Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

15.02.2025 [14:45]

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi (DYP) tərəfindən qabaqlayıcı tədbirlər görülür. Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idarənin YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir”, - deyə qeyd edilib.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31