Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xalqın mövqeyi...

Xalqın mövqeyi...

20.12.2023 [10:30]

YAP İdarə Heyətinin qərarı xalqın iradəsinin ifadəsidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü il fevral ayının 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə partiyamızın Sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.

Kamran Bayramov: Növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən obyektiv səbəblər mövcuddur

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Kamran Bayramov bildirib ki, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən obyektiv səbəblər mövcuddur. 30 il ərzində torpaqlarımızın işğal altında olması, Qarabağ probleminin mövcudluğu Azərbaycanın reallığı idi. Həmin dövrdə bütün prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərdən xalqın əsas istəyi məhz Qarabağ probleminin həll edilməsi, Azərbaycanın işğalda olan torpaqlarının azad olunması idi. Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda keçirilmiş antiterror tədbirləri nəticəsində bütün ərazilərmizdə suverenliyimizin təmin edilməsi Azərbaycanın daxili gündəliyini təbii ki, köklü sürətdə dəyişdirdi. K.Bayramov qeyd edib ki, hazırda Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh, təhlükəsizlik  və əməkdaşlıq məsələlərindən ibarətdir. Bununla əlaqədar Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi və köklü şəkildə dəyişmiş olur. Bu gün sülh və əməkdaşlıq, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Beləliklə, ölkəmizdə yeni reallıqlar meydana gəlib və bu, növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını müəyyən edib.

Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı  sözügedən iclasda yekdilliklə qəbul edilmiş tarixi qərar bütün Azərbaycan xalqının mövqeyinin göstəricisidir: “Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin möhtəşəm nəticələri, Qarabağda qazandığı tarixi Zəfər Azərbaycan xalqının daha böyük sevgi və rəğbətini formalaşdırıb. Prezidentin bu illər ərzində uğurlu fəaliyyəti Onun Azərbaycana yeni-yeni zəfərlər qazandıracaq tarixi şəxsiyyət olduğunu bir daha sübut etdi”.

Ramin Məmmədov: Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib

“Bu gün Azərbaycan dünyada nüfuzlu və güclü bir dövlət kimi tanınır. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər. Bu nailiyyətlər Prezident İlham Əliyevin siyasəti sayəsində qazanılıb”. Bu fikirləri isə millət vəkili Ramin Məmmədov deyib. O bildirib ki, Prezident İlham Əliyev 2003-cü ilin oktyabrında ilk dəfə dövlət başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi və belə də oldu. Dövlətimizin başçısı ötən dövr ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması, suverenliyimizin tam təmin edilməsi Prezident -Xalq birliyinin sarsılmazlığı sayəsində gerçəkləşdi. Bütün bunların fonunda gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. YAP İdarə Heyətinin qərarı da bu baxımdan təbii qanunauyğunluqdur.

“Başqa bir məsələ ondan ibarətdir ki, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Məlumdur ki, müəyyən beynəlxalq güclər keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Təbii ki, qazanılan bu zəfər dövlətimizin milli maraqlarımıza əsaslanan siyasətinin ən  parlaq nümunələrindəndir. Bütövlükdə, Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata keçirməsi dövlətimizin uğurlarını davamlı olaraq artırır. Şübhəsiz ki, qarşıdan gələn seçkilər də ölkəmizdə həyata keçirilən davamlı islahatların nümunəsi kimi dövlətimizin gücünün daha da artmasını şərtləndirən amillər sırasında olacaq”,-deyə millət vəkili vurğulayıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31