/ / Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeni təqdim edilib
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeni təqdim edilib
01.05.2012 [11:05]
Professor Nərgiz Paşayeva bu ali mükafata macar mədəniyyətinin Azərbaycanda təbliği istiqamətindəki uğurlu fəaliyyətinə görə Macarıstanın dövlət başçısının Sərəncamı ilə layiq görülüb.
Macarıstanın Azərbaycandakı səfiri Jolt çutora mərasimdə Nərgiz Paşayevanın “Xidmətlərə görə” komandor xaç ordeni ilə təltif edilməsi haqqında Macarıstan Prezidentinin Sərəncamını oxuyub, sonra yüksək mükafatı təqdim edib.
Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən səfir mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını bildirib, bu istiqamətdə Nərgiz xanım Paşayevanın rolunu xüsusi vurğulayıb.
Son dövrlərdə Azərbaycanın zəngin mədəniyyətinin dünyada təbliği baxımından böyük işlərin görüldüyünü deyən diplomat bildirib ki, ölkəmiz mədəniyyətlərarası dialoqun təşviq olunmasında da xüsusi rola və əhəmiyyətə malikdir.
Mərasimdə çıxış edən professor Nərgiz xanım Paşayeva Macarıstan Prezidentinin Sərəncamı ilə yüksək mükafata layiq görülməsinin onu qürurlandırdığını söyləyib, bunun ölkələrimiz arasında mədəni dialoqun inkişafına göstərilən diqqətin bariz nümunəsi olduğunu deyib.
Macarıstanın çoxəsrlik zəngin mədəni irsi haqqında danışan professor Nərgiz xanım Paşayeva Qərbin bir çox dahi bəstəkarlarının məhz macar xalq musiqisinin təsiri altında yaşayıb-yaratdıqlarını vurğulayıb. Macar mədəniyyətinin Avropanın qərb hissəsinin zəkasını, şərq hissəsinin isə ürəyini özündə birləşdirdiyini deyən Nərgiz xanım Paşayeva xarici ölkəyə ilk səfərini 32 il əvvəl Macarıstana edərkən bunun şahidi olduğunu söyləyib.
Sivilizasiyalararası dialoqun inkişafında mədəniyyətin mühüm rol oynadığını deyən professor Nərgiz xanım Paşayeva “üNS” yaradıcılıq səhnəsinin dəvəti ilə Bakıda maraqlı proqramla çıxış etmiş dünya şöhrətli macar vokalisti və bəstəkarı Marta Sebestyenin də bu ordenə layiq görüldüyünü xatırladıb.
“Mən çox xoşbəxtəm ki, əməyimə bu qiyməti bizimlə səmimi dostluq münasibətləri olan Macarıstan hökuməti verib. Həm də ona görə çox xoşbəxtəm ki, bu mükafata təkcə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “üNS” yaradıcılıq səhnəsinin bədii rəhbəri kimi deyil, doğma Vətənim - Azərbaycanın nümayəndəsi kimi layiq görülmüşəm”, - deyən Nərgiz xanım Paşayeva bir daha minnətdarlığını bildirib.
Sonra tədbir bədii hissə ilə davam edib. Macarıstanın “Duna” kvartetinin və rəqs duetinin çıxışları mərasimə xoş ovqat bəxş edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

