“Böyük Qayıdış” prosesi daha sürətlə gedəcək
28.02.2026 [11:50]
Postmüharibə dövründə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və onların ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi hal alıb. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu səfərlər çərçivəsində dövlətimizin başçısı yenidən qurulan şəhər və kəndlərdə məskunlaşan keçmiş məcburi köçkün və qaçqın soydaşlarımızla görüşlərə qatılaraq onların arzu və istəklərini öyrənir.
Bu baxımdan Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın fevralın 25-də işğaldan azad olunmuş ərazilərə son səfərləri də istisna olmayıb. Onların səfər çərçivəsində Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşündə Prezident İlham Əliyev keçilmiş yola nəzər salaraq ağır işğal illərini xatırladıb, tarixi zəfərlərimizdən sonra “Böyük Qayıdış” proqramının uğurla icra edilməsindən məmnunluğunu bildirib, həmçinin yeni strateji mərhələdə qarşıda duran vəzifələrə diqqət çəkib.
Dünyada son 80 ildə Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır
Bəhs olunan görüşdə Prezident İlham Əliyev təxminən otuz il davam edən işğal illərinə qısa ekskurs edib. O illər həm yeni qurulan dövlətimiz, həm də qaçqın və məcburi köçkün soydaşımız üçün çox ağır bir dövr idi. Ötən əsrin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizini itirmiş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdı.
Belə bir kədərli reallıq fonunda ölkəmizin Zəfərə gedən yolu heç də asan olmayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmayıb. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi daim ölkə gündəminin mərkəzində saxlanılıb. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirməklə milli gücünü artırıb, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayıb.
Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür. Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. Xatırladaq ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bunun ardınca üçtərəfli bəyanatın şərtlərinə uyğun oaraq noyabrın 10-dan sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan Azərbaycana təhvil verilib. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edilib.
44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində reallaşdırmağa nail oldu. Şanlı zəfərlərimiz bizim sonsuz qürur mənbəyimizdir. Prezident İlham Əliyev gələcəyə böyük inamını ifadə edərək bildirib ki, tariximizin ağır dövrü bir daha geri qayıtmayacaq. “Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İndi quruculuq vaxtıdır
İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra ölkəmizin həyatında yeni dövr başlayıb. Prezident İlham Əliyev bildirib ki, indi isə quruculuq vaxtıdır.
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına müharibə başa çatdıqdan dərhal sonra, vaxt itirmədən başlayıb. İndiki mərhələdə 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib.
Eyni zamanda, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib.
Görüşdə bildirildiyi kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının ilkin mərhələsində əsas diqqqət infrastruktur quruculuğuna yönəldilib. Bunsuz həmin ərazilərdə həyatın bərpasını təmin etmək mümkün olmazdı. Qısa müddətdə bəhs olunan ərazilərdə böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı layihələr reallaşdırılıb. Görülən işlər regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “Böyük Qayıdış”ın inteqrasiyalı yanaşma ilə təmin olunması real nəticələr verir. Artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb.
Separatçılardan təmizlənən Xocavənd rayonu da bərpa-quruculuq işlərindən kənarda qalmayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərində, eləcə də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.
Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb. Eyni zamanda, cari ilin sonunadək rayonun yaşayış məntəqələrinə yeni ailələrin qayıdacağının anonsu edilib. Xocavənddə və digər ünvanlarda reallaşdırılan layihələr məmnunluq doğurur. Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, “Böyük Qayıdış” prosesi daha sürətlə gedəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

