Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BŞDYPİ hərəkət iştirakçılarına müraciət edib

BŞDYPİ hərəkət iştirakçılarına müraciət edib

20.02.2026 [12:00]

Fevralın 21-də paytaxtın Suraxanı rayonu, hava limanı şosesində (“Buta Palace”nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar həmin yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) hərəkət iştirakçılarına müraciətində deyilir.

Məhdudiyyət həmin gün saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (hava limanı körpüsündən) "Koroğlu" metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) hava limanı istiqamətində tətbiq ediləcək.

“Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Bundan əlavə sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər”, - deyə müraciətdə bildirilir.

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30