Çağırış bizə deyil!
15.02.2024 [10:10]
Beynəlxalq aləm yenə də “bərabərlik” axtarışındadır...
Ermənistanın son təxribatı region üçün yeni təhdidlər formalaşdırır. Rəsmi İrəvanın bu kimi addımları Vətən müharibəsindən sonrakı dövrdə iki ölkə arasında yeni eskalasiyanın başlaması təhlükəsindən xəbər verir. Azərbaycan hər zaman müharibəyə qarşı olduğunu bildirir. Amma hər bir təxribata layiqli şəkildə cavab verilir.
Dünya ictimaiyyəti də baş verənlərlə bağlı öz narahatlığını ifadə edir. Maraqlıdır ki, bəzi ölkələr baş verənləri real şəkildə qiymətləndirsə də, öz adı ilə çağırsalar da, bir qism dövlətlər və təşkilatlar yenə də öz “ənənəsindən” əl çəkə bilmir.
Rusiya Azərbaycanın addımını “cavab əməliyyatı” adlandırıb
Ermənistanın Zəngilanda törətdiyi təxribatın ardından bir sıra ölkə və təşkilatlar çağırışlar səsləndirib. Bu çağırışları mahiyyətinə görə fərqli qruplara bölmək olar.
Məsələn, Rusiyanın açıqlamasında bir mühüm nüans gözdən yayınmır - Kremlin sözçüsü Dmitri Peskov sərhəddəki atışmaya münasibətini bildirərkən Azərbaycanın Ermənistana qarşı addımını “cavab əməliyyatı” adlandırıb, TASS-ın xəbərində bildirilir ki, baş verənlər həyəcan verici adlandırılıb.“Əlbəttə, bu, təmas xəttindən (Azərbaycan və Ermənistan) gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi istənilən addımdan hər bir halda çəkinməyə çağırırıq”, - Dmitri Peskov jurnalistlərə deyib.
“Biz çox diqqətlə izləyəcək və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik”, - o vurğulayıb.
Peskov hesab edir ki, bu cür hadisələr sülh müqaviləsinin hazırlanması prosesinə kömək etmir və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır, TASS yazıb.
Ermənistan ilə Azərbaycan arasında gedən sülh danışlıqlarının vasitəçisi qismində çıxış edən Rusiya, eyni zamanda, bölgədəki sülhməramlı kontingenti təmsil edir. Başqa sözlə, Moskvanın Azərbaycanın addımını “cavab əməliyyatı” adlandırması ən azından real təzahürü özündə əks etdirir.
Məsuliyyəti bölüşdürmək cəhdi...
Amma təəssüf ki, bir digər çağırışlar yenə də ikili standartlara əsaslanır, təxribatı törədən ölkə ilə təxribata məruz qalan ölkə arasında “bərabərlik” işarəsi qoyulur. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib ki, biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir. “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin (ABŞ dövlət katibi Antoni Blinken) daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”, - Miller bildirib.
Dilə gətirilən detallar isə faktiki olaraq baş verən təxribatın mahiyyətini açmır. Başqa sözlə, Ağ Ev etiraf etmir ki, baş verən insident Ermənistan hərbçisinin snayperlə və qəsdlə Azərbaycan əsgərinə atəş açması ilə başlayıb. Vaşinqton iddia etdiyi kimi, sülhə sadiq olan bir ölkədirsə, nə üçün Ermənistandan bu kimi təxribatlara son verməyi tələb etmir? Axı, hər kəsi öz adı ilə çağırmaq problemin həlli üçün daha real zəmin yarada bilər. Ermənistanın bu davranışı sülhə qarşı addımdır - Ağ Ev bu nüansı hansı məqsəd və ya səbəblə “gözdən qaçırır”? Bu kimi açıqlamalar baş verənlərin məsuliyyətini bölüşmək cəhdidirmi?
Ermənistana açıq çağırış edilməlidir
Və ya Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan sərhədində baş vermiş atışmadan narahat olduğunu bildirib. “Hər iki tərəfi güc tətbiqindən çəkinməyə çağırıram. Dialoq davamlı sülhün yeganə yoludur”, - deyə o, X platformasında yazıb.
Bəli, dialoq həqiqətən də sülhə aparan yeganə yoldur. Azərbaycan 30 il bu yol üçün mübarizə apardı. Bu gün rahat şəkildə çağırış səsləndirən təşkilatlar həmin 30 il ərzində bir dəfə də olsun təcavüzkar dövlətə qarşı qəti addımlar atmadı. Bu gün də səsləndirilən çağırışların altında sanki Ermənistanı baş verənlərdən yayındırmaq, məsuliyyəti bölüşdürmək cəhdləri diqqəti cəlb edir. Bu isə təəssüfləndirici haldır.
Bu çağırış Azərbaycana deyil və olmamalıdır da. Açıq şəkildə Ermənistana çağırış olunmalıdır. 30 il sülh uğrunda mübarizə aparan bir dövlət olaraq Azərbaycan hər zaman bu kimi hərbi qarşıdurmalardan uzaq dayanıb. Törədilən təxribatın cavabı isə ən ağır formada verilir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

