Moskvadan növbəti üçtərəfli görüş təklifi
04.11.2023 [10:23]
Ermənistan bu görüşdən də imtina edəcəkmi?
Moskva Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib ki, Moskva yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır: “Rusiya tərəfi İrəvanla Bakı arasında gərginliyi aradan qaldıra biləcək istənilən təmasları alqışlayır. Bununla belə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar normallaşma üçün “yol xəritəsi” olaraq qalır”.
Ümumiyyətlə, Azərbaycan bölgəmizdə sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya, Avropa İttifaqı və ABŞ vasitəçilik edir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinə rəsmi Moskvanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla son qoyulub. Bundan əlavə liderlərin digər görüşləri də keçirilib. Sülh sazişi üzrə Azərbaycan və Ermənistan XİN başçılarının keçirdiyi 6 görüşdən 2-si Moskvada baş tutub. Bundan əlavə, üç ölkənin xarici işlər nazirləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də görüşüblər.
Dövlətimiz sülh prosesinə sadiq olduğunu dəfələrlə bəyan edib. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Göründüyü kimi, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Moskvanın XİN rəhbərlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünə gəlincə, erməni tərəfinin bu görüşə razılıq verəcəyi suallar doğurur. Çünki son zamanlar İrəvan açıq şəkildə anti-Rusiya siyasəti yürüdür və Moskvanın vasitəçilik təşəbbüslərinə qarşı çıxır. Xatırladaq ki, Ermənistan oktyabrın 12-də Bişkekdə MDB-nin sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi təklifindən də imtina etmişdi. Sözügedən sammitə nə baş nazir Nikol Paşinyan, nə də XİN başçısı Ararat Mirzoyan qatılmamışdı. Bütün bunlar İrəvanın Moskvaya qarşı nümayişkəranə addımları idi. Bütün bunların fonunda Ermənistanın Moskva tərəfindən irəli sürülən növbəti görüş təklifinə də “hə” deyəcəyi inandırıcı görünmür.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

