Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
08.11.2025 [10:12]
Günün mübarək!
Azərbaycan tarixinin, mədəniyyətinin, mənəviyyatının zirvəsində bir ad var - Şuşa! Qarabağın ürəyi, Azərbaycanın qürur tacı, əsrlərin sınağından alnıaçıq çıxan müqəddəs bir diyar. Hər daşında bir dastan, hər küçəsində bir xatirə, hər nəfəsində azadlıq həsrəti var bu şəhərin...
Şuşa təkcə coğrafi məkan deyil, o, bir ruh, bir iradə, bir xalq simvoludur. 1752-ci ildə Pənahəli xanın qurduğu bu qala-şəhər sonralar Azərbaycan mədəniyyətinin beşiyinə çevrildi. Burada doğulan söz ustadları, musiqi sənətkarları, qəhrəman oğul və qızlarımız xalqımızın yaddaşına silinməz izlər buraxdılar. Xurşidbanu Natəvanın zərif şeirləri, Üzeyir bəy Hacıbəylinin notları, Bülbülün səsi, Xan Şuşinskinin avazı bu torpağın ruhunu tərənnüm etdi.
Ancaq zamanın bir dönəmində Şuşa qara günlər yaşadı. 1992-ci ilin mayında düşmən tapdağına düşən bu müqəddəs torpaq millətin ürəyində sağalmaz bir yara açdı. Şuşanın itkisi təkcə bir şəhərin itirilməsi deyildi, sanki Azərbaycanın qəlbindən bir parça qoparılmışdı. O illər boyu hər bir azərbaycanlının içində bir nida vardı: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”
Qarabağın ürəyi mühasirədə...
1992-ci ilin yazında Şuşa artıq bir neçə ay idi ki, faktiki mühasirə şəraitində yaşayırdı. Şəhərə gedən yeganə yol olan Laçın istiqaməti təhlükəli idi, təchizat çətinləşmişdi. Erməni silahlı birləşmələri həm Xankəndi, həm də Laçın istiqamətlərindən şəhəri daimi atəş altında saxlayırdı. Hər gün artilleriya mərmiləri Şuşanın üzərinə yağır, dinc əhali ağır itkilər verirdi.
Mayın 8-dən gecə düşmən qüvvələri bir neçə istiqamətdən hücuma keçdi. Qısa müddətdə şəhərin ətrafındakı müdafiə mövqeləri güclü artilleriya və minaatan atəşinə məruz qaldı. Azərbaycan müdafiəçiləri - yerli özünümüdafiə dəstələri və könüllülər qəhrəmancasına döyüşsələr də, düşmən canlı qüvvə və texnika baxımından böyük üstünlüyə malik idi. Şəhərə yardım göstərmək mümkün olmadı, rabitə kəsilmiş, təchizat yolları bağlanmışdı.
Səhər tezdən artıq şəhərin bir hissəsində küçə döyüşləri başlamışdı. Şuşa müdafiəçiləri son güllələrinə qədər döyüşdülər, lakin sayca çox olan düşmən qüvvələri şəhəri ələ keçirdi...
İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.
28 illik həsrətə son...
1992-ci ildə işğal altına düşən Şuşa uzun illər boyu Azərbaycan xalqının ürəyində ağrı kimi yaşadı. Hər bir azərbaycanlı üçün Şuşa itirilmiş bir şəhər deyil, qaytarılmalı olan müqəddəs bir əmanət idi. Bu ümid 2020-ci ilin payızında, Vətən müharibəsi günlərində gerçəkliyə çevrildi. Nəhayət, 8 noyabrda həmin müqəddəs an yetişdi. Azərbaycan bayrağı Şuşa qalasının üzərində dalğalandı. Bu an təkcə Ordumuzun deyil, bütün xalqımızın zəfəri idi.
Şuşanın azad olunması ilə Azərbaycan dövləti öz suverenliyini bərpa etdi, milli birliyini möhkəmləndirdi. Bu qələbə xalqın gücünü, ordunun rəşadətini, rəhbərliyin qətiyyətini bütün dünyaya göstərdi.
Şuşa döyüşləri: Zəfərə aparan zirvə!
2020-ci ilin payızında Azərbaycan torpaqları 30 ilə yaxın davam edən işğaldan azad olunmaq üzrə idi. Vətən müharibəsinin ən həlledici mərhələsi yaxınlaşırdı. Qarabağın tacı, mədəniyyət beşiyi, strateji yüksəklik olan Şuşa uğrunda döyüşlər başlanırdı.
Bu döyüşlər təkcə hərbi əməliyyat deyildi, bu, bir xalqın azadlıq yürüşü, qürurunun bərpası, tarixi ədalətin təntənəsi idi. Şuşa döyüşləri hərb tariximizdə xüsusi yer tutur. Tankların, ağır texnikanın belə keçə bilmədiyi qayalıqlar arasından əsgərlərimiz əllərində silah, ürəklərində Vətən sevgisi ilə irəlilədilər. Hər bir döyüşçü üçün məqsəd bir idi - Şuşanı azad etmək, bayrağımızı qala divarlarına sancmaq!
Prezidentin Şuşa müjdəsi
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Prezident İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər yaddaşlardan heç zaman silinməyəcək ifadələrdir. Xalq bu müraciəti, bu anları səbirsizliklə gözləyirdi. Bu müjdənin verilməsi Azərbaycanın tarixinə açılan yeni səhifələrdən oldu. “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”, - deyə Ali Baş Komandan bildirib.
Quruculuğun Şuşa zirvəsi
Bu gün Şuşada genişmiqyaslı tikinti və bərpa layihələri həyata keçirilir. Buraya tarixi abidələrin yenidən qurulması, yeni sosial obyektlərin tikilməsi, yol və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi daxildir. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında aparılan bu işlər Şuşanı beynəlxalq turizm və mədəniyyət mərkəzinə çevirmək məqsədi daşıyır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın hər dəfə Şuşaya səfəri, şəhərdə aparılan genişmiqyaslı bərpa və inkişaf işləri Azərbaycanın Qarabağdakı qələbəsini möhkəmləndirmək yolunda atılan mühüm addımlardır. Şuşa həm tarixi irsini qoruyur, həm də müasir şəhər kimi inkişaf edir. Bu səfər Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtı statusunu gücləndirməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər və həyata keçirilən layihələr Azərbaycanın Şuşaya və Qarabağa verdiyi böyük önəmin göstəricisidir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər Şuşanın təkcə Azərbaycanın deyil, bütün regionun ən mühüm mədəni və turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır. Şuşa yenidən dirçəlir. Küçələrində yenidən musiqi səslənir, məscidlərindən azan, məclislərindən muğam səsi ucalır. Hər bərpa olunan bina, hər açılan mədəniyyət mərkəzi xalqımızın yenilməzliyinin sübutudur.
Bu gün Şuşa şəhəri günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü qeyd olunur.
Şuşa bu gün yenidən dirçəlir - küçələr abadlaşdırılır, mədəni tədbirlər bərpa olunur, “Xarıbülbül” festivalı yenidən səslənir. Bu, təkcə şəhərin deyil, həm də xalqımızın ruhunun dirçəlişidir. Azərbaycan xalqı Şuşanı heç vaxt unutmadı. Onun azadlığı uğrunda illərlə dua edildi, ümidlər sönmədi.
5 il öncə 28 illik həsrətə son qoyuldu, 8 mayın acısı 8 noyabrın qələbə sevinci ilə əvəz olundu!...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32

