sahəsində əlaqələr güclənir. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır - halbuki, ötən il bu rəqəm sadəcə 100 tələbə ilə məhdudlaşırdı. Bu fakt iki ölkə arasındakı əlaqələrin çoxşaxəliyini göstərən amildir.

Bundan başqa, öləkələr arasında müdafiə sənayesi sahəsində, enerji sahəsində, turizm sahəsində,  ərzaq ixracı sahəsində mühüm əlaqələr mövcuddur.

Sadiq İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31