Rediküllərin “boykot” fiaskosu...
19.12.2023 [10:00]
Bu iddia özünü tanımamağın ən böyük formasıdır
Azərbaycan əhəmiyyətli və əlamətdar siyasi hadisə ərəfəsindədir. 2024-cü ilin fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkiləri bir sıra məqamları ilə seçilir. İlk növbədə bu seçkilər bütöv halda Azərbaycan ərazilərində keçiriləcək ilk seçki kimi tarixə düşəcək. Eyni zamanda, 2024-cü il seçkiləri bütöv Azərbaycanın gələcək inkişafının ilkin siyasi hadisəsidir - məhz bu seçkilər Azərbaycanın yeni iqtisadi-siyasi mərhələyə qədəm qoymasının başlanğıcı sayılır.
Seçkidə iştirakla bağlı mövqe ortaya qoyan siyasi qüvvələrə gəldikdə isə onların sıraları günü-gündən genişlənir - dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında partiya Sədri cənab İlham Əliyevin 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar pre?ident seçkilərində YAP-dan namizəd irəli sürülməsi haqqında qərar qəbul edilib. Artıq bununla bağlı müvafiq sənədlər MSK-ya təqdim olunub. Seçki prosesində iştirak etməklə bağlı qərar qəbul edən digər siyasi partiyaların nümayəndələri və bitərəf namizədlər də prosesə qoşulur.
Ümumiyyətlə, hər bir siyasi təşkilatın yaranmasının əsas məramı kimi önə çıxan şərt məhz seçkilərdə iştirak etməkdir. Bu gün Azərbaycanda şəffaf, azad və demokratik seçkilər keçirilir - bunun üçün bütün şərtlər mövcuddur. Siyasi tərəflər üçün bərabərhüquqlu mübarizə şəraiti, azad rəqabətin inkişafı üçün mükəmməl qanunvericilik, müasir seçki təbliğat vasitələri (sosial şəbəkələr, mətbuat, internet resurslar və s.) və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar (veb-kameralı məntəqələr, barmaq boyası mexanizmi. Exit-poll və.s ) bunu deməyə əsas verir. Eyni zamanda, seçkidə iştirak həm də siyasi iradə məsələsidir - seçkidə iştirak edən tərəf və ya şəxs mütləq şəkildə seçkidə iştirakının səbəblərini və gələcək konsepsiyasını seçicilər ilə bölüşməlidir. Başqa sözlə, namizədin və ya namizədlərin gəldiyi yol və gedəcəyi yol seçkinin nəticələrinə təsir göstərən ən əsas komponentlərdir.
Bu baxımdan seçki həm də siyasi partiyalar üçün bir hesabat dövrüdür. Nəinki xalqa, heç özü - özünə hesabat verə bilməyən redikül müxalifət isə yenə də özünün ənənəvi ampluasındadır.
Reallıq və ya xalqa nə desinlər?
Müsavat Partiyası və AXCP yenə də seçki prosesinə qoşulmaqdan boyun qaçırdı. “Müsavat”ın sədri “seçkilərə qatılmırıq” deyir, AXCP isə guya seçkini “boykot” etdiyi iddiasını ortaya qoyur. Seçkinin nəticələrinə kölgə salmaq üçün min bir oyundan çıxan rediküllər bununla birinci növbədə öz gücsüzlüklərini, zəifliklərini ört-basdır etməyə çalışırlar. Dünənə qədər xalqın mənafeyinin əksinə istiqamətlənmiş maraqların “sözçüsü” kimi çıxış edənlər bu gün yersiz və əsassız “fərziyyələri” ilə əsas siyasi hadisə olan seçkidən “yan ötmək” istəyirlər. Amma ilk baxışdanca uğursuzluğu boyda rişxəndi və gülünclüyü özündə əks etdirən bu “iddiaların” daha çox seçkidən yayınmaq, “imtahandan gizlənmək” mahiyyəti daşıdığı üzə çıxır. Axı, seçki prosesində çıxıb xalqa nə desinlər? Desinlər ki, ermənilərə qarşı mübarizədə dövlətin və xalqın yanında yer almamışıq... Desinlər ki, siyasi həmrəyliyə qoşulmamışıq... Desinlər ki, dövlətin bir nömrəli probleminin həllində milli birliyin formalaşdırılması prosesindən yayınmışıq... Nə desinlər? Axı, onlar özləri özlərini yaratdıqları yalanın içinə “bağlayıblar”. Özünü “böyük siyasi qüvvə”, “real müxalifət” kimi gəlişigözəl epitetlərlə “bəzəyib”, əslində isə 3-5 nəfərlik qohum-əqrəba birliyindən, maddi maraq qrupundan başqa bir şey olmadıqlarını etiraf etsinlərmi? Reallıq ortadadır...
