İranın Azərbaycanı casusluq məsələsində ittiham etməsi tamamilə absurddur
29.02.2012 [00:38]
Rəsmi Tehran çox yaxşı anlayır ki, Azərbaycan hər zaman İranla olan münasibətlərinə xüsusi diqqət ayırıb və iki dövlət arasındakı əlaqələrin yüksək səviyyədə inkişafına maraq göstərib. Bunu bütün fəaliyyətində sübut edən Azərbaycan tərəfi, hətta İrana silahlı müdaxilə ola biləcəyi təqdirdə öz ərazisindən istifadəyə imkan verməyəcəyini dəfələrlə diqqətə çatdırıb. Amma Tehran Azərbaycanın əksinə olaraq, rəsmi Bakıya qarşı əsassız ittihamlar irəli sürür, hətta burada təxribatlar belə törətməkdən çəkinmir.
İndi də İran tərəfi Azərbaycanı casus himayə etməkdə suçlayır. Tehran iddia edir ki, guya İsrailin “Mossad” təşkilatının əməkdaşları İrana qarşı Azərbaycan ərazisindən istifadə edərək, dövlət əhəmiyyətli məlumatlar əldə edirlər və rəsmi Bakı da bunu bilə-bilə öz ərazisindən istifadə etməyə göz yumur.
Lakin rəsmi Bakı dəfələrlə bildirib ki, bu günə qədər İrana qarşı hər hansı bir təxribata yol verməyib və bundan sonra da yol verməyəcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da vurğuladığı kimi, Azərbaycan həmişə bütün tədbirlərdə İranın maraqlarını nəzərə alıb, bundan sonra da almaq fikrindədir: “İran bizimlə müştərək tarixi, dini bölüşən, on milyonlarla soydaşımızın - azərbaycanlıların yaşadığı bir ölkədir. Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq”.
çox təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, İran Azərbaycanın ona münasibətdə sərgilədiyi dostluq münasibətinə qarşı terror törətmək cəhdi ilə cavab verir. Bildiyimiz kimi, bu günlərdə İranın xüsusi xidmət orqanı olan “Sepah”ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstə zərərsizləşdirilib. Dəstə ölkədəki xarici vətəndaşlara qarşı terror aktı törədilməsi məqsədilə yaradılıb. Dəstə üzvləri “Sepah”ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq, xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar. Xoşbəxtlikdən Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməkdaşlarının sayıqlığı və diqqətli fəaliyyəti nəticəsində terrorçuların bu planı baş tutmadı.
ümumiyyətlə, İranın bu günə kimi Azərbaycanda reallaşdırmaq istədiyi terror aktlarının sayı onlarladır. Azərbaycana qarşı təxribatların aparılmasında bu ölkənin əsas üstünlüyü isə, ölkəmizdə İrana aid təşkilatların mövcud olmasıdır. Araşdırmamızdan məlum oldu ki, İranın ölkəmizdəki səfirliyi, konsulluğu da daxil olmaqla, humanitar-mədəni və digər profilli fəaliyyətlə məşğul olmaq adı altında fəaliyyət göstərən 100-ə yaxın təşkilatı var. Bunlara “Səda” və “Səma” telekanalları, “İran Air”, İran Milli Bankının Bakı nümayəndəliyi, “Əhli-Beyt” cəmiyyətinin “Hüseyniyyə” məscidi, İran səfirliyinin Təhsil Kompleksi, İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi, İran Xodro şirkətinin nümayəndəliyi, “Qızıl Aypara Cəmiyyəti”nin Azərbaycan nümayəndəliyi, İran Mədəniyyət Mərkəzi, “İRNA” xəbər agentliyi və başqaları daxildir.
Bu təşkilatların üzdə olan fəaliyyət istiqamətləri bəlli olsa da, İranın Azərbaycana qarşı təxribatlarında hər biri potensial rol oynaya bilər. Əslində, heç kim zəmanət vermir ki, İran bu təşkilatlarda öz casuslarını yerləşdirməyib. Bura Azərbaycan İslam Partiyasını da əlavə etmək olar. Bununla yanaşı, Azərbaycandakı İran Mədəniyyət Mərkəzinin, xüsusilə, bu mərkəzin rəhbəri Əliəkbər Ocaqnejadın təxribat fəaliyyəti haqqında zaman-zaman məlumatlar yayılıb.
Əlbəttə ki, bunu əldə edilmiş məlumatlar da sübut edir. Xatırladaq ki, hazırda İran Ali dini lideri Ayətullah üzma Seyyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi olan Höccətislam vəl-muslimin Seyid Əliəkbər Ocaqnejad 1991-ci ildə İran dövlət başçısı Haşimi Rəfsəncaninin sərəncamı ilə yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasına dini təbliğatçı kimi göndərilərək Azərbaycan üzrə Dini İşlər Qərargahına sədr təyin olunub. O, 1996-cı ilə qədər bir müddət həm də Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Ayətullah Səbri Həmədaninin müavini kimi çalışıb. Həmədaninin birinci müavini vəzifəsini də öhdəsinə götürüb. 1996-cı ildən isə Ali dini liderin Azərbaycan üzrə nümayəndəsi vəzifəsinə təyin olunub. Eyni zamanda, bir müddət İran Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini tutub. Mərkəzin Azərbaycanda “mədəni” fəaliyyəti haqqında məlumatlarda isə deyilir ki, əsasən insanları, xüsusilə gəncləri müxtəlif yollarla cəlb edərək, öz məqsədlərinin həyata keçirilməsində istifadə edirlər.
Hər kəsə bəllidir ki, İran Azərbaycandakı fəaliyyətinə dəstək qazanmaq üçün fanatik gənclər ordusu formalaşdırmağa cəhdlər də göstərir. İranın nəzarətində fəaliyyət göstərən bir sıra məscidlər və digər mərkəzlərdə qeyri-qanuni işlər görülür, antidövlət təbliğatı aparılır. Biz hicabla bağlı qondarma problem yaratmış dairələrin Azərbaycandakı pozuculuq fəaliyyətinə dəstək verənlərin icazəsiz yığıncaqlarda nümayiş etdirdiyi radikallığı da görmüşük.
Bir sözlə, İran iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan münasibət sərgiləməklə, Azərbaycan ictimaiyyətində özünə qarşı mənfi fikirlər yaradır. Cəmiyyətimiz İranın bu mövqeyini heç cürə başa düşmür.
Düşünürük ki, İranın Azərbaycanı casusluq məsələsində ittiham etməsi tamamilə absurddur. çünki Tehranın ölkəmizdəki casusluqla məşğul olan mərkəzlərinin fəaliyyətilə tanışlıq göstərdi ki, bu məsələ İranın Azərbaycana qarşı qərəzli mövqeyindən qaynaqlanır. Başqa versiya isə yoxdur...
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16

