Hərbçilərə yüksək diqqət və qayğı...
30.11.2023 [10:11]
Silahlı Qüvvələrimizdə sosial islahatların yeni mərhələsi
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və 2023-cü ildə cəmi 23 saat ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirləri son iki yüz illik tarixiniin ən şanlı səhifələridir. Nəticədə, respublikamız özünün ərazi bütövlüyünün və Qarabağda suverenliyinin tam təmin edilməsinə nail olub. Bu qüruru xalqımıza Ordumuzun igid əsgər və zabitləri yaşadıblar. Buna görə də Azərbaycanda dövlət və cəmiyyət səviyyəsində hərbçilərə böyük qayğı və ehtiram bəslənilir. Eyni zamanda, hərbçilərin sosial təminat məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə məsələlər elə həll edilir ki, onlar ev, ailə və digər məişət problemləri barədə deyil, xidmət və Vətəni müdafiə etmək haqqında düşünsünlər.
Hərbi qulluqçuların peşəkar inkişafı
Son 20 ildə müstəqil Azərbaycanın qazandığı ən böyük uğurlardan biri məhz müasir ordu quruculuğu ilə bağlıdır. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Ordumuzun həm peşəkarlığı artıb, həm də maddi-texniki təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Qürurverici haldır ki, hazırda Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Yuxarıda xatırlatdığımız 44 günlük müharibə və antiterror tədbirləri Silahlı Qüvvələrimizin gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Hərbçilərimizin tətbiq etdikləri yeni növ müharibə taktikası və strategiyası hazırda ayrı-ayrı ölkələrin müvafiq institutlarında araşdırılaraq öyrənilir və praktikada tətbiq edilir.
Hazırda isə Orduda islahatların yeni mərhələsi başlayıb. Yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə olumasını hədəfləyir. Bu barədə müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanışında bildirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumata görə, toplanışda çıxış edən idarə rəisi, polkovnik Elçin Əliyev il ərzində görülən işlərdən geniş söhbət açıb, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni qanun layihələri barədə toplantı iştirakçılarına geniş məlumat verib.
Hərbi qulluqçuların peşəkar inkişafı islahatların mühüm bir istiqamətini təşkil edir. Bu məqsədlə ardıcıl işlər aparılır, onların respublikamızda və xarici ölkələrdə ixtisaslarına uyğun təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları olduğundan yeni qanun layihələrində onların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təhsil imkanlarının daha da genişləndirilməsi təklif edilir.
Parlamentin müzakirəsində olan yeni qanun layihələrində eyni zamanda, təhsil dövrlərinin hərbçilərin öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklif olunub ki, bununla da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılması da nəzərdə tutulub.
Aylıq vəzifə maaşlarının artırılması
Ardıcıl şəkildə həyata keçirilən islahatlara uyğun olaraq hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və onların maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Təsadüfi deyil ki, ölkə başçısı hərbçilərimizin gəlir imkanlarının artırılmasını hədəfləyən mühüm qərarlar verir, müxtəlif fərman və sərəncamlar imzalayır. Bu günə qədər hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılmasının, onlara mənzillərin verilməsinin və müxtəlif sosial müavinətlərlə təmin edilmələrinin çox şahidi olmuşuq.
Prezident İlham Əliyevin bir qədər bundan əvvəl imzaladığı yeni fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sənədlərə əsasən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşları 1 yanvar 2024-cü il tarixindən 20 faiz artırılıb. Bütövlükdə hərbçilərin gəlir imkanlarının artırılması davamlı prosesə çevrilib. Ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə bu sahəyə daha böyük həcmlərdə vəsaitlər yönəldilir.
Pensiya təminatında yeni qaydalar
Təklif olunan müvafiq qanun layihəsinə əsasən hərbçilərin pensiya təminatı da təkmilləşdirilir. Burada gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapıb. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub.
Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib. Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihəyə salınıb.
Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçularının aylıq təminat xərcliyinin tərkibi optimallaşdırılacaq, bu kateqoriyadan olan şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğinin hesablanması üçün əsas götürülən hissənin məbləği artırılacaq. Nəticədə həmin şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğində ciddi artım imkanı yaranacaq, həmçinin onların təminat xərcliyində artım baş verəcək.
Dəyişikliklərdə humanist yanaşma tətbiq edilərək, indiyə kimi hərbi xidmətdən tərxis olunmuş XTQ mənsubları, eləcə də şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvləri də unudulmayıb, onların da pensiyalarının artırılması üçün şərait yaradılıb. Belə ki, dövlət başçısının müvafiq Fərmanı 1 dekabr 2022-ci il tarixindən tətbiq edildiyindən hazırda həmin kateqoriyadan olan hərbi qulluqçu kimi pensiya alan şəxslərin, habelə şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvlərinin aldığı ailə başçısını itirməyə görə pensiyaların məbləği də yenidən hesablanaraq artırılacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

