Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parisin uğursuz təqlid siyasəti...

Parisin uğursuz təqlid siyasəti...

29.12.2023 [10:30]

Fransa dünyanın gözü qarşısında özünü biabır edir...

Azərbaycanın yürütdüyü dövlət siyasətinin ən mühüm prioriteti milli maraqlardır. Bu amil dəfələrlə həm ölkə rəhbərliyi tərəfindən bəyan edilib, həm də atılan addımlarda, verilən qərarlarda özünü əks etdirib. Bütün hallarda məsələlərə özünəməxsus yanaşma və baxış sərgiləyən Azərbaycan hansısa bir dövlətin və ya gücün, təşkilatın və ya qrupun maraqlarının təmsilçisi kimi çıxış etməyib - əksinə, belə halları istisna edərək tərəf olmayıb. Bu, ən mühüm məsələlərdə belə öz əksini tapıb. Eyni zamanda, qarşı tərəfin bizə münasibəti də milli mənafe müstəvisində realizə edilib-burada da əsas amil kimi milli təhlükəsizliyə, dövlətçiliyimizə xələl gətirilməməsi və milli mənafemizin qorunması kimi ali dəyərlər kompleksi nəzərə alınıb.

Məsələn, Avropa İttifaqının üzvü olan dövlətlərin enerji təhlükəsizliyində əsaslı rol oynayan, qlobal təşəbbüsləri ilə diqqət çəkən, dünyada sabitliyin və inkişafın təminini təşviq edən, qarşıdurmaların sülh və anlaşma yolu ilə həllinin tərəfdarı kimi çıxış edən Azərbaycana qarşı nəzərdə tutulan qeyri-adekvat davranışlar qəbulolunmazdır - bu kimi, cəhdlərin vaxtında və effektiv şəkildə zərərsizləşdirilməsini də təmin edə bilirik. Fransanın timsalında bunun dəfələrlə şahidi olmuşuq. Bir faktı qeyd edək ki, ötən bir il ərzində Fransanın ölkəmizə qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti çərçivəsində rəsmi Paris dəfələrlə Azərbaycan qarşısında məyusluq yaşayıb. Bu kimi, hallara həm Frankofoniya müstəvisində, həm BMT TŞ çərçivəsində, həm də digər platformalarda rast gəlinir.

Azərbaycana qarşı hər bir təhdidə layiqli şəkildə cavab verilir...

Bu gün də analoji prosesin şahidi oluruq. Rəsmi Parisin ölkəmizə qarşı apardığı xəbis, çirkin siyasətin konturları ifşa edilir, zərərsizləşdirilir. Bu mənada, bir müddət öncə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunması diqqəti cəlb edir. Xatırladaq ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində, Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub. Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Bir neçə gün öncə isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Siyasi cılızlıq...

Azərbaycanın bu haqlı davranışının ardından isə Fransa özünü dünya birliyinin gözü qarşısında əməlli-başlı rüsvay edib - Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb. “Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib”, - məlumatda deyilir.

Makrona etirazlar...

Bu kimi, uğursuz təqlid Fransa hakimiyyətinin siyasi davranışlarında qeyri - real və qeyri - sağlam mövqeyə malik olduğunu növbəti dəfə sübuta yetirir. Dünənə qədər erməni kartı üzərindən Azərbaycana təzyiq göstərməyə, separatizmi dəstəkləməkdən Ermənistanı silahlandırmağa qədər qeyri-adekvat davranışlar nümayiş etdirməyə çalışan Fransa özünün əsl simasını ortaya qoyur. Qeyri - demokratik qərarları Fransa hakimiyyəti üçün acı həqiqəti üzə çıxarır - bu ölkənin siyasi rəhbərliyi nə dövlətinin, nə də xalqının maraqlarından çıxış etmir. Bir ovuc erməninin maraqlarının əsirinə çevrilən Fransa hakimiyyəti öz dövlətinin imicini qrup mənafeyinə qurban edir.

Yeri gəlmişkən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, bəzi fransız rəsmiləri Fransanın hazırkı siyasətini dəstəkləmir. Azərbaycana qarşı mənfi davranış Fransa Prezidentinin və xarici işlər nazirinin təşəbbüsüdür.

Təbii ki, ölkəsini sevən, dəyərləndirən və gələcəyi üçün narahatlıq keçirən hər bir fransız Makron hakimiyyətinin tutduğu bu çirkin yola özünün etirazını bildirməlidir. Və inandırıcıdır ki, bu etirazlar özünü çox gözlətməyəcək...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31