Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində avtobus reyslərinin sayı artırılır

Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində avtobus reyslərinin sayı artırılır

03.09.2024 [15:47]

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi tərəfindən Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobus marşrutlarında sərnişin sıxlığı nəzərə alınaraq həmin istiqamətlərdə reyslərin sayı artırılır.

Nazirliyin mətbuat xidmətindən Yeniazerbaycan.com-a bildirilib ki, vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində, o cümlədən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən avtovağzalların kassalarından əldə edə bilərlər.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30