XİN başçıları ABŞ-da görüşəcək?
15.12.2023 [10:33]
Nardar BAYRAMLI
Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz 44 günlük müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bildirib, qarşı tərəfə sülh sazişi imzalamağı təklif edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir.
Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Məlumdur ki, ABŞ da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi üzrə keçirilən altı görüşündən üçü məhz ABŞ-da baş tutub. Lakin Azərbaycanın 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi rəsmi Vaşinqtonu ciddi narahat etməyə başladı. Bundan sonra həm kon?resmenlər, həm də Dövlət Departamentinin bəzi rəsmiləri ölkəmizə qarşı açıq-aşkar qərəz nümayiş etdirməyə başladılar. Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilməsi və dinləmələrdə çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqlədi. Dinləmələrdə bir sıra konqresmenlərlə yanaşı, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn da ölkəmizin əleyhinə bəyanatlar səsləndirdi. Üstəlik, həmin gün ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” adlı sənəd sənəd qəbul etdi.
Təbii ki, bu yanaşma rəsmi Bakının sərt etirazına səbəb oldu. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bəyan etdi ki, Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır: “Sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə erməni silahlı qüvvələrinin 10 mindən çox üzvünün qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə vurğulayıb və onların dərhal çıxarılmasına çağırış edib”.
Vaşinqtonun Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə, qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməzdi. Eyni yanaşmanın Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacağı bildirildi. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edildi və Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda nəzərdə tutulan görüşündən imtina olundu.
Fakt budur ki, Azərbaycan bütün təzyiqlərə rəğmən torpaqlarını işğaldan azad etdi. Qarabağ münaqişəsi tarixə qovuşdu, Azərbaycan işğaldan azad edilmiş ərazilərində artıq quruculuq işlərinin bir hissəsini görüb. Keçmiş məcburi köçkünlər evlərinə qayıdırlar. Çox keçmədən də ABŞ anladı ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək öz köməkçisi O’Braynın Azərbaycana səfər etməsinə icazə verməsini xahiş etməsi bunun göstəricisidir. O’Braynın səfərindən sonra ölkəmizə qarşı ABŞ rəsmiləri tərəfindən hər hansı qərəzli açıqlamalara rast gəlinmir. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin brifinqdə “Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik” fikrini səsləndirməsi artıq rəsmi Vaşinqtonun geri çəkilməsinin göstəricisi sayıla bilər. Miller onu da deyib ki, Azərbaycanla təmasların dayandırılması ABŞ-ın maraqlarına ziddir.
Yeri gəlmişkən, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına açıqlamasında gələn ilin yanvar ayında iki ölkənin xarici işlər nazirlərinin görüşəcəyini deyib: “Hazırda bizdə imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə biz bu mətni razılaşdıracağıq”. Bundan əlavə, Vaşinqtonun Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə açıqlamasını alqışlaması da bu ölkənin mövqeyində müsbət dəyişikliyin göstəricisi sayıla bilər. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilirdi: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusunun azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı Cənubi Qafqaz xalqlarına daha dinc və firavan gələcək naminə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq. ABŞ davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”.
Beləliklə, ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Başqa sözlə, ABŞ-ın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti effektli nəticə verə bilməz. Ona görə də, rəsmi Vaşinqton ölkəmizlə təzyiq-təhdidlə deyil, tərəfdaş olaraq əməkdaşlıq etməlidir.
Xəbər lenti
Hamısına baxGündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17