Dondurmadan özünü tanımamağa qədər gedən yol...
Özünü “müxalifət” adlandıran bu “söz pəhləvanları”nın davranışlarının hansı ardıcıl olub və ya praqmatikliyə söykənib? Maraqlıdır ki, hətta iqtidar olduqları dövrdə belə gündə biri siyasi fəaliyyətini “dondururdu”. Bu “dondurucu mahiyyət” isə nəticədə Azərbaycanı uçurumun kənarına sürüklədi - birisi vəzifəsini dondurub paytaxtı tərk etdi, digəri səlahiyyətini dondurub gözdən itdi. Beləliklə, xalqı və dövləti təhlükə ilə qarşı-qarşıya qoyub “dondurma azarı”nın fonunda yoxa çıxdılar.
Dövləti və xalqı xilas edən, inkişaf yoluna çıxaran, dünyaya tanıdan iqtidarı isə tanımaq “istəmədilər”. Həmin iqtidar idi ki, AXCP və “Müsavat”ın birgə səyi ilə bütün resursları talanan ölkəni müasir, müstəqil dövlətə çevirdi. Kriminogen silahlı birləşmələrə son verildi və ölkədə hüququn aliliyi təmin olundu, Azərbaycanın müasir inkişaf yolu müəyyənləşdirildi. Bəli, bütün bu böyükmiqyaslı işlər görülərkən bu gün “özünüboykot” qərarı verən rediküllər həmin iqtidarı tanımadığını iddia edirdi.
Elə bir mərhələ gəlib çatdı ki, onlar bir-birini tanımadılar - iddiaları özlərindən böyük partiyalar “əsl müxalifət mənəm” davasına qalxdı. Bir-birini tanımayanlar, bir-birindən qopanlar, bir-birini söyənlərin səsi qulaq batırdı. Bütün dava isə pul üstündə idi - bəzi ermənipərəst dairələr ölkədə satqın, xəyanətkar, xain axtarışına çıxmışdı. Əslində, “müxalifət mənəm” iddiasının arxasında daha çox satılmaq üçün hazır olma mesajı ötürülürdü.
Bu gün isə özlərini tanımırlar - boyundan böyük “boykot” iddiası özünü tanımamanın ən ağır formasıdır. Axı, sən kimsən ki, nəyisə də boykot edəsən - sən ən yaxşı halda iştirakdan yayına bilərsən. Amma bu “siyasi qıvrılmalar” da diqqətdən yayınmır. Hər kəs oyunbazlığı görür - məsələn, dünənə qədər Ə.Kərimlinin “efir yoldaşı” Beydulla Manafov belə Əli Kərimlini “artist” adlandırır: “Əli Kərimlinin danışqlarına, boş-boş söhbətlərinə alqışları gördünüz. Ona mən xalq artisti adı verərdim. Əli Kərimliyə Əməkdar nağılbaz adı verərdim”.
Artıq şərhə ehtiyac yoxdur. Əli Kərimlinin “nağılları” bitib. Sadəcə olaraq, o, hələ də kimlərinsə ona “alma” və ya “pul” verməsi üçün boylanır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

