Təhdidlə yox, tərəfdaş kimi...
07.12.2023 [10:10]
ABŞ qərəzli mövqeyindən geri çəkilirmi?
Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz 44 günlük müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bildirib, qarşı tərəfə sülh sazişi imzalamağı təklif edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir.
Vaşinqtonun təzyiq cəhdləri...
Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Məlumdur ki, ABŞ da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi üzrə keçirilən altı görüşündən üçü məhz ABŞ-da baş tutub. Lakin Azərbaycanın 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi rəsmi Vaşinqtonu ciddi narahat etməyə başladı. Bundan sonra həm konresmenlər, həm də Dövlət Departamentinin bəzi rəsmiləri ölkəmizə qarşı açıq-aşkar qərəz nümayiş etdirməyə başladılar. Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilməsi və dinləmələrdə çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqlədi. Dinləmələrdə bir sıra konqresmenlərlə yanaşı, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn da ölkəmizin əleyhinə bəyanatlar səsləndirdi. Üstəlik, həmin gün ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” adlı sənəd sənəd qəbul etdi.
Təbii ki, bu yanaşma rəsmi Bakının sərt etirazına səbəb oldu. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bəyan etdi ki, Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır: “Sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə erməni silahlı qüvvələrinin 10 mindən çox üzvünün qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə vurğulayıb və onların dərhal çıxarılmasına çağırış edib”.
Təhdid cəhdləri cavabsız qalmadı
Vaşinqtonun Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə, qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşmanın Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacağı bildirildi. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edildi və Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda nəzərdə tutulan görüşündən imtina olundu.
Bəs Vaşinqtonun bu addımlarının səbəbi nədir? Əlbəttə, ilk növbədə “prioritet” ABŞ-dakı erməni diasporunun səsini almaqdır. Amerikada siyasətçilər üçün səs gələcək qrupların marağını təmin etmək bütün prinsiplərdən üstündür. Çox təəssüf ki, konqresmenlərin hətta Birləşmiş Ştatların daxilində də səs üçün aşkar ədalətsizlik etmələri adi hadisədir. Səs və maraqlar Amerika siyasətində ədalət və reallıqdan çox üstün komponentdir.
ABŞ üçün regional müstəvidə ikinci məsələ, əlbəttə ki, Azərbaycanın daim həll olunmamış probleminin qalmasıdır. Son vaxtlar problemin həlli ilə bağlı Azərbaycanın öz səyləri və tərəfdaşlarının dəstəyi ilə apardığı işlər Qarabağda daim məşğul olunacaq bir problem qalmasını istəyənləri narahat edir. ABŞ üçün regional müstəvidə üçüncü maraq Ermənistanla bağlıdır. Hazırkı Ermənistan rəhbərliyinin apardığı siyasət nəticəsində bu ölkə böyük güclərin poliqonuna çevrilmək üçün real məkandır. Eyni sərhəd boyu İran, Rusiya, Avropa İttifaqı və ABŞ-ın varlığını təmin edən Paşinyanın bu yolla “təhlükəsizlik təminatı” Ermənistan üçün böyük təhlükəyə çevrilib. Rəsmi Vaşinqton belə fürsətləri qaçırmağı sevmir.
Millerin etirafı: Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik
Amma fakt budur ki, Azərbaycan bütün təzyiqlərə rəğmən torpaqlarını işğaldan azad etdi. Qarabağ münaqişəsi tarixə qovuşdu, Azərbaycan işğaldan azad edilmiş ərazilərində artıq quruculuq işlərinin bir hissəsini görüb. Keçmiş məcburi köçkünlər evlərinə qayıdırlar.
Çox keçmədən də ABŞ anladı ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək öz köməkçisi O’Braynın Azərbaycana səfər etməsinə icazə verməsini xahiş etməsi bunun göstəricisidir. Bugünlərdə isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin brifinqdə “Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik” fikri artıq rəsmi Vaşinqtonun geri çəkilməsinin göstəricisi sayıla bilər. Millər onu da deyib ki, Azərbaycanla təmasların dayandırılması ABŞ-ın maraqlarına ziddir: “Bu, həm də regionda sülhün və sabitliyin maraqlarına zidd olardı. Biz narahtlıqlarımızı və mövqeyimizi aydın şəkildə bəyan etmək üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqdə işləməyə davam edirik. Ermənistanla davamlı sülh əldə etmək üçün əlaqə saxlamağa davam edirik. Bu, bizim diplomatik fəaliyyətimizdə diqqət mərkəzindədir”.
Beləliklə, ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Başqa sözlə, ABŞ-ın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti effektli nəticə verə bilməz. Ona görə də, rəsmi Vaşinqton ölkəmizlə təzyiq-təhdidlə deyil, tərəfdaş olaraq əməkdaşlıq etməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

